Məhkəmə qərarları › İş №e-2(075)-812/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-812/2022

13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-812/2022 13.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı: İddiaçı ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 1715,04 AZN əsas kredit borcu və 7,56 AZN kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 1722,60 AZN və 37,23 AZN ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçının nümayəndəsi məhkəməyə Cavabdeh3 münasibətdə iddialarının azaldılması barədə ərizə təqdim etmiş və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 1715,04 AZN əsas kredit borcu və 7,56 AZN kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 1722,60 AZN və 37,23 AZN ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi və azaldılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclası zamanı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Rest № 037CASA192000001 saylı 19 iyul 2019-cu il tarixli Güzəşli Kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh3 bir il güzəşt müddəti olmaqla beş il müddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 1746,10 AZN məbləğində kredit verilmişdir. Güzəşt müddəti ərzində borcalan tərəfindən əsas kredit borcunun ödənilməsi tələbi nəzərdə tutulmamışdır. Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 037FİZAM28070905 saylı 19 iyul 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən o, Cavabdeh3 Rest № 037CASA192000001 saylı 19 iyul 2019-cu il tarixli Güzəştli Kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 037FİZAM28280605 saylı 19 iyul 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən o, Cavabdeh3 Rest № 037CASA192000001 saylı 19 iyul 2019-cu il tarixli Güzəştli Kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Rest № 037CASA192000001 saylı 19 iyul 2019-cu il tarixli Güzəşli Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh3 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməli idi. Lakin Rest № 037CASA192000001 saylı 19 iyul 2019-cu il tarixli Güzəşli Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tamicra etməyən Cavabdeh3 xx.xx.2022-ci il tarixinə 1715.04 AZN kredit borcu və 7.56 AZN kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 1722.60 AZN borclu qalmaqdadır. Bildirmişdir ki, iddia ərizəsi məhkəməyə verildikdən sonra müəyyən olunmuşdur ki, mülki iş üzrə cavabdeh olan Cavabdeh3 vəfat etmişdir. Bu səbəbdən də iddia tələblərini cavadeh Cavabdeh3 qarşı hissəsində azaldılmasını xahiş etmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 037CASA192000001 saylı güzəştli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh3 illik faiz dərəcəsi 1 faiz olmaqla 60 ay müddətinə, 1746,1 manat kredit verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş, 19 iyul 2019-cu il tarixli 037FİZAM28070905 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 Cavabdeh3 İddiaçı ASC qarşısındakı xx.xx.2019-cu il tarixli 037CASA192000001 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşdür. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş, 19 iyul 2019-cu il tarixli 037FİZAM28280605 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 Cavabdeh3 İddiaçı ASC qarşısındakı xx.xx.2019-cu il tarixli 037CASA192000001 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşdür. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş, ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh3 götürdüyü 1746,1 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 60 ay müddətinə qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh3 İddiaçı ASC-nə xx.xx.2022-ci il tarixə 1715,04 manat əsas, 7,56 manat faiz, borcu olmaqla cəmi 1722,6 manat məbləğində borcu vardır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 12 oktyabr 2020-ci il tarixli, AZ-İİ 124666 seriya nömrəli ölüm haqqında akt qeydindən görünür ki, Cavabdeh3 23 sentyabr 2020-ci il tarixdə Şəki şəhərində ölmüşdür. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 12 oktyabr 2020-ci il tarixli, AZ-İİ 124666 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 23 sentyabr 2020-ci il tarixdə ölməsi, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 488 nömrə ilə qeyd edilmişdir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Cavabdeh3 ilə "Bank Respublika” ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 037CASA192000001 saylı “Güzəştli Kredit” müqaviləsinə əsasən bank cavabdehə 60 ay müddətinə, illik 1% olmaqla 1746,1 manat məbləğində kredit vermişdir. Cavabdeh1 və Cavabdeh2 ilə "Bank Respublika” ASC arasında bağlanmış 19 iyul 2019-cu il tarixli 037FİZAM28070905 saylı və 19 iyul 2019-cu il tarixli 037FİZAM28280605 saylı zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh1 və Cavabdeh2 Cavabdeh3 bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıyırlar. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehlərə kredit məbləğinin verilməsinə, cavabdehlər tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh3 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zaminlik müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəliklərin tam şəkildə icrasını təmin etməmişlər. Həmçinin iddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra Cavabdeh3 vəfat etməsi müəyyən olunmuş və iddiaçı iddialarını Cavabdeh3 münasibətdə azaltmışdır. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 421.2, 442, 445.1, 445.2.1, 472.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 1715,04 manat əsas kredit borcu, 7,56 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 1722,6 manat məbləğində borc və 37,23 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 1715,04 manat əsas kredit borcu, 7,56 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 1722,6 manat məbləğində borc və 37,23 manat dövlət rüsumu tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar