Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-942/2024 22.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi; İddia tələbinin dəlilləri; İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum Qafulov Firiddun Nüsrət oğlunun vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 07 oktyabr 2022-ci il tarixli, BPM**********75 №-li kredit müqaviləsi üzrə ödənilməmiş 764.55 (yeddi yüz altmış dörd manat əlli beş qəpik) manat əsas, 0.01 (bir) qəpik faiz olmaqla, cəmi 764.56 (yeddi yüz altmış dörd manat əlli altı qəpik) manat məbləğində kredit borcunun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx) qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin "xxxx" ASC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" ASC-nin “Şəki” filialı ilə Qafulov Firiddun Nüsrət oğlu arasında bağlanmış 07 oktyabr 2022-ci il tarixli, BPM**********75 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 12 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə hesablanmaqla, 1000 manat məbləğində kredit verilmişdir. X10 Nüsrət oğlu 09 yanvar 2023-cü il tarixdə vəfat etmişdir. Şəki regional ASAN Xidmət mərkəzində notariat ofisinin 11 oktyabr 2023-cü il tarixli, 3999 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, mərhum Qafulov Firiddun Nüsrət oğlunun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh mərhumdan qalan miras əmlakı qəbul etmişdir. Bankın “Şəki” filialı tərəfindən təqdim edilmiş 29 noyabr 2023-cü il tarixli maliyyə arayışa əsasən, Qafulov Firiddun Nüsrət oğlunun vəfat etdiyi tarixə banka ödənilməmiş 764.55 (yeddi yüz altmış dörd manat əlli beş qəpik) manat əsas, 0.01 (bir) qəpik faiz olmaqla, cəmi 764.56 (yeddi yüz altmış dörd manat əlli altı qəpik) manat kredit borcu qalmışdır. Cavabdeh mərhum Qafulov Firiddun Nüsrət oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Qafulov Firiddun Nüsrət oğlu arasında bağlanmış BPM**********75 nömrəli, 07 oktyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə hesablanmaqla, 1000 manat məbləğində kredit verilmişdir məbləğində nağd kredit verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ödəniş cədvəlindən görünür ki, Qafulov Firiddun Nüsrət oğlu götürdüyü 1000 (bir min) manat məbləğində kredit borcunu ona hesablanmış faizləri ilə birlikdə 12 ay müddətinə qaytarmalı olmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin maliyyə arayışından görünür ki, Qafulov Firiddun Nüsrət oğlunun 07 oktyabr 2022-ci il tarixli, BPM**********75 №-li kredit müqaviləsi üzrə ödənilməmiş 764.55 (yeddi yüz altmış dörd manat əlli beş qəpik) manat əsas, 0.01 (bir) qəpik faiz olmaqla, cəmi 764.56 (yeddi yüz altmış dörd manat əlli altı qəpik) manat məbləğində kredit borcu olmuşdur. Şəki Regional “ASAN Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Qafulov Firiddun Nüsrət oğlu xx.xx.2023-cü il tarixdə ölmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən mərhum Qafulov Firiddun Nüsrət oğlunun vərəsəsi Cavabdeh ünvanlanmış 20 oktyabr 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, borcun ödənilməsi barədə iddiaçı tərəfindən onlara xəbərdarlıq edilmiş və əks təqdirdə bank borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3559 nömrəli məktubundan görünür ki, Qafulov Firiddun Nüsrət oğlunun vərəsəsi Cavabdehdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin tərəfindən verilmiş 2V-480 nömrəli xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəliki hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş Qafulov Firiddun Nüsrət oğlunun vərəsəsi Cavabdeh miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Qafulov Firiddun Nüsrət oğluna verilmiş **********84-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 115.3 kv/m olan fərdi yaşayış evinin tam və ümumi birgə mülkiyyət hüququ üzrə 0.58 ha torpaq sahəsinin mərhuma məxsus pay hissəsi, xx.xx.2023-cü il tarixdə Qafulov Firiddun Nüsrət oğluna verilmiş **********81 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi birgə mülkiyyət hüququ üzrə ümumi sahəsi 4.1133 ha olan torpaq sahəsinin mərhuma məxsus pay hissəsi, xx.xx.2023-cü il tarixdə Qafulov Firiddun Nüsrət oğluna verilmiş **********82 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi birgə mülkiyyət hüququ üzrə ümumi sahəsi 0.7514 ha olan torpaq sahəsinin mərhuma məxsus pay hissəsi, xx.xx.2023-cü il tarixdə Qafulov Firiddun Nüsrət oğluna verilmiş **********83 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi birgə mülkiyyət hüququ üzrə ümumi sahəsi 5.09 ha olan torpaq sahəsinin mərhuma məxsus pay hissəsindən ibarətdir. Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının Qayabaşı kənd İnzibati Ərazi Dairəsi üzrə “Dodu” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 64 nömrəli vərəsəlik arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş Qafulov Firiddun Nüsrət oğlunun X3, Cavabdeh, Nuruyeva (Qafulova) Günel Firiddun qızı və Hüseynova (Qafulova) Sahilə Firiddun qızı adlı varisləri qalmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin xx.xx.2023-cü il tarixli 3-16-5/6-10-1240/23 nömrəli məktubundan görünür ki, “Elektron notariat” İnformasiya sisteminin notariat sənədləri arxivində aparılmış araşdırma nəticəsində mərhum Qafulov Firiddun Nüsrət oğlu tərəfindən vəsiyyətnamənin qoyulması barədə məlumat aşkar edilməmişdir. Cavabdeh Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət etdiyi **********850 nömrəli, xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, mərhum atası Qafulov Firiddun Nüsrət oğlu xx.xx.2023-cü il tarixdə ölmüşdür. Odur ki, mərhumdan qalmış miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. X1 Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət etdiyi **********540 nömrəli, xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, mərhum əri Qafulov Firiddun Nüsrət oğlu xx.xx.2023-cü il tarixdə ölmüşdür. Mərhum ərindən miras qalmış qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət mirasdan imtina etmişdir. X4 Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət etdiyi **********541 nömrəli, xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, mərhum atası Qafulov Firiddun Nüsrət oğlu xx.xx.2023-cü il tarixdə ölmüşdür. Mərhum atasından miras qalmış qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət mirasdan imtina etmişdir. X5 Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət etdiyi **********539 nömrəli, xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, mərhum atası Qafulov Firiddun Nüsrət oğlu xx.xx.2023-cü il tarixdə ölmüşdür. Mərhum atasından miras qalmış qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət mirasdan imtina etmişdir. X1 Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət etdiyi **********576 nömrəli, xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, mərhum əri Qafulov Firiddun Nüsrət oğlu xx.xx.2023-cü il tarixdə ölmüşdür. Mərhum mərhum əri Qafulov Firiddun Nüsrət oğlu ilə birgə nikah dövründə əldə olunan bütün əmlakların ½ hissəsi ilə bağlı ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə istəmir və gələcəkdə bununla bağlı heç bir iddiası olmayacaqdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş **********84-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 115.3 kv/m olan fərdi yaşayış evinin tam və ümumi birgə mülkiyyət hüququ üzrə 0.58 ha torpaq sahəsi Qafulov X6 Bayram Firidun oğlu, X3, X7, X2 ümumi birgə mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş **********81 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi birgə mülkiyyət hüququ üzrə ümumi sahəsi 4.1133 ha olan torpaq sahəsi Qafulov X6 Bayram Firidun oğlu, X3, X7, X2 ümumi birgə mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş **********82 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi birgə mülkiyyət hüququ üzrə ümumi sahəsi 0.7514 ha olan torpaq sahəsi Qafulov X6 Bayram Firidun oğlu, X3, X7, X2 ümumi birgə mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş **********83 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi birgə mülkiyyət hüququ üzrə ümumi sahəsi 5.09 ha olan torpaq sahəsi Qafulov X6 Bayram Firidun oğlu, X3, X7, X2 ümumi birgə mülkiyyətindədir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə mərhum Qafulov Firiddun Nüsrət oğlu arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən ona 12 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə hesablanmaqla, 1000 manat məbləğində nağd kredit verilmişdir. Lakin, Qafulov Firiddun Nüsrət oğlu müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Qafulov Firiddun Nüsrət oğlu xx.xx.2023-cü il tarixdə ölmüşdür. Qafulov Firiddun Nüsrət oğlu öldükdən sonra onun vərəsəsi Cavabdeh miras qoyanın qanun üzrə vərəsəsi kimi ondan miras qalmış əmlakı – **********84-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 115.3 kv/m olan fərdi yaşayış evinin tam və ümumi birgə mülkiyyət hüququ üzrə 0.58 ha torpaq sahəsinin mərhuma məxsus pay hissəsi, xx.xx.2023-cü il tarixdə Qafulov Firiddun Nüsrət oğluna verilmiş **********81 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi birgə mülkiyyət hüququ üzrə ümumi sahəsi 4.1133 ha olan torpaq sahəsinin mərhuma məxsus pay hissəsi, xx.xx.2023-cü il tarixdə Qafulov Firiddun Nüsrət oğluna verilmiş **********82 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi birgə mülkiyyət hüququ üzrə ümumi sahəsi 0.7514 ha olan torpaq sahəsinin mərhuma məxsus pay hissəsi, xx.xx.2023-cü il tarixdə Qafulov Firiddun Nüsrət oğluna verilmiş **********83 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi birgə mülkiyyət hüququ üzrə ümumi sahəsi 5.09 ha olan torpaq sahəsini vərəsəlik qaydasında rəsmi olaraq qəbul etmiş və bu barədə onların adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdeh mərhum Qafulov Firiddun Nüsrət oğlunun ölümündən sonra ondan qalmış miras əmlakı - **********84-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 115.3 kv/m olan fərdi yaşayış evinin tam və ümumi birgə mülkiyyət hüququ üzrə 0.58 ha torpaq sahəsinin mərhuma məxsus pay hissəsi, xx.xx.2023-cü il tarixdə Qafulov Firiddun Nüsrət oğluna verilmiş **********81 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi birgə mülkiyyət hüququ üzrə ümumi sahəsi 4.1133 ha olan torpaq sahəsinin mərhuma məxsus pay hissəsi, xx.xx.2023-cü il tarixdə Qafulov Firiddun Nüsrət oğluna verilmiş **********82 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi birgə mülkiyyət hüququ üzrə ümumi sahəsi 0.7514 ha olan torpaq sahəsinin mərhuma məxsus pay hissəsi, xx.xx.2023-cü il tarixdə Qafulov Firiddun Nüsrət oğluna verilmiş **********83 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi birgə mülkiyyət hüququ üzrə ümumi sahəsi 5.09 ha olan torpaq sahəsini miras qoyanın qanun üzrə vərəsə kimi qəbul etdiyindən, həmin əmlakın dəyərinin də hazırda iddiaçının tələb etdiyi məbləğdən yüksək olması mübahisə doğurmadığından, iddiaçı mərhum Qafulov Firiddun Nüsrət oğlunun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi – Cavabdeh tələb etməkdə haqlıdır. Odur ki, ümumilikdə 07 oktyabr 2022-ci il tarixli, BPM**********75 №-li kredit müqaviləsi üzrə ödənilməmiş 764.55 (yeddi yüz altmış dörd manat əlli beş qəpik) manat əsas borc, 0.01 (bir) qəpik faiz borcu olmaqla, cəmi 764.56 (yeddi yüz altmış dörd manat əlli altı qəpik) manat məbləğində kredit borcu, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh 07 oktyabr 2022-ci il tarixli, BPM**********75 №-li kredit müqaviləsi üzrə ödənilməmiş 764.55 (yeddi yüz altmış dörd manat əlli beş qəpik) manat əsas borc, 0.01 (bir) qəpik faiz borcu olmaqla, cəmi 764.56 (yeddi yüz altmış dörd manat əlli altı qəpik) manat məbləğində kredit borcu, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-942/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-942/2024
22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver