Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-94/2023 28.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 4200 (dört min iki yüz) manat borc, Cavabdeh1 2800 (iki min səkkiz yüz) manat borc, Cavabdeh2 2300 (iki min üç yüz) manat borc olmaqla, ümumilikdə 9300 (doqquz min üç yüz) manat borcun və ödənilmiş 113 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi baradə qətnamə çıxarılması xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, 2(075)-94/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi hər bir cavabdehə münasibətdə ayrıca icraata ayrılmış və Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə hazırkı mülki işə 2(075)-94/2023 nömrəsi verilmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək göstərmişdir ki, o, 03 dekabr 2020-ci il tarixində Cavabdeh1 2800 (iki min səkkiz yüz) manat məbləğində pulu borc olaraq vermişdir. Borc məbləğinin cavabdehə verilməsi ilə əlaqədar onunla Cavabdeh1 arasında yazılı notarial qaydada təsdiq olunmamış müqavilə bağlanmışdır. Həmin yazılı müaviləni cavabdeh öz imzası ilə təsdiq etmişdir. Cavabdeh1 qeyd olunan borc məbləğini ona 05 may 2021-ci il tarixinə qədər ödəyəcəyini söz vermişdir. Lakin, cavabdeh şəxs bu günə qədər ona olan borcunu ödəməmişdir. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 03 dekabr 2020-ci il tarixli əla yazma ilə yazılmış müqavilədən görünür ki, Cavabdeh1 İddiaçı 2800 manat borc pul aldığını qeyt etmiş, İddiaçı Cavabdeh1 2800 manat borc pul verdiyini qeyd etmişdir. Məhkəmə iclasında tərəflərin izahatları nəticəsində müəyyən edildi ki, Cavabdeh1 pula ehtiyacı olduğu üçün İddiaçı 2800 (iki min səkkiz yüz) manat borc pul götürmüşdür. Cavabdeh1 iddiaçıdan aldığı 2800 (iki min səkkiz yüz) manat pulu 05 may 2021-ci il tarixində qaytaracağı barədə söz versə də, borcunu qaytarmamışdır. Buna görə də məhkəmə cavabdeh tərəfindən iddiaçıya 2800 manat pulun alınması barədə yazmış olduğu müqaviləni mötəbər sübut kimi qəbul etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Buna görə də onlar arasındakı münasibətlərə pul müqaviləsinin müddəaları tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (pullu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə pulludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (pul verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (pul alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (pul alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində pul verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul pul verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, pul müqaviləsi yazılı formada bağlanmalıdır. Şərh olunanaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh1 cəmi 2800 (iki min səkkiz yüz) manat pul və 48 (qırx səkkiz) manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh1 cəmi 2800 (iki min səkkiz yüz) manat pul və 48 (qırx səkkiz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-94/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-94/2023
28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver