Məhkəmə qərarları › İş №e-2(075)-80/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-80/2025

10.03.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-80/2025 10.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil Cavabdehlər Cavabdeh, onun nümayəndəsi, həmçinin cavabdeh X13 və onun vəkili X26 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X19 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X6 Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən daşınmaz əmlakla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşları tərəfindən aparılan ölçmə işlərinə cavabdeh Şəki şəhəri Bağbanlar küçəsi ev 2/10 ünvanında yaşayan Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, babası X6 vərəsəsidir. Belə ki, miras qoyan İsfəndiyar Mustafayev xx.xx.1951-ci ildə vəfat etmişdir. Onun aşağıdakı vərəsələri olmuşdur. 1. X11 qızı – xx.xx.1960-cı idə rəhmətə gedib, 2. Qızı – X9-xx.xx.1967-ci ildə rəhmətə gedib, onun vərəsələri (təmsilçiləri) Qızı - İddiaçı Voroşil qızı, Əri-X27-xx-xx.1997ci idə rəhmətə gedib, X12 qızı 3. Qızı – X22-xx.xx.1962-ci ildə rəhmətə gedib (vərəsəsi yoxdur). Göründüyü kimi o və bacısı Əfsanə Əmiraslanova babaları İsfəndiyar Mustafayevin yeganə vərəsələridirlər. Uzun müddətdir ondan miras qalmış əmlakla (həyətyanı sahə) ilə bağlı vərəsəlik işlərinə başlamışlar. Bütün sənədəri toplayaraq miras qalmış əmlakla bağlı vərəsəlik işlərinin başlanması üçün ərizə ilə notariat ofisinə müraciət etmişlər. Daşınmaz əmlakın qeydiyyata alınması məqsədilə Notariat ofisi tərəfindən məktub verilərək 12 saylı Şəki Ərazi İdarəsinə yönləndirilmişdir. Mərhum babasının adına olan əmlaka hüquqlarının qeydiyyatı üçün müvafiq sənədəri 12 saylı Şəki Ərazi İdarəsinə təqdim etmişdir. Həmin idarənin əməkdaşları tərəfindən miras əmlakı olan ərazidə ölçmə işəri aparılarkən cavabdeh şəxslər onlara maneə yaratmışdır. Nəticədə ölçmə işləri aparıla bilməmiş və miras əmlakı qeydiyyata alına bilməmişdir. Bundan sonra 12 saylı Şəki Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli məktubla mübahisə olması səbəbindən qeydiyyatın aparılmasından imtina etmişdir. Məhz buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci yarım bəndinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mərhum X6 Şəki şəhəri Bağbanlar küçəsində yerləşən daşınmaz əmlakla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşları tərəfindən aparılan ölçmə işlərinə cavabdeh Şəki şəhəri Bağbanlar küçəsi ev 2/10 ünvanında yaşayan Cavabdeh və X28 tərəfindən edilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X28 məhkəmə tərəfindən əlavə cavabdeh qismində işə cəlb edilmişdir. İddia tələbinə qarşı yazılı etirazın dəlilləri: Cavabdeh X28 məhkəməyə iddia tələbinin rədd edilməsi ilə bağlı etiraz ərizəsi göndərmiş və ərizəsini onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda daşınmaz əmlak onun adınadır. Ünvanındakı daşınmaz əmlakı 2/10-dur. Həmin ünvan üzrə İddiaçı Voroşil qızı babası X6 vərəsəsi kimi adına olan daşınmaz əmlaka qanunsuz iddia qaldırıb. Məhkəməyə təqdim etdikləri X15 adına olan 1934-cü il tarixli daşınmaz əmlak barədə dəlil sübut təqdim etmişdir, lakin məhkəmə prosesində adına olan daşınmaz əmlaka aid təqdim etdiyi 1934-cü ildə ½ hissəsini və 1935-ci ildə 3305 nömrəli sənədlə X8, X15ndan bütün daşınmaz əmlakı qanuni olaraq almışdır. Bu barədə əsaslandırıcı sənədləri məhkəməyə təqdim etmişdir. X6 adına Bağbanlar küçəsi, ev 2/10, yeni qaydalara əsasən 509 nömrəli ünvanda daşınmaz əmlakla bağlı heç bir əmlakı yoxdur. Vərəsəsi İddiaçı Voroşil qızının iddiası rədd edilməlidir. Həmçinin atası X35 1970-ci il 9 aprel tarixli 7 nömrəli sənədlə halhazırda daşınmaz əmlak olan Bağbanlar küçəsi ev 2/10, yeni qaydalara əsasən 509 nömrəli evi rəsmi sənədlə yeni ev tikilmişdir. Buradan aydın olduğu kimi atası X35 1970-ci ildə daşınmaz əmlakı öz adına rəsmiləşdirərkən anası X47 heç bir etiraz etməmişdir. X8 vəfat etdikdən sonra nənəsi X47 bütün mülkün 1990-cı ildə qardaşı Cavabdeh notarial qaydada vəsiyyətnamə üzrə bağışlamışdır. Vəsiyyətnamədə 2-ci şəxslərin adı qeyd edilməmişdir. X3 Mülki Məcəllənin 225.6 maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan arvadı nənəsi X47 öz mülkü bir nəfərə o isə qardaşı Cavabdeh notarial qaydada vəsiyyət etmişdir. Göründüyü kimi vəsiyyətnama notariat formasında təsdiq edilmişdir. Qardaşı Cavabdeh öz adına olan bütün mülkünü ona bağışlayıb. Həmin ünvanda olan X3 adına olan mülk dağılaraq yararsız hala düşüb uçub məhv olmuşdur. Uçub dağıldıqdan sonra yeri təmizlənmişdir. Atası Cavabdeh adına olan daşınmaz əmlakı qardaşları Cavabdeh və X36 ona bağışlamış, notarial qayda da daşınmaz əmlakın sənədləri adına rəsmiləşdirilmişdir. Yuxarıda qeyd edilən Mülki Məcəllənin maddələrini və Şəki şəhər notariusu idarəsi tərəfindən, 12 saylı Daşınmaz Əmlak idarəsi tərəfindən İddiaçı Voroşil qızının daşınmaz əmlaka olan iddiasına imtina cavabı verilməsi nəzərə alınaraq İddiaçı Voroşil qızının ünvan 2 ünvanda olan daşınmaz əmlaka olan iddiasının rədd edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, iddiaçının tələbi yalandır. O, həmin evdə anadan olmuşdur. Cavabdehin həmin evə heç bir hüququ yoxdur. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi, həmçinin cavabdeh X28 izahat verərək göstərdi ki, iddia ərizəsi yalandır. Torpaq sahəsinin sənədləri və ev onun adınadır. İddiaçının babası evi onun babasına satıb. İddiaçının evdə payı yoxdur. Cavabdeh X13 vəkili X43 izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: İş materiallarına əlavə edilmiş: - 22 fevral 2020-ci il tarixli ölüm haqqında arayışdan görünür ki, X29 xx.xx.1960-cı ildə Şəki şəhərində ölmüşdür. Ölüm haqqında xx.xx.1960-cı ildə 162 nömrəli akt qeydi tərtib olunmuşdur. - 22 fevral 2020-ci il tarixli, AZ-İİ 059769 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1967-ci ildə Şəki şəhərində ölmüşdür. Ölüm haqqında xx.xx.1967-ci ildə 04 nömrəli akt qeydi tərtib olunmuşdur. - 22 fevral 2020-ci il tarixli ölüm haqqında arayışdan görünür ki, X16 xx.xx.1951-ci ildə Şəki şəhərində ölmüşdür. Ölüm haqqında xx.xx.1951-ci ildə 212 nömrəli akt qeydi tərtib olunmuşdur. - 01 fevral 2024-cü il tarixli vərəsəliyə dair arayışdan görünür ki, mərhum X4 şəhəri, Bağbanlar (keçmiş Jmerinka) küçəsi, 2/3 saylı evdə yaşamışdır. xx.xx.1951-ci il tarixdə vəfat etmişdir. Onunla birgə nikah dövründə həmin ünvanda yaşamış aşağıdakı vərəsələri vardır: arvadı X21 (xx.xx.1960-cı ildə vəfat etmişdir), qızı X10 (04.1.1967-ci il tarixdə vəfat etmişdir), yeznəsi-X30- (xx.xx.1997-ci il tarixdə vəfat etmişdir), nəvəsi-İddiaçı, nəvəsi X17, qızı X23. - 03 may 2024-cü il tarixli 3-21-3-39/2-1900/2024 saylı daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə ərizəçi İddiaçı ünvanlanmış bildirişdən görünür ki, Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən torpaq sahəsi ilə əlaqədar qonşu ilə mübahisə olduğundan və ölçü işlərinə şərait yaradılmadığından “Daşınmaz əmlkaın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilmişdir. - 3065/1205 saylı xx.xx.1934-cü il tarixli “Torpaq qeydinin” surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən torpaq sahəsi X7 istifadəsinə verilmişdir. - 3305 saylı xx.xx.1935-ci il tarixli “Torpaq qeydinin” surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən torpaq sahəsi X20 istifadəsinə verilmişdir. - Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2008-ci il tarixli, 2(075)-470/2008 saylı qətnaməsindən görünür ki, İddiaçı mirası qəbul etmək üçün qanunla nəzərdə tutulmuş müddətin bərpası, 27 avqust 1951-ci il tarixdə Şəki şəhər VVADQ şöbəsində ölüm qeydləri kitabının 212-ci səhifəsində qeyd olunmuş “X15” adının və evin sənədlərində göstərilmiş “X18” adlarının eyni şəxsə mənsub olması, habelə onun həmin şəxsin nəvəsi olması faktlarının təsdiqi, ünvan 5 ünvanda yerləşən, mərhum babası Şahquliyev (Mustafayev) İsfəndiyar Şirin oğlundan miras qalmış yaşayış evi və həyətyanı torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən alınması, həmin evə onun mülkiyyət hüququnun tanınması və təmin edilməsi, evin Daşınmaz Əmlakın Dövlət Reyestrində adına mülkiyyət hüququ əsasında rəsmiləşdirilməsi üçün zəruri prosedurların həyata keçirilməsinin aidiyyəti orqanlara tapşırılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia qismən təmin edilmiş, Şəki şəhər VVADQ şöbəsində ölüm qeydləri kitabının 212-ci səhifəsində qeyd olunmuş “X15” adının ünvan 5 evin bütün sənədlərində göstərilmiş “X18” adlarının eyni şəxsə məxsus olması və İddiaçı X7 nəvəsi olması faktlarının təsdiq edilməsi qət edilmişdir. - xx.xx.2024-cü il qeydiyyat tarixli, **********74-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki şəhəri, Bağbanlar küçəsi, dalan 2 ev, ev 10 (yeni qaydalarla ünvan 6 ünvanında yerləşən 60.30 kvadrat metr fərdi yaşayış evi və 0.0936 ha torpaq sahəsi X13 adına qeydiyyata alınmışdır. - Şəki şəhəri Rayonlararası texniki-inventarizasiya bürosu tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli 2317 saylı arayışdan görünür ki, 15 noyabr 1990-cı il tarixli, 8 nömrəli məktuba cavab olaraq bildirilir ki, Şəki şəhəri evlərin inventar bürosu məlum edir ki, Şəki şəhərinin 96-cı kvartalı 14-cü sahə, 19-cu rayon (Toxucu) Jmerinka küçəsi, indiki Bağbanlar küçəsi, 4 nömrəli ünvanda yerləşən ev torpaq qeydinə əsasən X7 adına olub. Ev-1 mərtəbə, iki yaşayış otağı-38 kvadrat metr sahədə, seyvan-21 kvadrat metr sahədən ibarətdir. Tikili altındakı sahə 81,25 kvadrat metr, ümumi sahə isə 1789,14 kv metrdir. Notariusun 26 noyabr 1935-ci il tarixli 42 nömrəli alqı-satqı müqaviləsinə əsasən İsfəndiyar Şirin oğlu yuxarıda göstərilən ünvandakı özünə məxsus olan evin ½ hissəsini X2. Adına 3305/1471 nömrəli torpaq qeydi yazılmışdır. Ev, 1 otaq-sahəsi 11,9 kv metr, 1 seyvansahəsi 9,1 kv metr, tikilinin altında 40 kv metr, ümumi torpaq sahəsi 1160,84 kv metrdir. Həmin 1160,84 kv metr torpaq sahəsinin 600 kv metr hissəsində Şəhər sovetinin 9 aprel 1970-ci il tarixli 7 nömrəli qərarına əsasən X35 ev inşa etdirmişdir. Hazırda yuxarıda göstərilən ünvandakı evin ½ hissəsi İsfəndiyar Şirin oğlunun adına olmaqla 1 otaq sahəsi 26,8 kv metr, 1 eyvan sahəsi 11,9 kv metrdir. Torpaq sahəsinin 628,3 kv metr ½ hissəsi isə X20 adına olub 1 otaq sahəsi 11,2 kv metrdir. Eyvanın sahəsi isə 9,1 kv metrdir. - xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2008-ci il tarixli qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir. İş materiallarına Şəki Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(075)-470/2008 nömrəli qətnaməsi əlavə edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, ünvan 7 ünvanda yerləşən torpaq sahəsi 27 noyabr 1935-ci il tarixli 3065 nömrəli torpaq qeydinə əsasən X7 daimi istifadəsində olmuş, sonuncu qeyd olunan torpaq sahəsində 1 mərtəbəli, 2 otaqdan ibarət yaşayış evi inşa etdirmişdir. Bundan sonra X18 26 noyabr 1935-ci il tarixli 12 nömrəli alqı-satqı müqaviləsinə əsasən özünə məxsus olan yaşayış evinin ½ hissəsini X1. Beləliklə də, həmin ünvanda yerləşən yaşayış evinin ½ hissəsi X20 adına qeydiyyata alınmış, ona 27 noyabr 1935-ci il tarixli 3305 nömrəli Torpaq Qeydi verilmişdir. Göründüyü kimi X18 23 avqust 1951-ci il tarixdə ölmüş, onun Həbibə (arvadı), Çimnaz (qızı), Əzizə (qızı) adlı vərəsələri qalmışdır. Həbibə Şirinova 23 iyul 1960-cı ildə vəfat etmiş, onun Əzizə və Cimnaz adlı vərəsələri qalmışdır. Əzizə Şirinova 29 oktyabr 1962-ci ildə vəfat etmişdir. O, subay olmaqla onun vərəsəsi yoxdur. Cimnaz Mikayılova isə 04 yanvar 1967-ci il tarixdə vəfat etmiş, onun vəfatından sonra Sünbül və Əfsanə adlı iki vərəsələri qalmışdır. Şəki şəhər İHB-nın “ipəkçi” məhəlləsi üzrə nümayəndəsinin 16 iyun 2008-ci il tarixi 2121 nömrəli arayışından görünür ki, İddiaçı Şəki şəhər “İpəkçi” məhəlləsi Yunuslar küçəsi 17 nömrəli evdə yaşayır. Şəki şəhər İHB-nın “İpəkçi” məhəlləsi üzrə nümayəndəsinin 15 iyun 2008-ci il tarixli 416 nömrəli və 417 nömrəli arayışlarından görünür ki, X36 və Cavabdeh Şəki şəhəri “İpəkçi” məhəlləsi Bağbanlar küçəsi 4 nömrəli evdə yaşayırlar. Bununla da təsdiq olunur ki, İddiaçı babası X5 miras qalmış evin ünvanında yaşamır və həmin evdə pasport qeydiyyatında yoxdur. Onun həmin ünvanda pasport qeydiyyatında olmaması onun məhkəməyə təqdim etdiyi 11 sentyabr 2005-ci il tarixli şəxsiyyət vəsiqəsi ilə təsdiq olunur. X36 və Cavabdeh isə həmin ünvanda, yəni ünvan 8aşayırlar. Məhkəmə İddiaçı mirası qəbul etmək üçün qanunla nəzərdə tutulmuş müddətin bərpası tələbini müzakirə edərək, belə nəticəyə gəlir ki, o, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti üzürsüz səbəblərdən buraxmışdır. Azərbaycan Respublikası MM-nin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Beləliklə də, məhkəmə iclasında təsdiq olundu ki, İddiaçı babası X5 qalmış mirası qəbul etməsi ilə bağlı mirasın açıldığı yer üzrə notariat kontoruna ərizə verməmiş, əmlaka sahiblik etməmiş, əmlakı idarə etməyə faktik başlamamışdır. Bununla da o, mirası qəbul etdiyini şəksiz nümayiş etdirməmişdir. Ona görə də miras onun tərəfindən qəbul edilmiş sayıla bilməz. Azərbaycan Respublikası MM-nin 1246-cı maddəsinin tələblərinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göründüyü kimi İddiaçı anası 04 yanvar 1967-ci ildə vəfat etmişdir. Sünbül mirası nə faktiki, nə də sənəd üzrə qəbul etməmişdir. İddiaçı mirası vaxtında qəbul etməməsini ərinin ruhi xəstə olması ilə əsaslandırır. Onun ərinin uzun müddət ruhi xəstə olmaqla ona qulluq göstərməsi mirasın qəbulu üçün müddətin buraxılmasının üzürlü hesab edilməsinə əsas vermir. Ona görə də İddiaçı iddiasının mirası qəbul etmək üçün qanunla nəzərdə tutulmuş müddətin bərpası hissəsi təmin edilməməlidir. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciə etməkdə məqsədi mərhum babasından qalmış və mübahisə predmeti olan əmlaka dair mirası qəbul etməsi məqsədilə həmin əmlakda ölçmə işlərinin aparılmasına cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını istəyir. Yəni iddiaçının çatmaq istədiyi məqsəd ölçmə işləri aparıldıqdan sonra babasından qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə alaraq müvafiq çıxarışın əldə edilməsi ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının qeyd edilən və babasından qaldığını iddia etdiyi əmlakla bağlı hər hansı subyektiv hüququ mövcud deyil. Yəni məhkəmə tərəfindən iddia tələbi təmin ediləcəyi təqdirdə belə, reyestr xidmətinin əməkdaşları tərəfindən ölçmə işləri aparılsa belə, iddiaçının babasından qalmış əmlakı nə faktiki, nə də vəsiyyət üzrə qəbul etməməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Belə bir qətnamənin mövcudluğu isə iddiaçının həmin əmlaka subyektiv hüququnun olmamasını təsdiq etməklə yanaşı, iddiaçının həmin əmlakla bağlı hər hansı gözlənilən hüququnun olmadığını da aydın şəkildə müəyyən etmişdir. Belə olan halda isə iddia tələbinin təmin edilməsi nəticəsi olmayan bir prosedur üzrə cavabdehlərin mülkiyyət hüquqlarının pozulması və lüzumsuz olaraq müəyyən prosedurlara məruz qalması ilə nəticələcəkdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh və X19 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar