Məhkəmə qərarları › İş №e-2(075)-896/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-896/2024

18.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-896/2024 18.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi; İddia tələbinin dəlilləri; İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum Məmmədov Asim İsgəndər oğlunun vərəsələri cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 10 dekabr 2019-cu il tarixli, BPM**********43 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 832.68 (səkkiz yüz otuz iki manat altmış səkkiz qəpik) manat məbləğində kredit borcunun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx) qəpik xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin "xxxx" ASC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" ASC-nin “Şəki” filialı ilə Məmmədov Asim İsgəndər oğlu arasında bağlanmış 10 dekabr 2019-cu il tarixli, BPM**********43 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 42 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 2400 manat məbləğində kredit verilmişdir. X1 İsgəndər oğlu 26 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. Şəki regional ASAN Xidmət mərkəzində notariat ofisinin 11 oktyabr 2023-cü il tarixli, 3999 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, mərhum Məmmədov Asim İsgəndər oğlunun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 mərhumdan qalan miras əmlakı qəbul etmişlər. Bankın “Şəki” filialı tərəfindən təqdim edilmiş 29 noyabr 2023-cü il tarixli maliyyə arayışa əsasən, Məmmədov Asim İsgəndər oğlunun vəfat etdiyi tarixə banka ödənilməmiş 832.68 manat əsas, 0 manat faiz olmaqla, cəmi 832.68 manat kredit borcu qalmışdır. Cavabdehlər mərhum Məmmədov Asim İsgəndər oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər.Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək yerinə yetirməmişlər. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşin halları "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Məmmədov Asim İsgəndər oğlu arasında bağlanmış BPM**********43 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 42 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 2400 manat məbləğində kredit verilmişdir məbləğində nağd kredit verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ödəniş cədvəlindən görünür ki, Məmmədov Asim İsgəndər oğlu götürdüyü 2400 (iki min dörd yüz) manat məbləğində kredit borcunu ona hesablanmış faizləri ilə birlikdə 42 ay müddətinə qaytarmalı olmuşdur. Şəki Regional “ASAN Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Məmmədov Asim İsgəndər oğlu xx.xx.2021-ci il tarixdə ölmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən mərhum Məmmədov Asim İsgəndər oğlunun vərəsələri Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ünvanlanmış 20 oktyabr 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, borcun ödənilməsi barədə iddiaçı tərəfindən onlara xəbərdarlıq edilmiş və əks təqdirdə bank borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı 11 oktyabr 2023-cü il tarixli, 3999 nömrəli məktubundan görünür ki, Məmmədov Asim İsgəndər oğlunun vərəsələri Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1dur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin tərəfindən verilmiş 2V-253 nömrəli xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəliki hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş-Məmmədov Asim İsgəndər oğlunun vərəsələri Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 hərbiri miras əmlakdan 1/4 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak DƏDRX tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş **********63-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135.5 kv/m, yaşayış sahəsi 97.5 kv/m, yardımçı sahəsi 38 kv/m, 4 otaqlı olan fərdi yaşayış evindən və 0.05 ha torpaq sahəsindən ibarətdir. Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə “Dodu” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 79 nömrəli arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Məmmədov Asim İsgəndər oğlunun Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 adlı ailə üzvləri qalmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “Elektron notariat” İnformasiya sisteminin notariat sənədləri arxivində aparılmış araşdırma nəticəsində mərhum Məmmədov Asim İsgəndər oğlu tərəfindən vəsiyyətnamənin qoyulması barədə məlumat aşkar edilməmişdir. Cavabdeh4 Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət etdiyi **********142 nömrəli, xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, mərhum əri Məmmədov Asim İsgəndər oğlu xx.xx.2021-ci il tarixdə ölmüşdür. Mərhumdan qalmış miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət etdiyi **********769 nömrəli, xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, mərhum atası Məmmədov Asim İsgəndər oğlu xx.xx.2021-ci il tarixdə ölmüşdür. Odur ki, mərhumdan qalmış miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət etdiyi **********770 nömrəli, xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, mərhum atası Məmmədov Asim İsgəndər oğlu xx.xx.2021-ci il tarixdə ölmüşdür. Odur ki, mərhumdan qalmış miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh2 Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət etdiyi **********771 nömrəli, xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, mərhum atası Məmmədov Asim İsgəndər oğlu xx.xx.2021-ci il tarixdə ölmüşdür. Odur ki, mərhumdan qalmış miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş **********63-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən və ünvan 1 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 135.5 kv/m, yaşayış sahəsi 97.5 kv/m, yardımçı sahəsi 38 kv/m, 4 otaqlı olan fərdi yaşayış evi Məmmədov Asim İsgəndər oğlunun tam mülkiyyətindədir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə mərhum Məmmədov Asim İsgəndər oğlu arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən ona 42 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 2400 manat məbləğində nağd kredit verilmişdir. Lakin, Məmmədov Asim İsgəndər oğlu müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Məmmədov Asim İsgəndər oğlu xx.xx.2021-ci il tarixdə ölmüşdür. Məmmədov Asim İsgəndər oğlu öldükdən sonra onun vərəsələri Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 miras qoyanın qanun üzrə vərəsələri kimi ondan miras qalmış əmlakı – DƏDRX tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş **********63-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 373A ünvanında yerləşən ümumi sahəsi 135.5 kv/m, yaşayış sahəsi 97.5 kv/m, yardımçı sahəsi 38 kv/m, 4 otaqlı olan fərdi yaşayış evini və 0.05 ha torpaq sahəsini vərəsəlik qaydasında rəsmi olaraq qəbul etmişlər və bu barədə onların adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdeh mərhum Məmmədov Asim İsgəndər oğlunun ölümündən sonra ondan qalmış miras əmlakı - DƏDRX tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş **********63-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 373A ünvanında yerləşən ümumi sahəsi 135.5 kv/m, yaşayış sahəsi 97.5 kv/m, yardımçı sahəsi 38 kv/m, 4 otaqlı olan fərdi yaşayış evini və 0.05 ha torpaq sahəsini miras qoyanın qanun üzrə vərəsə kimi qəbul etdiyindən, həmin əmlakın dəyərinin də hazırda iddiaçının tələb etdiyi məbləğdən yüksək olması mübahisə doğurmadığından, iddiaçı mərhum Məmmədov Asim İsgəndər oğlunun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsələri – cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tələb etməkdə haqlıdır. Odur ki, ümumilikdə 10 dekabr 2019-cu il tarixli, BPM**********43 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 832.68 (səkkiz yüz otuz iki manat altmış səkkiz qəpik) manat məbləğində kredit borcu, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 10 dekabr 2019-cu il tarixli, BPM**********43 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 832.68 (səkkiz yüz otuz iki manat altmış səkkiz qəpik) manat məbləğində kredit borcu, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar