Məhkəmə qərarları › İş №e-2(075)-84/2023

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-84/2023

06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-84/2023 06.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı BOKT BOKT İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı BOKT BOKT İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 2330,54 manat əsas borc, 1,18 manat faiz borcu olmaqla, cəmi 2331,72 manat borcun və ödənilmiş 43,31 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 21 sentyabr 2022-ci il tarixdə sadələşdirilmiş icraat qaydasında məhkəməyə daxil olmuş, cavabdehlər X2, Cavabdeh3 və Cavabdeh2 qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, lakin bildirişin cavabdehə çatdırılması mümkün olmamışdır. Şəki Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(075)-2127/2022 saylı qərardadı ilə iddiaçı «Aqrarkredit” QSC BOKT-nın cavabdehlər X2, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə iddiasına iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Mülki işə məhkəmədə baxılarkən iddiaçı BOKT BOKT İddiaçı QSC-nin nümayəndəsi X1 01 fevral 2023-cü il tarixdə məhkəməyə iddia tələbinin azaldılmasına dair ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 1756,99 manat əsas borc, 1,18 manat faiz borcu olmaqla, cəmi 1758,17 manat borcun və ödənilmiş 43,31 manat dövlət rüsumunun tutularaq BOKT BOKT İddiaçı QSC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin azaldılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçı BOKT BOKT İddiaçı QSC-nin nümayəndəsi X1 23 fevral 2023-cü il tarixdə yenidən məhkəməyə iddia tələbinin azaldılmasına dair ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 1703,55 manat əsas borc, 1,18 manat faiz borcu olmaqla, cəmi 1704,73 manat borcun və ödənilmiş 43,31 manat dövlət rüsumunun tutularaq BOKT BOKT İddiaçı QSC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin azaldılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Mülki işin məhkəmə hazırlıq iclasları 21 noyabr 2022-ci il, 20 dekabr 2022-ci il, 19 yanvar 2023-cü il və 06 fevral 2023-cü il tarixlərdə keçirilmiş, mülki işin məhkəmə baxış iclası 24 fevral 2023-cü il tarixdə keçirilmiş mülki işin növbəti baxış iclası bu günə, yəni 06 mart 2023-cü il tarixə, saat 15:00-a təyin edilmişdir. 28 fevral 2023-cü il tarixdə iddiaçı BOKT BOKT İddiaçı QSC-nin nümayəndəsi X1 məhkəməyə elektron qayada ərizə ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra cavabdehlər tərəfindən gecikdirilmiş borc məbləği ödənilmiş və qrafik üzrə ödənişə geri dönülmüşdür. Buna görə də, iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmirməmişlər. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Göründüyü kimi iddiaçı BOKT İddiaçı QSC-nin nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanılması barədə elektron qaydada ərizə göndərmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Belə olan halda ərizə baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ iddiaçı BOKT İddiaçı QSC-nə izah edilməli və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 43,31 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçı BOKT İddiaçı QSC-nə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264, 266- 269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı BOKT BOKT İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 43,31 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçı BOKT İddiaçı QSC-nə qaytarılsın. İddiaçı BOKT İddiaçı QSC-nə izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar