Məhkəmə qərarları › İş №e-2(075)-852/2022

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-852/2022

21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-852/2022 21.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02.07.2020-ci il tarixli ********* saylı, Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 03.03.2022-ci il tarixinə yaranmış borcu 51 manat əsas, 7.6 manat cərimə, cəmi 58.6 manat, 10.03.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 169.4 manat əsas, 25.4 manat cərimə, cəmi 194.8 manat, 21.05.2021-ci il tarixli, ********* saylı müddətli(nisyə) alqı-satqı müqaviləsinə əsasən, 18 manat əsas, 2.7 manat cərimə, cəmi 20.7 manat, ümumilikdə 274.1 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Səttərova (İsmayılova) Gülnar Arif qızından tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 16 mart 2022-ci il tarixdə məhkəməyə daxil olmuş, mülki işin məhkəmə hazırlıq iclası bu günə, yəni 21 aprel 2022-ci il tarixə, saat 09:00-a təyin edilmişdir. Lakin 21 aprel 2022-ci il tarixdə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə elektron ərizə göndərərək iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədi. İddiaçı "xxxx" MMC-nin ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 170.1 və 170.3-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı "xxxx" MMC-yə yenidən məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar