Məhkəmə qərarları › İş №e-2(075)-943/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-943/2024

16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-943/2024 16.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi; İddia tələbinin dəlilləri; İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 30 avqust 2019-cu il tarixli, BPM**********58 nömrəli kredit müqaviləsi üzrə 1698.68 (bir min altı yüz doxsan səkkiz manat altmış səkkiz qəpik) manat məbləğində kredit borcunun, ödənilmiş 36.98 (otuz altı manat doxsan səkkiz qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx) qəpik xidmət haqqının tutulması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin "xxxx" ASC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" ASC-nin “Şəki” filialı ilə X4 arasında bağlanmış 30 avqust 2019-cu il tarixli, BPM**********58 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 60 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla, 2730 manat məbləğində kredit verilmişdir. X1 04 avqust 2021-ci il tarixdə vəfat etmişdir. Şəki regional ASAN Xidmət mərkəzində notariat ofisinin 11 oktyabr 2023-cü il tarixli, 3999 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh mərhumdan qalan miras əmlakı qəbul etmişdir. Bankın “Şəki” filialı tərəfindən təqdim edilmiş 29 noyabr 2023-cü il tarixli maliyyə arayışa əsasən, X3 vəfat etdiyi tarixə Banka ödənilməmiş 1698.68 manat əsas, 0 manat faiz olmaqla, cəmi 1698.68 manat kredit borcu qalmışdır. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşin halları "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Qulyeva Niyar Əvəz qızı arasında bağlanmış BPM**********58 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla, 2730 (iki min yeddi yüz otuz) manat məbləğində kredit verilmişdir məbləğində nağd kredit verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ödəniş cədvəlindən görünür ki, Qulyeva Niyar Əvəz qızı götürdüyü 2730 (iki min yeddi yüz otuz) manat məbləğində kredit borcunu ona hesablanmış faizləri ilə birlikdə 60 ay müddətinə qaytarmalı olmuşdur. Şəki Regional “ASAN Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Qulyeva Niyar Əvəz qızı xx.xx.2021-ci il tarixdə ölmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mərhum Qulyeva Niyar Əvəz qızının vərəsəsi Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, borcun ödənilməsi barədə iddiaçı tərəfindən onlara xəbərdarlıq edilmiş və əks təqdirdə bank borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı 11 oktyabr 2023-cü il tarixli, 3999 nömrəli məktubundan görünür ki, Qulyeva Niyar Əvəz qızının vərəsəsi Cavabdehdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin tərəfindən verilmiş 2V-100 nömrəli xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəliki hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş-Qulyeva Niyar Əvəz qızının vərəsəsi Cavabdeh miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş **********53-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,1253 ha olan torpaq sahəsi və ümumi sahəsi 66,30 kv.m olan fərdi yaşayış evindən və ASEL Kredit BOKT MMC-nin saxlancında 114/0321-802 saylı müqaviləsinə əsasən 00203802 nömrəli seyf paketdə 583 əyarda 26.83 qram qızıl zinət əşyalarından ibarətdir. Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının Orta Zəyzid kəndindəki nümayəndəliyi tərəfindən verilmiş 24 dekabr 2021-ci il tarixli, 823 nömrəli arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Qulyeva Niyar Əvəz qızının vərəsəsi Cavabdehdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin 08 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, “Elektron notariat” İnformasiya sisteminin notariat sənədləri arxivində aparılmış araşdırma nəticəsində mərhum Qulyeva Niyar Əvəz qızı tərəfindən vəsiyyətnamənin qoyulması barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş **********53-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,1253 ha olan torpaq sahəsi və ümumi sahəsi 66.30 kv.m olan fərdi yaşayış evi Qulyeva Niyar Əvəz qızının tam mülkiyyətindədir. ASEL Kredit BOKT MMC-nin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə ünvanladığı məktubdan görünür ki, mərhum Qulyeva Niyar Əvəz qızının ASEL Kredit BOKT MMC-nin saxlancında 114/0321- 802 saylı müqaviləsinə əsasən 00203802 nömrəli seyf paketdə 583 əyyarda 26.83 qr qızıl zinət əşyaları olmaqdadır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə, iddiaçının nümayəndəsi və cavabdehin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə mərhum Qulyeva Niyar Əvəz qızı arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən ona 60 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla, 2730 manat məbləğində nağd kredit verilmişdir. Lakin, Qulyeva Niyar Əvəz qızı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Qulyeva Niyar Əvəz qızı xx.xx.2021-ci il tarixdə ölmüşdür. Qulyeva Niyar Əvəz qızı öldükdən sonra onun vərəsəsi əri Cavabdeh miras qoyanın qanun üzrə vərəsəsi kimi ondan miras qalmış əmlakları – DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş **********53-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,1253 ha olan torpaq sahəsini, ümumi sahəsi 66,30 kv.m olan fərdi yaşayış evini və ASEL Kredit BOKT MMC-nin saxlancında 114/0321-802 saylı müqaviləsinə əsasən 00203802 nömrəli seyf paketdə 583 əyarda 26.83 qram qızıl zinət əşyalarını vərəsəlik qaydasında rəsmi olaraq qəbul etmiş və bu barədə onların adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdeh mərhum Qulyeva Niyar Əvəz qızının ölümündən sonra ondan qalmış miras əmlakları - DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş **********53-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,1253 ha olan torpaq sahəsini, ümumi sahəsi 66,30 kv.m olan fərdi yaşayış evini və ASEL Kredit BOKT MMC-nin saxlancında 114/0321-802 saylı müqaviləsinə əsasən 00203802 nömrəli seyf paketdə 583 əyarda 26.83 qram qızıl zinət əşyalarını miras qoyanın qanun üzrə vərəsə kimi qəbul etdiyindən, həmin əmlakın dəyərinin də hazırda iddiaçının tələb etdiyi məbləğdən yüksək olması mübahisə doğurmadığından, iddiaçı mərhum Qulyeva Niyar Əvəz qızının kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi – Cavabdeh tələb etməkdə haqlıdır. Odur ki, ümumilikdə 30 avqust 2019-cu il tarixli, BPM**********58 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 1698.68 (bir min altı yüz doxsan səkkiz manat altmış səkkiz qəpik) manat məbləğində borc, ödənilmiş 36.98 (otuz altı manat doxsan səkkiz qəpik) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh 30 avqust 2019-cu il tarixli, BPM**********58 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 1698.68 (bir min altı yüz doxsan səkkiz manat altmış səkkiz qəpik) manat məbləğində borc, ödənilmiş 36.98 (otuz altı manat doxsan səkkiz qəpik) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik xidmət haqqı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar