Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-936/2022 04.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, cavabdeh Pərdəyi-zambur Aydın Ayaz oğlunun iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Pərdəyi-zambur Aydın Ayaz oğluna, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 015R********** saylı krеdit razılaşmasının ləğv edilməsi və cavabdеhlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 015R********** saylı krеdit razılaşması üzrə 1107.09 manat məbləğində krеdit bоrcu, 183.54 manat məbləğində faiz bоrcu və 321.04 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1611 (min altı yüz on bir) manat 67 (altmış yeddi) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 36.12 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı QSC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı QSC məhkəməyə 04 iyul 2022-ci il tarixdə ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı QSC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı QSC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 015L**********27 saylı uzun müddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzun müddətli kredit müqaviləsi üzrə Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 015R********** saylı krеdit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 (üç min) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 015R**********S saylı, xx.xx.2020-ci il tarixli 015R**********SA saylı, xx.xx.2021-ci il tarixli 15R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü krеdit bоrcundan 1892.91 manat ödəmiş, onun 1107.09 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 165 gün üçün hesablanmış faiz borcu 183.54 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 165 gün üçün hеsablanmış cərimə 321.04 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеditalan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehlər Cavabdeh1 Qniyaz qızı və Cavabdeh2 Əhmədiyyə oğlu zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərilərinə məsuliyyət götürmüşlər. Onlar Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən kredit müqavilə\sindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh Pərdəyi-zambur Aydın Ayaz oğlu bildirdi ki, İddiaçı QSC ilə arasında bağlanmış müqaviləyə əsasən ona kredit verilmişdir. Lakin pandemiya ilə bağlı maddi imkanı yaxşı olmadığından ödəmələrdə gecikmələr yaranmışdır. Borcunu ödəməkdən yayınmır. Məhkəmədən borcun hissə-hissə ödənilməsinə köməklik edilməsini və cərimənin silinməsini xahiş edir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh Pərdəyizambur Aydın Ayaz oğlu arasında bağlanmış 03 sentyabr 2019-cu il tarixli, 015L**********27 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, Pərdəyi-zambur Aydın Ayaz oğluna illik faiz dərəcəsi 28 % olmaqla 120 ay müddətinə 30000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə cavabdeh Pərdəyi-zambur Aydın Ayaz oğlu arasında bağlanmış 03 sentyabr 2019-cu il tarixli, 015R********** saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC tərəfindən Pərdəyi-zambur Aydın Ayaz oğluna 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 03 sentyabr 2019-cu il tarixli, 015S**********03 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Xəlilov X1-zambur Aydın Ayaz oğlunun bank qarşısında 03 sentyabr 2019-ci il tarixli, 015L**********27 saylı uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 03 sentyabr 2019-cu il tarixli, 015S**********02 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 Pərdəyi-zambur Aydın Ayaz oğlunun bank qarşısında 03 sentyabr 2019-ci il tarixli, 015L**********27 saylı uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı QSC ilə Pərdəyi-zambur Aydın Ayaz oğlu arasında bağlanmış 20 may 2020-cı il tarixli, 015R**********S saylı sazişdən görünür ki, razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan İddiaçı QSC ilə Pərdəyi-zambur Aydın Ayaz oğlu arasında bağlanmış 13 noyabr 2020-cı il tarixli, 015R**********SA saylı sazişdən görünür ki, razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir İş materiallarında olan İddiaçı QSC ilə Pərdəyi-zambur Aydın Ayaz oğlu arasında bağlanmış 07 iyun 2021-cı il tarixli, 015R**********SB saylı sazişdən görünür ki, razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan 03 sentyabr 2019-cu il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, Pərdəyi-zambur Aydın Ayaz oğlu götürdüyü 3000 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 18 ay müddətinə qaytarmalı olmuşdur. İş materiallarında olan 20 may 2020-ci il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, Pərdəyi-zambur Aydın Ayaz oğlu 2122.52 manat məbləğində krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 13 ay müddətinə qaytarmalı olmuşdur. İş materiallarında olan 07 iyun 2021-ci il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, Pərdəyi-zambur Aydın Ayaz oğlu 1303.82 manat məbləğində krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 12 ay müddətinə qaytarmalı olmuşdur. İş materiallarında olan 13 noyabr 2020-ci il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, Pərdəyi-zambur Aydın Ayaz oğlu 1476.09 manat məbləğində krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 10 ay müddətinə qaytarmalı olmuşdur. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı QSC ilə Pərdəyi-zambur Aydın Ayaz oğlu arasında bağlanmış 03 sentyabr 2019-cu il tarixli, 015L**********27 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən cavabdeh Pərdəyi-zambur Aydın Ayaz oğluna kredit xətti açılmışdır. 03 sentyabr 2019-cu il tarixli, 015R********** saylı kredit razılaşmasına əsasən cavabdeh Pərdəyi-zambur Aydın Ayaz oğluna kredit verilmişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdehlər tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı QSC tərəfindən cavabdehə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh Pərdəyi-zambur Aydın Ayaz oğlu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı QSC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlərPərdəyi-zambur Aydın Ayaz oğlundan, Cavabdeh1 və Cavabdeh2 tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı QSC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 321.04 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 423, 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək İddiaçı QSC ilə cavabdeh Pərdəyi-zambur Aydın Ayaz oğlu arasında bağlanmış 03 sentyabr 2019-cu il tarixli, 015R********** saylı kredit razılaşması ləğv edilməli, 1107,09 manat kredit borcu, 183,54 manat faiz və 30 manat cərimə borcu olmaqla, cəmi 1320,63 manat məbləğində borc və 36,12 manat dövlət rüsumu cavabdehlər Pərdəyi-zambur Aydın Ayaz oğlundan, Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı QSC-yə ödənilməli, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Pərdəyi-zambur Aydın Ayaz oğlu arasında bağlanmış 03 sentyabr 2019-cu il tarixli, 015R********** saylı kredit müqaviləsi ləğv edilsin. 1107,09 manat kredit borcu, 183,54 manat faiz və 30 manat cərimə borcu olmaqla, cəmi 1320,63 manat məbləğində borc və 36,12 manat dövlət rüsumu Pərdəyi-zambur Aydın Ayaz oğlundan, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-936/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-936/2022
04.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver