Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-944/2024 03.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 28 noyabr 2019-cu il tarixli, BPM**********26 №-li və 14 dekabr 2020-ci il tarixli, BPM**********62 №-li tamkart çərçivə və kredit müqavilələri üzrə ödənilməmiş nəğd kredit üzrə (referens: 266RPT**********) 1919.78 manat əsas, 0.01 manat faiz olmaqla, cəmi 1919.79 manat, kart krediti üzrə (referens: ********************) 309.21 manat əsas, 0 manat faiz olmaqla, cəmi 309.21 manat, ümumilikdə 2229 (iki min iki yüz iyirmi doqquz) manat məbləğində kredit borcunun, ödənilmiş 42.29 (qırx iki manat 29 qəpik) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Şəki” filialı ilə X6 arasında bağlanmış 28 noyabr 2019- cu il tarixli, BPM**********26 №-li və 14 dekabr 2020ci il tarixli, BPM**********62 №-li Kredit və Tamkart çərçivə müqavilələrinə əsasən Bank tərəfindən sonuncuya 48 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 2750 manat məbləğində nəğd, 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 500 manat məbləğində kart krediti verilmişdir. X1 10 mart 2021-ci il tarixdə vəfat etmişdir. Şəki regional ASAN Xidmət mərkəzində notariat ofisinin 11 oktyabr 2023-cü il tarixli, 3999 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh mərhumdan qalan miras əmlakı qəbul etmişdir. Bankın “Şəki” filialı tərəfindən təqdim edilmiş 29 noyabr 2023-cü il tarixli maliyyə arayışlarına əsasən, X3 vəfat etdiyi tarixə Banka ödənilməmiş nəğd kredit üzrə (referens: 266RPT**********) 1919.78 manat əsas, 0.01 manat faiz olmaqla, cəmi 1919.79 manat, kart krediti üzrə (referens: ********************) 309.21 manat əsas, 0 manat faiz olmaqla, cəmi 309.21 manat, ümumilikdə 2229 (iki min iki yüz iyirmi doqquz) manat borcu qalmışdır. Cavabdeh, mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: - İddiaçı "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında X5 48 ay müddətinə illik 24% ödəmək şərtilə 2750 manat məbləğində kredit verilmişdir. - İddiaçı "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsindən görünür ki, 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 500 manat məbləğində kart krediti verilmişdir. - Ödəniş cədvəlindən görünür ki, X6 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən götürdüyü 2750 manat məbləğdə krediti ona hesablanmış faizləri ilə birlikdə 48 ay müddətinə qaytarmalı olmuşdur. - Maliyyə arayışılarından görünür ki, X3 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 1919.78 manat əsas borc, 0.01 manat faiz borcu, xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsi üzrə 309.21 manat əsas borcu qalmışdır. - Miras passivin qaytarılmasına dair bank tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, bank tərəfindən cavabdehə X4 banka ödənilməmiş kart krediti üzrə 309,21 manat əsas borcu, nəğd kredit üzrə 1919,78 manat əsas və hesablanmış faiz, cərimə borcunun qaldığı, borc məbləğini 3 gün müddətə banka ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - xx.xx.2022-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi Cavabdehdur. Vərəsə miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 74,6 kv.m olan fərdi yaşayış evindən və 0,0502 ha torpaq sahəsindən ibarətdirdir. - xx.xx.2021-ci il tarixli, AZ-İİ 172787 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 10 mart 2021-ci il tarixdə vəfat etməsi, ölüm haqqında akt qeydləri kitabında 313 nömrə ilə qeyd edilmişdir. - xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 42,29 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, "xxxx" ASC ilə mərhum X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən X5 48 ay müddətinə illik 24% ödəmək şərtilə 2750 manat məbləğində kredit verilmişdir. Bundan başqa iddiaçı "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 500 manat məbləğində kart krediti verilmişdir. X6 10 mart 2021-ci il tarixdə vəfat etmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum X3 vərəsəsi Cavabdeh hesab edilmişdir. Şəhadətnamədə miras qalan əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 74,6 kv.m olan fərdi yaşayış evindən və 0,0502 ha torpaq sahəsindən ibarət olmuşdur. Qanunvericiliyin tələbləri baxımından kredit müqaviləsi üzrə borclu vəfat etdiyindən onun kreditor qarşısındakı öhdəlikləri vərəsəsinə keçmişdir. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, nəticədə əsas və faiz borcları yaranmışdır. Göründüyü kimi Mülki Məcəllədə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borclu olduqları nəzərdə tutulduğundan məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC kredit müqaviləsi üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. İddia tələbi təmin edildidiyindən ödənilmiş 42.29 (qırx iki manat, iyirmi doqquz qəpik) manat dövlət rüsumu və 0,40 (40 qəpik) manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 28 noyabr 2019-cu il tarixli nağd kredit müqaviləsi üzrə 1919.78 (bir min doqquz yüz on doqquz manat, yetmiş səkkiz qəpik) manat əsas, 0.01 (bir qəpik) manat faiz olmaqla, cəmi 1919.79 (bir min doqquz yüz on doqquz manat, yetmiş doqquz qəpik) manat borc, kart kredit müqaviləsi üzrə 309.21 (üç yüz doqquz manat, iyirmi bir qəpik) manat əsas borc olmaqla, ümumilikdə 2229 (iki min iki yüz iyirmi doqquz) manat borc, ödənilmiş 42.29 (qırx iki manat, iyirmi doqquz qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-944/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-944/2024
03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver