Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-883/2023 15.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat əsas borc, 21.5 manat dəbbə pulu, 29.45 manat illik gecikdirilmə faizi və ödənilmiş 70.51 manat dövlət rüsumu olmaqla, cəmi 5121.46 manat pulun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə iddia tələbinin artırılması barədə ərizə göndərərək, Cavabdeh 5000 manat əsas borc, 98 manat dəbbə pulu, 134.24 manat illik gecikdirilmə faizi və ödənilmiş 72.33 manat dövlət rüsumu olmaqla, cəmi 5304.57 manat pulun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin artırılması barədə ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdehilə bir müddətdir tanışlığı var. Münasibətləri daima yaxşı formada olmuşdur. xx.xx.2023-cü il tarixdə Cavabdeh mənondandən 5000 manat borc pul istəmiş, o da həmin vaxt avtomobilini satdığı üçün həmin puldan 5000 manat pulu onunla aralarında olan səmimi münasibətdən dolayı cavabdehə borc olaraq qısa müddətlik vermişdir. Cavabdeh həmin pulu xx.xx.2023-cü il tarixdə qaytaracağını bildirdiyi üçün pulu cavabdehə verən zaman aralarında 2 nəfər şahidin iştirakı ilə borc müqaviləsi baölanmışdır. Borc müqaviləsinin şərtlərinə əsasən cavabdeh qəbul etdiyi pul məbləği olan borcu xx.xx.2023-cü il tarixə qədər ona qaytarmağı öhdəliyinə götürmüşdür. Lakin cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdən uzun müddət keçməsinə baxmayaraq borcu ödəməmişdir. Müqavilənin 4.2-ci maddəsində qeyd edilmişdir ki, tərəflər arasında meydana gələn mübahisələr danışıqlar vasitəsi ilə həll edilməzsə, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında - Şəki Rayon Məhkəməsində baxılmalı olduğu qeyd edilmişdir. Bu səbəbdən hesab edir ki, hazırki işə müqavilə şərtlərinə uyğun olaraq cavabdehin qeydiyyatda olduğu ünvan üzrə deyil, müqavilənin şərtlərində qeyd olunduğu kimi Şəki Rayon Məhkəməsində baxılmalıdır. Cavabdeh borcu olduğu müqaviləni və qəbzi öz imzası ilə təsdiqlədiyi zaman cavabdehin özünün də xəbəri olaraq video çəkiliş aparmışdır. Cavabdehə borc məbləği verilərkən 2 nəfər şahidin – X3 və X2 iştirakları ilə verilmişdir. Cavabdehin borcu borc müqaviləsi, pulun verildiyinə dair qəbz və mövcud borcun etirafı haqqında mücərrəd müqavilə ilə, həmçinin həmin müqavilələrə və qəbzə cavabdeh tərəfindən şahidlərin iştirakı ilə qol çəkilən zaman borcun təsdiq edilməsinə dair videoçəkiliş olan CD disklə, tam olaraq sübuta yetirilir. Göründüyü kimi cavabdeh öz borcunu şahidlərin yanında etiraf etməklə, borc müqaviləsi və akt üzrə öhdəliyi qəbul edərək imzalamaqla, həmçinin bütün bunları videoçəkiliş altında edilməsi ilə etiraf etmiş və hesab edir ki, iddiası tam əsaslı və qanuni olduğundan təmin olunmalıdır. Əvvəlki məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh ona müraciət edərək, ondan 5000 manat borc istəmişdir. Aralarında olan razılaşmaya əsasən cavabdeh pulu 31 yanvar 2022-ci il tarixdə geri qaytarmalı idi. Lakin cavabdehin maddi imkanı olmadığından, o həmin borcundan heç bir ödəniş etməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 25 dekabr 2022-ci il tarixli, 01 nömrəli borc müqaviləsindən görünür ki, Cavabdeh 5000 (beş min) manat məbləğində borc verilmişdir. İş materiallarında olan 25 dekabr 2022-ci il tarixli qəbzdən görünür ki, Vəlizadə X1 Fərid Fərzalı oğlu tərəfindən verilmiş 5000 (beş min) manat borc məbləğini xx.xx.2022-ci il tarixdə qəbul etmişdir. İş materiallarında olan 25 dekabr 2022-ci il tarixli mövcüd borcun etirafi haqqında mücərrəd müqavilədən görünür ki, Cavabdeh 5000 (beş min) manat məbləğində borcun xx.xx.2022-ci il tarixədək ödəyəcəyi barədə öhdəliyi üzərinə götürmüşdür. Qeyd olunanları öz imzası ilə, heç bir hədə-qorxu təsiri altında olmadan, şahidlər Elşən Qasımov və Nail Qasımovun yanında, videoçekiliş altında təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, 2022-ci ilin dekabr ayında tərəflər arasında yazılı borc müqaviləsi bağlanmış və iddiaçı tərəfindən cavabdehə ümumilikdə 5000 manat pul borc kimi verilmişdir. Lakin cavabdeh borcundan heç bir ödəniş etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-cı̇ maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında 25 deakbr 2022-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında yazılı qaydada borc müqaviləsi bağlanmış və iddiaçı müqavilə predmeti olan pul məbləğini cavabdehə vermişdir. Cavabdeh iddiaçıdan borc kimi aldığı 5000 manat məbləğində pulu ona qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh pul vəsaitini iddiaçıya qaytarmalı olmasına dair vəzifəsini lazımında icra etməmiş, borcunu qaytarmamışdır. Odur ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 5304.57 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 72.33 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat əsas borc, 134.24 (bir yüz otuz dörd manat iyirmi dörd qəpik) manat faiz borcu , 98 (doxsan səkkiz) manat cərimə borcu və ödənilmiş 72.33 (yetmiş iki manat otuz üç qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 5304.57 (beş min üç yüz dörd manat əlli yeddi qəpik) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-883/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-883/2023
15.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver