Məhkəmə qərarları › İş №e-2(075)-905/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-905/2022

01.07.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-905/2022 01.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı nümayəndəsi (oğlu) Nümayəndə, Cavabdeh X6 iştirakları ilə, İddiaçı cavabdeh X9 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, açdırdığı vərəsəlik işini başa çatdıra bilməyi üçün qardaşı X6 bu işə dair yaratdığı maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 22 may 2022-ci il tarixdə İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada tələbin dəqiqləşdirilməsinə dair ərizə göndərərək, açdırdığı vərəsəlik işini başa çatdıra bilməyi üçün ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirməklərinə qardaşı X14 tərəfindən yaradılan maneələrin aradan qaldırılması və X9 bu cür hərəkətlər edilməsinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 30 may 2022-ci il tarixdə İddiaçı nümayəndəsi (oğlu) Nümayəndə yenidən məhkəməyə elektron qaydada tələbin dəqiqləşdirilməsinə dair ərizə göndərərək, iddiaçının açdırdığı vərəsəlik işini başa çatdıra bilməyi üçün ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının (mərhum atası X17) mərhum anası X10 məxsus Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirməklərinə qardaşı X14 tərəfindən yaradılan maneələrin aradan qaldırılması və X9 bu cür hərəkətlər edilməsinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək göstərmişdir ki, İddiaçı onun anası, cavabdeh isə onun dayısıdır. Anasının valideyinləri mərhum X21 xx.xx.1998-ci il tarixində, mərhum X15 isə xx.xx.2021-ci ildə vəfat etmişlər. Onlardan miras əmlak qalmış və həmin miras əmlak Şəki rayonunun Orta Zəyzid kəndində yerləşir. X21 və X7 varisləri X14, digər dayısı mərhum X20 və onun anası İddiaçıdır. Bildirmişdir ki, mərhum X20 xx.xx.2010-cu il tarixdə vəfat etmiş və ondan heç bir varisi qalmamışdır. X14 isə Bakı şəhərində yaşayır və xx.xx.2017-ci il tarixdə Notarial qaydada Reyestrdə 7E-11008 №-li qeydiyyata alınmış ərizəsi ilə o, xx.xx.2010-cu il tarixdə vəfat etmiş qardaşı X13 ölümündən sonra qalmış hər hansı miras əmlakı qəbul etməmiş, qəbul etmir və gələcəkdə itirilmiş müddətin bərpası ilə bağlı heç bir məhkəmə orqanına müraciət etməyəcəyini bildirmişdir. Bundan başqa X14 xx.xx.2017-ci il tarixdə Notarial qaydada Reyestirdə 7E-11007 №-li qeydiyyata alınmış ərizəsi ilə xx.xx.1998-ci il tarixdə vəfat etmiş ataları X16 ölümündən sonra qalmış hər hansı miras əmlakı qəbul etməmişdir, qəbul etmir və gələcəkdə itirilmiş müddədtin bərpası ilə bağlı heç bir məhkəmə orqanına müraciət etməyəcəyini bildirmişdir. X16 ölümündən sonra X15 xx.xx.2021-ci il tarixdə vəfat edənə qədər onun hər cürə qulluğunda dayanmış və X14 ilə çox yaxşı münasibətləri olmuşdur. X1 Surayə Yusif qızının vəfatından sonra valideyinlərinə məxsus olan və Şəki rayonunun Orta Zəyzid kəndində yerləşən mülkün (evin) açarlarını götürərək bir müddət orada qalacağını bildirmişdir. Daha sonra evin kilidini dəyişərək açarları özü ilə götürməklə Bakı şəhərinə getmişdir. Anası İddiaçı öz növbəsində vərəsəliyi həyata keçirmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional “Asan Xidmət” mərkəzindəki Notariat ofisə müraciət etmiş və 80.00 (səksən) manat dövlət rüsumu ödəyərək X4 miras qalmış sözügedən əmlaka dair vərəsəlik işi açdırmışdır. Bu işin başa çatdırılması üçün mərhum X4 qalmış daşınmaz əmlakın dövlət Rteyestrində qeydə alınaraq çıxarış və daşınmaz əmlakın yüklülüyü barədə arayış təqdim edilməlidir. Bu arayışın əldə olunması üçün “Asan Xidmət” mərkəzindəki Notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə № 4026 saylı məktubla İqtisadiyyat Nazirliyi vanında ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə məktubla müraciət olunmuşdur. Həmin müraciət əsasında müəyyən proseslərin işlərin icra edilməsi üçün sözügedən əmlaka daxil olmaq zərurəti yaranmışdır. Lakin açarlar onlarda olmadığından və ona məlum olmayan səbəblərdən X14 həmin əmlaka daxil olmalarına qadağa qoyduğundan açarları verməkdən imtina edir. Bununla da onlar X5 miras əmlaka dair açdırdığı vərəsəlik işini başa çatdıra bilmirlər. Yəni buna X14 maneə yaradır. Buna görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişlər. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X14 izahat verərək göstərmişdir ki, o, xx xxxxxx 1958ci il tarixdə Şəki rayonu, Orta Zəyzid kəndində anadan olmuşdur. Mərhum atası X21 xx.xx.1998-ci il tarixində, mərhum anası X15 isə xx.xx.2021-ci ildə vəfat etmişlər. Bildirmişdir ki, valideynlərindən miras qalmış Şəki rayonu Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evinin varisləri o, qardaşı X20 və bacısı İddiaçıdır. Ancaq qardaşı X20 xx.xx.2010-cu il tarixdə vəfat etdiyindən, həmin ev ona və bacısı İddiaçı miras qalmışdır. Bildirmişdir ki, o, hal-hazırda Bakı şəhərində yaşayır. Bakı şəhərində müxtəlif vəzifələrdə işləmişdir. O, Bakı şəhərində yaşasa da, tez-tez Şəki şəhərinə gəlmiş, həmin evdə qalmışdır. Qeyd etmişdir ki, iddiaçının məqsədi mübahisəli evə vərəsəlik işi açdırıb, sonda həmin evi satmaqdır. Belə ki, onlar həmin evin satılacağı ilə bağlı elanlar yapışdırır və danışırlar. İddiaçı olan bacısı düz 40 il bundan əvvəl ailə quraraq Şəki rayonunun Oraban kəndinə köçmüşdür. Qeyd edilən miras evdən iddiaçıya pay düşməsini bilir. Evin açarları hazırda ondadır. O isə Bakı şəhərində yaşadığından hər dəfə deyiləndə kəndə gələ bilmir. İddiaçıya demişdir ki, Reyestr idarəsindən mütəxəssiz gələndə 3-4 gün öncə ona desinlər. Lakin iddiaçı reyestr nümayəndələri gələn günü onun kəndə gəlməsini bildirir. Lakin hazırda iddiaçının məqsədi həmin evi satmaq olduğundan o buna imkan vermək niyyətində deyil. Çünki istəmir ki, ata mülki satılsın. Ümumiyyətlə o gələcəkdə iddiaçıya qarşı məhkəmədə müvafiq iddia qaldıracaqdır. Buna görə də iddianı qəbul etmir. Məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş, X6 28 fevral 2017-ci il tarixli, notarial təsdiq edilmiş ərizəsindən görünür ki, X14 xx.xx.2010-cu il tarixdə vəfat etmiş qardaşı X13 ölümündən sonra qalmış hər hansı miras əmlakı etməmişdir, etmir və gələcəkdə itirilmiş müddətin bərpası ilə bağlı heç bir məhkəmə orqanına müraciət etməyəcəkdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş, X6 28 fevral 2017-ci il tarixli, notarial təsdiq edilmiş ərizəsindən görünür ki, X14 xx.xx.1998-ci il tarixdə vəfat etmiş atası X16 ölümündən sonra qalmış hər hansı miras əmlakı etməmişdir, etmir və gələcəkdə itirilmiş müddətin bərpası ilə bağlı heç bir məhkəmə orqanına müraciət etməyəcəkdir. İşdə olan 04 mart 1960-cı il tarixli, İ-ИЕ 860508 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1959-cu il təvəllüdlü X8 atası X21, anası X11r. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş, fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasprtundan görünür ki, Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən 107 invertar nömrəli fərdi yaşayış evi X21 və X7 adınadır. İşdə olan 18 avqust 1998-ci il tarixli, V-ЖГ 326002 seriya nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X16 18 avqust 1998-ci il tarixdə ölməsi, ölüm haqqında akt qeydləri kitabında 28 nömrə ilə qeyd edilmişdir. İşdə olan 20 may 2021-ci il tarixli, AZ-İİ 194530 seriya nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 03 may 1921-ci il tarixdə ölməsi, ölüm haqqında akt qeydləri kitabında 631 nömrə ilə qeyd edilmişdir. İşdə olan Şəki Rayon Qeydiyyat şöbəsi tərəfindən 10 sentyabr 2021-ci il tarixdə verilmiş, 05/Q-780/70 saylı doğum haqqında arayışın təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1958-ci il təvəllüdlü X6 atası X21, anası X11r. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 09 aprel 2014-cü il tarixli arayışından görünür ki, X14 birinci qrup gözdən əlil olmuşdur. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 29 noyabr 2021-ci il tarixdə Nümayəndə Hikmət oğluna ünvanlanmış **********43 nömrəli məktubdan görünür ki, Nümayəndə Hikmət oğlu ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə 11 oktyabr 2021-ci il tarixdə Nümayəndə Hikmət oğlu mərhum X12 məxsus Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınması barədə ərizə ünvanlamış, ancaq müayinə - ölçü işləri aparılmasına şərait yaradılmadığından ərizənin icrası 1 (bir) ay müddətinə dayandırılmış, lakin dayandırma müddətində səbəb aradan qaldırılmadığından ərizənin icrası mümkün olmamışdır. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 11 yanvar 2022-ci il tarixdə Nümayəndə Hikmət oğluna ünvanlanmış **********56 nömrəli məktubdan görünür ki, Nümayəndə Hikmət oğlu ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə 20 dekabr 2021-ci il tarixdə Nümayəndə Hikmət oğlu mərhum X12 məxsus Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınması barədə ərizə ünvanlamış, ancaq müayinə - ölçü işləri aparılmasına şərait yaradılmadığından ərizənin icrasından imtina edilmişdir. Məhkəmə iclası zamanı tərəflərin izahatları və işdə olan sənədlərin bilavasitə tədqiqi zamanı aydın oldu ki, iddiaçı ilə cavabdeh bacı-qardaşdırlar. Tərəflərin valideyinləri mərhum X21 və mərhum X10 məxsus olan Şəki rayonu Orta Zəyzid kəndində yerləşən fərdi yaşayı evi İddiaçı və cavabdeh X9 miras qalmışdır. İddiaçı valideyinlərinə aid olan fərdi yaşayış evi üzərində öz payını rəsmləşdirmək istəmişdir. Bununla bağlı qeyd edilən mübahisəli evə baxış keçirilməsi zərurəti yaranmış, lakin qeyd edilən yaşayış evinin açarları cavabdehdə olduğundan DƏDRX-nin əməkdaşları həmin evə baxış keçirə bilməmişdir. İddiaçı miras payına dair çıxarış almaq üçün ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşları tərəfindən ölçü işlərinin aparılmasını istəyir. X2 sözü gedən fərdi yaşayış evinin açarlarını özündə saxlayaraq ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının ölçü işlərinin aparmalarına imkan vermir. İddiaçı iddiasını müdafiə etmiş, cavabdeh isə iddianı qəbul etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 169.1-ci maddəsinin tələblərinə əsasən yalnız Mülki Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Avropa Məhkəməsi «Önəryıldız Türkiyəyə qarşı» qərarında xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsində «mülkiyyət anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın «hüquq» kimi tanınmaması, istərsə də, bu qanunlar tərəfindən həmin marağın «mülkiyyət hüququ» hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda «mülkiyyət» hesab edilməsinin qarşısını almır. Həmin qərarda Avropa Məhkəməsi həmçinin vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur və ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyət»ə bərabərdir. Ə.Ə.Axverdiyevin şikayəti üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli qərarının 73-cü paraqrafında qeyd edilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından mülkiyyət hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. X28 Məhkəməsinin bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, X29rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) qeyd olunmuşdur ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Avropa Məhkəməsi presedentlərində göstərildiyi kimi yaşayış evini cavabdeh X18 inşa etdirdiyi üçün həmin ev ona məxsusdur. Həmin yaşayış evi Avropa Məhkəməsinin presedentlərinə görə «mühüm iqtisadi maraq» kəsb edir və həmin yaşayış evi üzərində onun ən azından istifadə, həmçinin “gözlənilən” hüququ vardır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenimununun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi xx.xx.2002-ci ildən konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasını tanıyır. İnsan və vətəndaş hüquqları və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən insan hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüqüq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüqaqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan hüquqları üzrə Avropa məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Yuxarıda göstərilən əsaslarla məhkəmə hesab edir ki, iddia təmin edilərək, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının mərhum X21 və mərhum X10 məxsus Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirməklərinə X14 tərəfindən yaradılan maneələrin aradan qaldırılmalı və bu cür maneə ona qadağan edilməlidir. Tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227.1 və 360cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının mərhum X21 və mərhum X10 məxsus Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirməklərinə cavabdeh X14 tərəfindən yaradılan maneələr aradan qaldırılsın və bü cür hərəkətlərlə bağlı maneələr cavabdehə qadağan edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar