Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-908/2022 29.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, 28.06.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 10.03.2022-ci il tarixinə yaranmış borcu 728 manat əsas, 109.2 manat cərimə, cəmi 837.2 manat, 20.04.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 520 manat əsas, 78 manat cərimə, cəmi 598 manat, 20.04.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 429.9 manat əsas, 64.4 manat cərimə, cəmi 494.3 manat, ümumilikdə 1929.5 manat borcun və 39.30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28.06.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “SAMSUNG A325” markalı mobil telefona, “Hİ-Fİ” markalı qulaqcığa, “TP-LİNK” markalı modemə, “BRAUN” markalı doğrayıcıya və şarj alətinə görə 12 ay ödəniş cədvəli üzrə hər ay 67 manat olmaqla cəmi 795 manat, 20.04.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu,aldığı “XİAOMİ REDMİ NOTE 10” markalı mobil telefona, “HONOR” markalı qulaqcığa və “SAMSUNG” markalı qol saatına görə 12 ay ödəniş cədvəli üzrə hər ay 59 manat olmaqla cəmi 697 manat, 20.04.2021-ci il tarixli, ********* saylımüddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “SAMSUNG A325” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 48 manat olmaqla cəmi 573.9 manat, ümumilikdə üç müqavilə üzrə 2065.9 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə 28.06.2021-ci il tarixli müqavilə üzrə 28.07.2021-ci il tarixində 67 manat, 20.04.2021-ci il tarixlimüqavilə üzrə 20.07.2021-ci il tarixində 59 manat, 20.04.2021-ci il tarixlimüqavilə üzrə 20.07.2021-ci il tarixində 48 manat ödəniş etmiş və üç müqavilə üzrə qalıq qalmış 1677.9 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqımüqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu üç müqavilə üzrə 2516 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər üç müqavilə üzrə 2516 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 251.6 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh 10.03.2022-ci il tarixədək "xxxx" MMC-nə olan borcu 28.06.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 728 manat manat əsas, 109.2 manat cərimə, cəmi 837.2 manat, 20.04.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 520 manat əsas, 78 manat cərimə, cəmi 598 manat, 20.04.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 429.9 manat əsas, 64.4 manat cərimə, cəmi 494.3 manat,ümumilikdə borcu hər üç müavilə üzrə 1929.5 manat təşkil etmişdir. Azərbaycan Respublikasının MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, 17 iyun 2021-ci il tarixli, ********* saylı müqaviləyə əsasən 728.00 manat əsas, 109.2 manat cərimə borcu, 20.04.2021-ci il tarixli, ********* saylı müqaviləyə əsasən 520.00 manat əsas, 78 manat cərimə borcu, 20.04.2021-ci il tarixli, ********* saylı müqaviləyə əsasən 429.90 manat əsas, 64.4 manat cərimə borcu olmaqla, ümumilikdə 1929.50 manat borc Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 39.30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 28.06.2021-ci il tarixli, ********* saylı müqaviləyə əsasən 728.00 manat əsas, 109.2 manat cərimə borcu; 20.04.2021-ci il tarixli, ********* saylı müqaviləyə əsasən 520.00 manat əsas, 78 manat cərimə borcu; 20.04.2021-ci il tarixli, ********* saylı müqaviləyə əsasən 429.90 manat əsas, 64.4 manat cərimə borcu olmaqla, ümumilikdə 1929.50 manat borc Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İş üzrə ödənilmiş 39.30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-908/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-908/2022
29.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver