Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-93/2024 16.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən verilmiş 1500 (bir min beş yüz) manat məbləğində borcun ona qaytarılması, 40 (qırx) manat məbləğində iddia ərizəsinin tərtibatına görə çəkilən əlavə xərcin, eyni zamanda məhkəmə xərci üçün tərəfindən ödənilmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 08 sentyabr 2021-ci il tarixində Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti vermişdir. Cavabdeh pula ehtiyacı olduğunu və əldə etdiyi məbləği 3 (üç) ay müddətində ona qaytaracağını vəd etmişdir. 08 sentyabr 2021-ci il tarixində ona lazım olan 1500 (min beş yüz) manat məbləğində pul vəsaitini verdiyini öz əlyazması ilə təsdiq etmiş və 3 ay müddətində hər ayın 4-də hissə-hissə geri ödəməyi öhdəsinə götürmüşdür. Lakin verdiyi vədə və əlyazmasına sadiq qalmamış, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bildirmişdir ki, şəxsin ondan borc qismində aldığı 1500 (min beş yüz) manat pul vəsaitini müxtəlif bəhanələr gətirərək ödəməkdən boyun qaçırması onun maddi vəziyyətini çətinləşdirmişdir. Bununla əlaqədar olaraq Cavabdeh tərəfindən borc qismində alınmış 1500 (min beş yüz) manat məbləğində pul vəsaitindən əlavə tərəfindən çəkilmiş xərcin əvəzi qismində 75 (yetmiş beş) manatın da ona qaytarılması qanunauyğundur. Ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət üçün iddia ərizəsi 40 (qırx) manat və dövlət rüsumu olaraq 35 (otuz beş) manat xərc çəkilmişdir. Göründüyü kimi cavabdeh şəxsin qanunsuz əməlləri nəticəsində onun əlavə olaraq çəkdiyi xərcin dəyəri cavabdehdən tutulmalıdır. Məhz bu xüsusatlara əsasən, Cavabdeh tərəfindən borc qismində alınmış 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitinin, ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət üçün iddia ərizəsi 40 (qırx) manat və dövlət rüsumu olaraq 35 (otuz beş) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq onun xeyrinə ödənilməsinə dair ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasından İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08 sentyabr 2021-ci il tarixli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh İddiaçı 1500 manat məbləğdə pul vəsaiti almışdır. Kartını girov olaraq qoymuşdur. Həmin pulu 3 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iclasında tərəflərin izahatları nəticəsində müəyyən edildi ki, Cavabdeh pula ehtiyacı olduğu üçün İddiaçı 1500 (bir min beş yüz) manat borc pul götürmüşdür. Cavabdeh iddiaçıdan aldığı 1500 (bir min beş yüz) manat pulu 3 ay müddətinə qaytaracağı barədə müqavilə yazsa da, borcunu qaytarmamışdır. Cavabdeh məhkəmə tərəfindən rəsmi qaydada bildiriş, həmçinin mobil telefonuna SMS göndərilməklə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və iddiaya hər hansı bir münasibət bildirməmişdir. Buna görə də məhkəmə cavabdeh tərəfindən iddiaçıya 1500 manat pulun alınması və 3 ay müddətinə iddiaçıya qaytarılması barədə yazmış olduğu qəbzi mötəbər sübut kimi qəbul etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Buna görə də onlar arasındakı münasibətlərə pul müqaviləsinin müddəaları tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (pullu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə pulludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (pul verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (pul alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (pul alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində pul verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul pul verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, pul müqaviləsi yazılı formada bağlanmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, iddia ərizəsi 40 (qırx) manat məbləğində iddia ərizəsinin tərtibatına görə çəkilən əlavə xərcin cavabdehin xeyrinə ödənilməsi hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Şərh olunanaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh cəmi 1500 (bir min beş yüz) manat pul və 35 manat dövlət rüsumu alınaraq İddiaçı verilməli, iddia əsaslı olmadığından qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh cəmi 1500 (bir min beş yüz) manat pul və 35 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-93/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-93/2024
16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver