Məhkəmə qərarları › İş №e-2(075)-915/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-915/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-915/2024 15.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Cavabdeh Mayıl oğlunun, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddia tələbinin dəlilləri : İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Mayıl oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X14 Mövlam qızının vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASCnin xeyrinə 25 may 2020-ci il tarixli, BPM**********71 №-li kredit müqaviləsi üzrə ödənilməmiş 973.84 manat əsas, 1.43 manat faiz olmaqla, cəmi 975.27 (doqquz yüz yetmiş beş manat 27 qəpik) manat məbləğində kredit borcunun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,4 (40 qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" ASC-nin “Şəki” filialı ilə Hüseynova Ziyafət Mövlamqızı arasında bağlanmış 25 may 2020-ci il tarixli, BPM**********71 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 18 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə hesablanmaqla, 1520 manat məbləğində kredit verilmişdir. X15 Mövlam qızı 21 dekabr 2021-ci il tarixdə vəfat etmişdir. Şəki regional ASAN Xidmət mərkəzində notariat ofisinin 11 oktyabr 2023-cü il tarixli, 3999 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, X14 Mövlam qızının adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh mərhumdan qalan miras əmlakı qəbul etmişdir. Bankın “Şəki” filialı tərəfindən təqdim edilmiş 29 noyabr 2023-cü il tarixli maliyyə arayışa əsasən, Hüseynova Ziyafət Mövlam qızının vəfat etdiyi tarixə Banka ödənilməmiş 973.84 manat əsas, 1.43 manat faiz olmaqla, cəmi 975.27 manat kredit borcu qalmışdır. Cavabdeh X14 Mövlam qızından qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir.Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir.. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Mayıl oğlu izahat verərək bildirdi ki, yoldaşı X14 Mövlam qızı vəfat etdikdən sonra, ona bir ədəd avtomobil və torpaq sahəsi miras qalmışdır. Hal-hazırda tək gəlir yeri aldığı pensiyadır. Kredit borcunu ödəməyə maddi imkanı yoxdur. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İşin halları "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Hüseynova Ziyafət Mövlam qızı arasında bağlanmış BPM**********71 nömrəli, 25 may 2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən cavabdehə 418 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə hesablanmaqla, 1520 (bir min beş yüz iyirmi) manat məbləğində kredit verilmişdir məbləğində nağd kredit verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ödəniş cədvəlindən görünür ki, Hüseynova Ziyafət Mövlam qızı götürdüyü 1520 (bir min beş yüz iyirmi) manat məbləğində kredit borcunu ona hesablanmış faizləri ilə birlikdə 18 ay müddətinə qaytarmalı olmuşdur. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 yanvar 2022-ci il tarixli 14 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Hüseynova Ziyafət Mövlam qızı 21 dekabr 2021-ci il tarixdə ölmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mərhum X3 vərəsəsi Cavabdeh göndərdiyi ünvanlanmış xəbərdarlıqdan görünür ki, borcun ödənilməsi barədə iddiaçı tərəfindən onlara xəbərdarlıq edilmiş və əks təqdirdə bank borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin maliyyə arayışından görünür ki, Hüseynova Ziyafət Mövlam qızının 25 may 2020-ci il tarixli kredit müqaviləsi üzrə 973,84 (doqquz yüz yetmiş üç manat səksən dörd qəpik) manat əsas, 1,43 (bir manat qırx üç qəpik) manat faiz, 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik komissiya haqqı olmaqla, cəmi 1,520 (bir min beş yüz iyirmi) manat borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı məktubdan görünür ki, X3 vərsəsi Cavabdehdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin Şəki Rayon Məhkəməsi tərəfindən göndərilmiş sorğuya əsasən bildirir ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş-X3 vərsəsi əri Cavabdehdur. V- 141/2020 nömrəlli vərəsəlik işinə əsasən əri Cavabdeh **-BD-*** dövlət qeydiyyat nişanlı VAZ 2109 minik avtomobili, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1,72 ha torpaq sahəsinin mərhuma məxsus pay hissəsindən ibarətdir. Həmçinin şəhadətnamədə göstərilmişdir ki, DƏDRX-dən əldə edilmiş xx.xx.2022 tarixli qeydiyyat nömrəsi 374 olan arayışa əsasən vərəsəlik hüquqi haqqında şəhadətnamə verilənədək ünvan 1i ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Azərbaycan Respublikası Şəki Şəhər İcra Hakimiyyəti Başçısının “Orta Zəyzid” kəndindəki nümayəndəliyinin Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə təqdim etmək üçün verdiyi 25 fevral 2022-ci il tarixli 140 №-li arayışdan görünür ki mərhum X3 vərəsələri yoldaşı Cavabdeh, oğlu X10 və qızı Abdullayeva (Hüseyinova) Səadət İsmayıl qızıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə təqdim etmək üçün verdiyi xx.xx.2022-ci il tarixli xx/xx-1319/10 nömrəli məktubdan görünür ki, “Eleketron notariat” İnformasiya sisteminin notariat sənədləri arxivində aparılmış araşdırma nəticəsində mərhum X7 tərəfindən vəsiyyətnamənin qoyulması barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə təqdim etmək üçün verdiyi 17 mart 2022-ci il tarixli 05/Q-895/12 №-li məktubunda X1 xx.xx.1957-ci il tarixli 135 №-li doğum, X1 xx.xx.1977 06 №-li nikah haqqında akt qeydlərinin təsdiq edilmiş surətləri təqdim edilmişdir. 01 aprel 1977-ci il tarixli 06 №-li aktdan görünür ki, X9 ilə X5 arasında nikah bağlanmışdır. Cavabdeh Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə göndərdiyi **********700 nömrəli ərizəsindən görünür ki, Cavabdeh mərhumdan qalmış miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. X2 Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə göndərdiyi **********705 nömrəli ərizəsindən görünür ki, X6 mərhum anasından miras qalmış qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət mirasdan imtina etmişdir. X8 Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə göndərdiyi **********710 nömrəli ərizəsindən görünür ki, X10 mərhum anasından miras qalmış qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət mirasdan imtina etmişdir. “Torpağa mülkiyyət hüququna dair” 30 iyul 1999-cu il tarixli JN-142 №-li dövlət aktından görünür ki, 1,72 ha torpaq sahəsi Cavabdeh, Hüseynova Ziyafət Mövlam qızı, X10 və X4 ümumi birgə mülkiyyətindədir. Azərbaycan Respublikası DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin Cavabdeh təqdim etdiyi xx.xx.2022-ci il tarixli 374 №-li arayışdan görünür ki, Köbər Zəyzid kəndində yerləşən 1,7218 ha torpaq sahəsinin üzərində məhdudiyyət və yüklülük qeydə alınmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” İnformasiya Sistemi vasitəsi ilə Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə təqdim etdiyi nəqliyyat vasitəsi üzərində məhdudiyyətin mövcudluğu barədə məlumatdan görünür ki, **- BD-*** dövlət nömrə nişanlı VAZ 2109 minik markalı avtomobilin üzərində məhdudiyyət yoxdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə, iddiaçının nümayəndəsi və cavabdehin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X14 Mövlam qızı arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən ona 18 ay müddətinə illik 19 faiz olmaqla 1520 (bir min beş yüz iyirmi) manat məbləğində nağd kredit verilmişdir. Lakin, Hüseynova Ziyafət Mövlam qızı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Hüseynova Ziyafət Mövlam qızı 21 dekabr 2022-ci il tarixdə ölmüşdür. Hüseynova Ziyafət Mövlam qızı öldükdən sonra onun əri Cavabdeh miras qoyanın qanun üzrə vərəsəsi kimi ondan miras qalmış əmlakı – **-BD-*** dövlət qeydiyyat nişanlı VAZ 2109 minik avtomobili, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1,72 ha torpaq sahəsi vərəsəlik qaydasında rəsmi olaraq qəbul etmiş və bu barədə onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdeh X14 Mövlam qızının ölümündən sonra ondan qalmış miras əmlakı - **-BD-*** dövlət qeydiyyat nişanlı VAZ 2109 minik avtomobili, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1,72 ha torpaq sahəsi miras qoyanın qanun üzrə vərəsə kimi qəbul etdiklərindən, həmin əmlakın dəyərinin də hazırda iddiaçının tələb etdiyi məbləğdən yüksək olması mübahisə doğurmadığından, iddiaçı X14 Mövlam qızının kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi – Cavabdeh Mayıl oğlundan tələb etməkdə haqlıdır. Odur ki, ümumilikdə 25 may 2020-ci il tarixli, BPM**********71 №-li kredit müqaviləsi üzrə ödənilməmiş 973.84 manat əsas, 1.43 manat faiz olmaqla, cəmi 975.27 (doqquz yüz yetmiş beş manat 27 qəpik) manat məbləğində kredit borcunun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,4 (40 qəpik) manat xidmət haqqı məbləğində kredit borcu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. İş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqı da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh 25 may 2020-ci il tarixli, BPM**********71 №-li kredit müqaviləsi üzrə ödənilməmiş 973.84 manat əsas, 1.43 manat faiz olmaqla, cəmi 975.27 (doqquz yüz yetmiş beş manat 27 qəpik) manat məbləğində kredit borcunun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar