Məhkəmə qərarları › İş №e-2(075)-802/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-802/2022

06.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-802/2022 06.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15 Sentyabr 2021-ci il tarixli, SKLMB-07613 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 288.99 manat, faiz borcuna görə 23.1 manat, cərimə borcuna görə 86 manat olmaqla, borcun cəmi məbləği 398.09 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına yönəldilməsi; kulonlu sep – 1 ədəd, çəkisi-3,5, əyarı–585; qaşlı üzük –1 ədəd, çəkisi–1,8, əyarı–585; qaşlı sırğa –1 ədəd, çəkisi–1,9, əyarı–585; tək qaş üzük –1 ədəd, çəkisi–0,7, əyarı–585; cəmi: 7,9 qr, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 15 Sentyabr 2021-ci il tarixli, SKLMB-07613 saylı kredit müqaviləsi üzrə cəmi 398.09 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 15 Sentyabr 2021-ci il tarixli, SKLMB07613 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi 08 aprel 2022-ci il tarixdə məhkəməyə elektron ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında 15 sentyabr 2021-ci il tarixli, SKLMB-07613 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 28% olmaqla 6 ay müddətinə 430.00 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh ilə 15 sentyabr 2021-ci il tarixli, SKLMB-07613 saylı girov müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh məxsus 01 (bir) ədəd 3.5 qr çəkidə 585 əyarlı kulonlu sep, 01 (bir) ədəd 1.8 qr çəkidə 585 əyarlı qaşlı üzük, 01 (bir) ədəd 1.9 qr çəkidə 585 əyarlı qaşlı sırğa və 01 (bir) ədəd 0.7 qr çəkidə 585 əyarlı tək qaş üzük olmaqla, qızıl-zinət əşyaları girov qoyulmuşdur. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan borcu əsas borc üzrə 288.99 manat, faiz borcu üzrə 23.10 manat və cərimə borcu üzrə 86.00 manat təşkil edir. Odur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada işə əlavə edilmiş: 15 sentyabr 2021-ci il tarixli, SKLMB-07613 saylı kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsi əsasında İddiaçı ASC tərəfindən Cavabdeh oğluna illik faiz dərəcəsi 28% olmaqla 6 ay müddətində qaytarılmaq şərti ilə cəmi 430.00 manat məbləğində kredit verilmişdir. Ödəniş qrafikindən görünür ki, Cavabdeh götürdüyü 430.00 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə qaytarmalı olmuşdur. 15 sentyabr 2021-ci il tarixli, SKLMB-07613 saylı girov müqaviləsindən görünür ki, həmin kreditin təminatı kimi Cavabdeh məxsus 01 (bir) ədəd 3.5 qr çəkidə 585 əyarlı kulonlu sep, 01 (bir) ədəd 1.8 qr çəkidə 585 əyarlı qaşlı üzük, 01 (bir) ədəd 1.9 qr çəkidə 585 əyarlı qaşlı sırğa və 01 (bir) ədəd 0.7 qr çəkidə 585 əyarlı tək qaş üzük olmaqla, qızılzinət əşyaları İddiaçı ASC-nin xeyrinə girov qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girov təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Həmin Məcəllənin 298.2-ci maddəsinə əsasən əgər girov qoyulmuş əşyanın satışdan götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova üstünlük hüququ yoxdur. Məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15 sentyabr 2021-ci il tarixli, SKLMB-07613 saylı kredit müqaviləsinə əsasən ona 6 ay müddətinə illik 28% ödəmək şərtilə 430.00 manat məbləğində kredit verilmiş və həmin kreditin təminatı kimi tərəflərin qarşılıqlı razılığı ilə Cavabdeh məxsus 01 (bir) ədəd 3.5 qr çəkidə 585 əyarlı kulonlu sep, 01 (bir) ədəd 1.8 qr çəkidə 585 əyarlı qaşlı üzük, 01 (bir) ədəd 1.9 qr çəkidə 585 əyarlı qaşlı sırğa və 01 (bir) ədəd 0.7 qr çəkidə 585 əyarlı tək qaş üzük olmaqla, qızıl-zinət əşyaları İddiaçı ASCnin xeyrinə girov qoyulmuşdur. İddiaçı iddia tələbini əsaslandıran hallar kimi iş materiallarına istinad etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməmiş və iddiaya münasibət bildirməmişdir. Göründüyü kimi İddiaçı ASC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit və girov müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı ASC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 86.00 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 15 sentyabr 2021-ci il tarixli, SKLMB-07613 saylı Kredit müqaviləsinə əsasən 288.99 manat əsas, 23.10 manat faiz və 20.00 manat cərimə borcu olmaqla, ümumilikdə 332.09 manat məbləğində borc və 24.90 manat dövlət rüsumu tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməli, tələb Cavabdeh məxsus olan 01 (bir) ədəd 3.5 qr çəkidə 585 əyarlı kulonlu sep, 01 (bir) ədəd 1.8 qr çəkidə 585 əyarlı qaşlı üzük, 01 (bir) ədəd 1.9 qr çəkidə 585 əyarlı qaşlı sırğa və 01 (bir) ədəd 0.7 qr çəkidə 585 əyarlı tək qaş üzük olmaqla, cəmi 7.9 qram olan qızıl məmulatlarına yönəldilməli, həmin girov predmetləri açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına, hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra, 288.99 manat əsas, 23.10 manat faiz və 20.00 manat cərimə borcu olmaqla, ümumilikdə 332.09 manat məbləğində borc və 24.90 manat dövlət rüsumunun ödənilməsi təmin edilməli, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 15 sentyabr 2021-ci il tarixli, SKLMB-07613 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğ Cavabdeh ümumi qaydada tutulmalı, iddia tələbi əsassız olduğundan qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 357, 358,362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 15 sentyabr 2021-ci il tarixli, SKLMB-07613 saylı Kredit müqaviləsinə əsasən 288.99 manat əsas, 23.10 manat faiz və 20.00 manat cərimə borcu olmaqla, ümumilikdə 332.09 manat məbləğində borc və 24.90 manat dövlət rüsumu tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tələb Cavabdeh məxsus olan 01 (bir) ədəd 3.5 qr çəkidə 585 əyarlı kulonlu sep, 01 (bir) ədəd 1.8 qr çəkidə 585 əyarlı qaşlı üzük, 01 (bir) ədəd 1.9 qr çəkidə 585 əyarlı qaşlı sırğa və 01 (bir) ədəd 0.7 qr çəkidə 585 əyarlı tək qaş üzük olmaqla, cəmi 7.9 qram olan qızıl məmulatlarına yönəldilsin. Həmin girov predmetləri açıq hərracdan satılsın, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra, 288.99 manat əsas, 23.10 manat faiz və 20.00 manat cərimə borcu olmaqla, ümumilikdə 332.09 manat məbləğində borc və 24.90 manat dövlət rüsumunun ödənilməsi təmin edilsin. Girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait 15 sentyabr 2021-ci il tarixli, SKLMB-07613 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğ Cavabdeh ümumi qaydada tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar