Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-841/2024 22.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 16660.15 (on altı min altı yüz altmış manat on beş qəpik) manat əsas borc, 1983.60 (bir min doqquz yüz səksən üç manat altmış qəpik) manat faiz borcu və 789.29 (yeddi yüz səksən doqquz manat iyirmi doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 19433.04 (on doqquz min dörd yüz otuz üç manat dörd qəpik) manat borcun, dövlət rüsumu olaraq ödənilmiş 148.70 (bir yüz qırx səkkiz manat yetmiş qəpik) manat vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin "xxxx" KB ASC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdiyini bildirmişdir. Məhkəmə iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" KB ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC-nin xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair.ümumi ofertası əsasında iddiaçı "xxxx" KB ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2022-ci il tarixində xx.xx.2025ci il tarixinədək illik 17% ödəmək şərtilə 16800 (on altı min səkkiz yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixində ərizəni imzalamaqla "xxxx" KB ASCnin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. X1 17.11-ci bəndinə əsasən Müştəri kreditin və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 (qırx) %-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh мüqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli, 01U/21 saylı Ümumi Oferta müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün illik 17% ödəmək şərtilə 16800 (on altı min səkkiz yüz) manat məbləğində kredit xətti açılmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş xx.xx.2022ci il tarixli ərizə-anket və imza nümunəsindən görünür ki, Cavabdeh "xxxx" KB ASC-nin rəsdmi internet səhifəsində yerlşdirilmiş xx.xx.2021-ci il tarixli, 01U/21 saylı ümumi ofertası ilə tanış olmuş və onun bütün şərtləri ilə razı olduğunu bildirmiş və bunu öz imzası ilə təsdiq etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş "xxxx" X2 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 12 iyun 2023-cü il tarixli bildirişdən görünür ki, "xxxx" X2 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh banka olan bütün borc məbləğlərini 3 iş günü ərzində ödəməsi bildirilmişdir, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 29 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 23635nkADjb/22 nömrəli kredit müqaviləyə əsasən "xxxx" X2 Səhmdar Cəmiyyətinə 16660.15 (on altı min altı yüz altmış manat on beş qəpik) manat əsas, 1983.60 (bir min doqquz yüz səksən üç manat altmış qəpik) manat faiz və 789.29 (yeddi yüz səksən doqquz manat iyirmi doqquz qəpik) manat cərimə olmaqla, cəmi 19433.04 (on doqquz min dörd yüz otuz üç manat dörd qəpik) manat borcu vardır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də "xxxx" KB ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 421.2, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 16660.15 (on altı min altı yüz altmış manat on beş qəpik) manat əsas, 1983.60 (bir min doqquz yüz səksən üç manat altmış qəpik) manat faiz və 789.29 (yeddi yüz səksən doqquz manat iyirmi doqquz qəpik) manat cərimə olmaqla, cəmi 19433.04 (on doqquz min dörd yüz otuz üç manat dörd qəpik) manat borcun, dövlət rüsumu olaraq ödənilmiş 148.70 (bir yüz qırx səkkiz manat yetmiş qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh 16660.15 (on altı min altı yüz altmış manat on beş qəpik) manat əsas, 1983.60 (bir min doqquz yüz səksən üç manat altmış qəpik) manat faiz və 789.29 (yeddi yüz səksən doqquz manat iyirmi doqquz qəpik) manat cərimə olmaqla, cəmi 19433.04 (on doqquz min dörd yüz otuz üç manat dörd qəpik) manat borcun, dövlət rüsumu olaraq ödənilmiş 148.70 (bir yüz qırx səkkiz manat yetmiş qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-841/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-841/2024
22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver