Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-931/2022 19.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh8, Cavabdeh4 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 007R********** saylı krеdit razılaşması üzrə 13013.86 manat əsas, 4532.55 manat faiz və 7540.29 manat cərimə borcu olmaqla, cəmi 25086.7 manat borc, 007R********** saylı krеdit razılaşması üzrə 27195.74 manat əsas, 4369.23 manat faiz və 6029.58 manat cərimə borcu olmaqla, cəmi 37594.55 manat borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 278 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsum və 60 manat xidmət haqqının tutulması, tutmanın Şəki rayonu Şin kəndində yerləşən 0.17 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan ümumi sahəsi 103.2 kv.metr, 71.7 kv.metr yaşayış, 31.5 kv.metr yardımçı sahədən ibarət 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə və Şəki şəhəri Təyyarə meydanı 7 küçəsində yerləşən 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan ümumisahəsi 177.9 kv.metr, yaşayış sahəsi 58.8 kv.metr, yardımçı sahəsi 119.1 kv.metr olan 2 mərtəbəli 2 otaqlı 32 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 62681 (altmış iki min altı yüzsəksən bir) manat 25 (iyirmi beş) qəpik borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 278 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlakatutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsumun və 60 manat xidmət haqqının "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh8, Cavabdeh4 müştərək qaydada İddiaçıQSC-nin xeyrinə tutulması, Şəki rayonu Şin kəndində yerləşən 0.17 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan ümumi sahəsi 103.2 kv.metr, 71.7 kv.metr yaşayış, 31.5 kv.metr yardımçı sahədən ibarət 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh7, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh6 həmin əmlakdan çıxarılmaları, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Şəki şəhəri Təyyarə meydanı 7 küçəsində yerləşən 0.03 hatorpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan ümumi sahəsi 177.9 kv.metr, yaşayış sahəsi 58.8 kv.metr, yardımçı sahəsi 119.1 kv.metr olan 2 mərtəbəli 2 otaqlı 32 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh5 və Cavabdeh2 həmin əmlakdan çıxarılmaları, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. 18 iyul 2022-ci il tarixdə İddiaçı QSC-nin numayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq hazırki iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. İddiaçı QSC-nin ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli, 12 saylı Qərarının 5-ci bəndində göstərilmişdir ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdehlərtərəfin buna razılığının alınması tələb olunmur.” İddiaçı QSC-nin iddia ərizəsi ilə bağlı ödəmiş olduğu 278 manat rüsum onun özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1 və 170.3-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı “borcun tutulması” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı QSC-nin ərizəsi ilə bağlı ödəmiş olduğu 278 manat rüsumü dövlət büdcəsindən onun özünə qaytarılsın. İddiaçı QSC-nə yenidən məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-931/2022
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-931/2022
19.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver