Məhkəmə qərarları › İş №e-2(075)-959/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-959/2023

28.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-959/2023 28.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 sentyabr 2007-ci il təvəllüdlü X6 və 16 yanvar 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün müəyyən edilmiş alimetin miqdarı artırılaraq hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin və mediasiya xərci kimi ödənilmiş 50 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-160/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı Cavabdeh ilə onun arasında 08 dekabr 2006-cı il tarixdə Şəki Rayon Qeydiyyat Şöbəsində bağlanmış 534 nömrəli nikahın pozulması, onların arasında mediasiya qaydasında imzalanmış 05 oktyabr 2021-ci il tarixli barışıq sazişinə əsasən Cavabdeh ilə onun birgə nikahlarından olan uşaqları – 24 sentyabr 2007-ci il təvəllüdlü X6 və 16 yanvar 2013-cü il təvəllüdlü X5 onun yanında qalmalarının və həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh ona hər ay hər uşaq üçün 130 manat olmaqla cəmi 260 manat alimenti ödməsi barədə üzərinə öhdəlik götürməsinin razılaşdılmasının nəzərə alınması qət edilmişdir. Göstərmişdir ki, hər uşağa görə 130 manat aliment məbləği indiki zamana görə çox azdır, uşaqlara baxmaq üçün kifayət etmir. Günü gündən uşaqların tələbatları artır. Belə ki, uşaqlar normal qaydada yeməli, müalicə olunmalı, paltarla təmin olunmalı, təhsili və uşaqların dünyagörüşünün artırılması ilə bağlı zəruri hazırlıqlar görülməlidir. Bu il əvvəlki illərə nisbətən qiymətlər qalxmışdır. Belə bir vəziyyətdə uşaqlara baxmaq onun üçün maddi cəhətdən çox çətindir. Buna görə də məhkəmə qətnaməsi ilə ödənilməli olan alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi cavbdehdən yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 130 manat, cəmi 260 manat sabit pul məbləğində alimentin ödənilməsi barədə tərəflər arasında mediasiya qaydasında imzalanmış 05 oktyabr 2021-ci il tarixli barışıq sazişinin bağlanmasından xeyli müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Bildirmişdir ki, Şəki 1 saylı Mediasiya Təşkilatında ilkin mediasiya sessiyası təyin edilmiş, cavabdeh iclasa gəlmədiyi üçün 18 fevral 2023-cü il tarixli MŞŞ/MT018/2023-00299 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. İddiaçı və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Lakin İddiaçı 27 iyul 2023-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh 23 may 2023-cü il tarixdə məhkəməyə elektron qaydada etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, İddiaçı ona qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək 24 sentyabr 2007-ci il təvəllüdlü X6 və 16 yanvar 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün müəyyən edilmiş alimetin miqdarının artırılaraq hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin və mediasiya xərci kimi ödənilmiş 50 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd etmişdir ki, o, Rusiya Federasiyasının vətəndaşı olmaqla Rusiya Federasiyası, Həştərxan vilayəti, Həştərxan şəhəri, Privoljskiy rayon, Naşalovo kəndi, Çapayevo küçəsi ev 13 ünvanında yaşayır. İddiaçı özü yaxşı bilir ki, o, Rusiya Federasiyasının vətəndaşı olmaqla yuxarıda qeyd etdiyi ünvanda yaşayır. Bunu bilə-bilə ona qarşı ünvan 1 iddia ərizəsində də qeyd etmişdir ki, Şəki 1 saylı Mediasiya Təşkilatında ilkin mediasiya sessiyası təyin edilmiş, cavabdeh iclasa gəlmədiyi üçün xx.xx.2023-cü il tarixli MŞŞ/MT018/2023-00299 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Bundan sonra iddiaçı onun Rusiya Federasiyasının vətəndaşı olmağını bilə-bilə ona qarşı Azərbaycan Respublikasında iddia qaldırmış və məhkəmədən onun Rusiya Federasiyası vətəndaşı olmağını və Rusiya Federasiyasında yaşamağını gizlətmişdir. Ona görə də o, məhkəmə iclasından məlumatsız olmuşdur. Onunla iddiaçı arasında aliment barədə saziş mövcuddur. Həmin maddədən göründüyü kimi aliment barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuş sa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Bundan əlavə İddiaçı iddia ərizələrində göstərmişdir ki, “hər uşağa görə 130 manat aliment məbləği indiki zamana görə çox azdır, uşaqlara baxmaq üçün kifayət etmir. Günü gündən uşaqların tələbatları artır. Belə ki, uşaqlar normal qaydada yeməli, müalicə olunmalı, paltarla təmin olunmalı, təhsili və uşaqların dünyagörüşünün artırılması ilə bağlı zəruri hazırlıqlar görülməlidir. Bu il əvvəlki illərə nisbətən qiymətlər qalxmışdır. Belə bir vəziyyətdə uşaqlara baxmaq onun üçün maddi cəhətdən çox çətindir. Buna görə də məhkəmə qətnaməsi ilə ödənilməli olan alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin İddiaçı qeyd etdikləri barədə sübutu iddia ərizəsinə əlavə etməmişdir. Hal bu ki, iddiaçı “Marxal Resort & Spa” İstirahət Mərkəzində rəhbər vəzifədə işləyir və hər ay 2000 manata qədər əmək haqqı alır. İddia ərizəsində qeyd edildiyi kimi, 05 oktyabr 2021-ci il tarixli barışıq sazişi ilə hər ay ödəməli olduğu alimentin miqdarı 130 manat müəyyən edilmişdir və keçən bir il ərzində onun maddi vəziyyətində hər-hansı yaxşılaşmanın olmasına dair iddia ərizəsinə hər hansı sübut əlavə edilməmişdir. Həmin barışıq sazişinin bağlanmasından keçən müddət ərzində iddiaçı özünün maddi vəziyyətində hər hansı bir dəyişikliyin baş verməsi, həmçinin cavabdeh tərəfin maddi durumunun yaxşılaşması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun hər ay 220 manat həddində müəyyən edilməsi ilə bağlı onu qeyd etmək olar ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. İddia ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa Cavabdeh 13 iyul 2023-cü il tarixdə məhkəməyə göndərdiyi etiraz ərizəsinə əlavə göndərək göstəmişdir ki, İddiaçı ona qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək 24 sentyabr 2007-ci il təvəllüdlü X6 və 16 yanvar 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün müəyyən edilmiş alimetin miqdarının artırılaraq hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin və mediasiya xərci kimi ödənilmiş 50 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. iddia tələbindən göründüyü kimi İddiaçı onların birgə nikahlarından olan iki övladlarına yəni 24 sentyabr 2007-ci il təvəllüdlü X6 və 16 yanvar 2013-cü il təvəllüdlü X5 saxlanılmasına görə ödənilən alimentin miqdarının artırılmasını istəyir. Daha öncə qeyd etdiyi kimi o, Rusiya Federasiyasının vətəndaşı olmaqla Rusiya Federasiyası, Həştərxan vilayəti, Həştərxan şəhəri, Privoljskiy rayon, Naşalovo kəndi, Çapayevo küçəsi ev 13 ünvanında yaşayır. 2023-cü ilin may ayında yəni iddiaçı tərəfindən hazırkı iddia ilə məhkəməyə müraciət edildikdən sonra onunla iddiaçının qarşılıqlı razılığı ilə birgə nikahlarından olan övladları 24 sentyabr 2007-ci il təvəllüdlü X6 25 may 2023-cü il tarixdən onun yanında Rusiya Federasiyasında yaşayır. X3 onun yanında olması və hazırda Rusiya Federasiyasının vətəndaşı olması ilə bağlı sübutları yəni onun hər iki pasportununu “Elektron məhkəmə” informasiya sistemində elektron kabinetə yerləşdirmişdir. Həmin sübutlardan da aydın şəkildə görünür ki, birgə nikahlarından olan övladları X6 hazırda Rusiya Federasiyasının vətəndaşı olmaqla, Rusiya Federasiyasında onun yanında yaşayır. Hesab edir ki, İddiaçı hazrkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, 2(075)-160/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh X4 arasında 08 dekabr 2006-ci il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində bağlanmış 534 nömrəli nikahın pozulması, tərəflər arasında mediasiya qaydasında imzalanmış 05 oktyabr 2021-ci il tarixli barışıq sazişinə əsasən Cavabdeh ilə X1 birgə nikahlarından olan uşaqları-24 sentyabr 2007-ci il təvəllüdlü X6 və 16 yanvar 2013-cü il təvəllüdlü X5 anaları X1 yanında qalmalarının və həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh X2 hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat alimenti ödəməsi barədə üzərinə öhdəlik götürməsinin razılaşdırılması nəzərə alınması qət edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Cavabdeh ilə X4 arasında mediasiya qaydasında imzalanmış 05 oktyabr 2021-ci il tarixli barışıq sazişindən görünür ki, onlar aralarında bağlanmış nikahın pozulmasına razı olmaqla yanaşı birgə nikahlarından olan uşaqları 24 sentyabr 2007-ci il təvəllüdlü X6 və 16 yanvar 2013-cü il təvəllüdlü X5 anaları X1 yanında qalmasına və həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh tərəfindən X2 hər ay hər uşaq üçün sabit pul məbləğində 130 manat olmaqla, cəmi 260 manat alimentin ödənilməsinə razılaşmışlar. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 15 fevral 2022-ci il tarixli, AZ-İ 412263 seriya nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 arasında bağlanmış nikahın pozulması, nikahın pozulması haqqında akt qeydləri kitabında 10 nömrə ilə qeyd edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 18 fevral 2023-cü il tarixli MŞŞ/MT018/2023-00299 nömrəli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, X4 18 fevral 2023-cü il tarixdə, 16:00-17:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediassiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiya xərcini ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2. maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, 2(075)-160/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşaqların saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 24 sentyabr 2007-ci il təvəllüdlü X6 və 16 yanvar 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı qismən artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq iddia tələbi qismən təmin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Cavabdeh birgə nikahlarından olan övladları 24 sentyabr 2007-ci il təvəllüdlü X3 25 may 2023-cü il tarixdən onun yanında Rusiya Federasiyasında yaşadığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bundan başqa qanuni qüvvəsini almış Şəki Rayon Məhkləməsinin 14 yanvar 2022-ci il tarixli, 2(075)-160/2022 saylı qətnaməsindən və Cavabdeh ilə X4 arasında mediasiya qaydasında imzalanmış 05 oktyabr 2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflərin birgə nikahlarından olan uşaqları 24 sentyabr 2007-ci il təvəllüdlü X6 anası İddiaçı himayəsində saxlanılmışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli 24 sentyabr 2007-ci il təvəllüdlü X6 və 16 yanvar 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay, hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. 24 sentyabr 2007-ci il təvəllüdlü X6 və 16 yanvar 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulması müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay, hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat məbləğində müəyyən edilsin və həmin aliment məbləği tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar