Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-96/2024 16.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh lizinqə ödədiyi 13500 manat və kənd təsərrüfatı texnikasının detallarına çəkdiyi xərc olan 4460 manat olmaqla, cəmi 17960 manat pul vəsaitinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmış və ona lizinqə kənd təsərrüfatı texnikası verilmişdir. Lakin cavabdeh X6 lizinq borcunu ödəyə bilmədiyi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmiş və müvafiq qətnamə ilə cavabdeh X1 12000 manat alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi və lizinqdə olan kənd təsərrüfatı texnikasının geri qaytarılması qərara alınmışdır. Həmin vaxtı Cavabdeh ona bildirdi ki, həmin qətnamə icra edilsə həm texnika əlindən çıxacaq həm də ödədiyi pul batacaq, ona lizinqin xərcini çəkməsini sonra həmin texnikanı onun adına sənədləşdirəcəyini bildirmişdir. Buna görə də o, həmin borcun 30 %ni yəni 4000 manatını ödəmiş və bundan sonra Cavabdeh ilə "xxxx" ASC arasında 12 oktyabr 2017-ci il tarixli Müqavilə (Güzəşt) № 1972-GL/17- yeni müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən əsasən Cavabdeh həmin kənd təsərrüfatı texnikası üçün 11315,00 manat ödəməli idi. Həmin müqavilə bağlanarkən 1500 manatı Cavabdeh ödəmişdir. Lakin bundan sonra müqavilə üzrə qalıq 9500 manat onun tərəfindən ödənilmişdir. Aralarında olan raşılaşmaya əsasən 2017-ci ildə həmin texnika onun istifadəsində olmuş və müqavilə üzrə ödənişlər tam yekunlaşandan sonra Cavabdeh həmin kənd təsərrüfatı texnikasını onun adına sənədləşdirməli idi. Buna görə də o, 12 oktyabr 2017-ci il tarixli Müqavilə (Güzəşt) № 1972-GL/17 nömrəli müqavilə üzrə 9500 manat pul ödəmişdir. Həmin texnika onun istifadəsində olan dövrdə də tərəfindən həmin texnikaya cəmi 4460 manat pul xərcləmişdir. Beləliklə tərəfindən 4000 manat güzəştli müqavilə bağlananadək, 9500 manat güzəştli müqavilə üzrə borc ödənilmiş 4460 manat isə texnikanın detallarına xərclənmişdir. Cəmi 17960 manat xərc çəkmişdir. Lakin müqavilə üzrə ödənişlər ödənilib yekunlaşandan sonra cavabdeh həmin texnikanı onun adına sənədləşdirmək əvəzinə əlindən almışdır. O da həmin tenikaya görə lizinqə ödədiyi pulları və çəkilmiş xərcli tələb etsə də, cavabdeh bunu ödəməkdən yayınır. Ona görə də o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun oğlu X3 da Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi anda sadiq qalaraq, mərdlik nümayiş etdirərək, qəhrəmancasına döyüşmüş və şəhid olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, razılaşmalarına görə texnikanın borcnu o, ödəmiş, əvəzində texnika onun olmalı idi. O, 2017-ci ildə Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış müqaviləyə əsasən 4000 manat məbləğdə cavabdehin adından ilkin ödəniş etmişdir. Lakin həmin qəbz hal-hazırda yoxdur. Cavabdehlə "xxxx" ASC arasında bağlanmış müqavilədə 11310 manat məbləğdə borc nəzərdə tutulmuşdur. O, həmin borcdan 9300 manatını hissə-hissə ödəmişdir. Qalan 2000 manat borcu isə Cavabdeh ödəmişdir. Cavabdeh razılaşmalarına əməl eləmir və texnikanı ondan almışdır. Bundan başqa texnikaların təmiri üçün də o, müəyyən məbləğlərdə pul vəsaiti xərcləmişdir. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, onula "xxxx" ASC arasında bağlanmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmış və ona lizinqə kənd təsərrüfatı texnikası verilmişdir. Onun maddi imkanı aşağı olduğu üçün müqavilə üzrə yaranmış borcu iddiaçıdan ödəməsini xahiş etmiş, eyni zamanda lizinqə götürdüyü texnikanı iddiaçıya verəcəyini bildirmişdir. Bildirmişdir ki, iddiaçı tərəfindən təxminən 9000 manat məbləğdə ödəniş edilmişdir. İddiaçı ancaq qəbzlərdə göstərilən məbləğlərdə ödəniş etmişdir. Əvvəldə o, özü 4500 manat məbləğdə, 2014-cü ildə ödəniş etmişdir. Bundan sonra texnikaları İddiaçı vermişdir. İddiaçı ilə aralarında razılaşma olmuşdur ki, Məmircan texnikalardan istifadə etsin, pulunu da Məmircan ödəsin. İddiaçı müqavilə üzrə yaranmış borcu ödəmədiyinə görə texnikaları geri götürmüşdür. Bildirmişdir ki, müqaviləsi üzrə yaranmış 11315 manat borcun təxminən 2000 manatı o ödəmişdir. Qalan məbləği iddiaçı ödəmişdir. İddiaçı təxminən 9000 manat məbləğdə pul ödəmişdir. Müqavilədə nəzərdə tutulan traktorun qiyməti 13000 - 14000 manat olmuşdur. İddiaçı əlavə olaraq texnikaların ehtiyyat hissələrinə də pul xərcləyə bilər, lakin istifadə etmiş, yararlanmışdır. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahat verərək bildirmişdir ki, İddiaçı və Cavabdeh onun həmkəndliləridir. Cavabdehlə qohumluq münasibətləri də vardır. Bildirmişdir ki, cavabdeh 2017-ci ildə kombayn işlətmişdir. 2017-ci ilin oktyabr noyabr aylarında cavabdeh həmin texnikaları satışa çıxarmışdır. Həmin vaxt cavabdeh demişdir ki, 4000 manat ödəyib texnikanı götürə bilərlər. İddiaçı 4000 manatı ödəyib həmin texnikanı almışdır. Həmin ili qeyd edilən texnikanı təmir etdirmişdir. 2023-cü ilə kimi həmin kombayndan istifadə etmişdir. Bildirmişdir ki, iddiaçı texnikaya 4 ədəd təzə təkər, şneq, radiator, ələklər dəyişdirmişdir. 5 il kombaynın biçdiyi məhsulu onlar avtomobillə daşımışlar. 2023-cü ilin yaz aylarında 2 gün işlədikdən sonra Cavabdeh kombaynı geri götürmək istədiyi bildirmişdir. Səbəbini isə kombaynın pulunun ödənilmədiyini demişdir. Göstərmişdir ki, iddiaçı müxtəlif vaxtlarda texnika üçün pul ödəməyə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4, X7, X2 və X7 şahid X5 ilə eyni məzmunlu ifadə vermişdilər. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin hesabına 12 oktyabr 2017-ci il tarixli, 1972- GL/17 saylı lizinq müqaviləsi üzrə 9300 manat məbləğdə borc ödənilmişdir. İşdə olan 12 oktyabr 2017-ci il tarixli 1972-GL/17 nömrəli lizinq müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh güzəştli dəyəri 11315 manat olan kənd təsərrüfatı texnikaları lizinqə verilmişdir. İşdə olan "xxxx" ASC-nin 17 oktyabr 2017-ci il tarixli əmrindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 24 fevral 2014-cü il tarixli, 263-L/14 nömrəli müqaviləyə xitam verilməsi, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli lizinq müqaviləsinə əsasən Kombayn taxılyığan Niva effekt SK-5ME-1 markalı kənd təsərrüfat texnikasının güzəşt tətbiq edildikdən sonra qalıq dəyəri ilə yenidən lizinqə verilməsi qərara alınmışdır. İşdə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh 12 oktyabr 2017-ci il tarixli 1972- GL/17 nömrəli lizinq müqaviləsi üzrə yaranmış 11315 manat məbləğdə borcu 22 ay müddətinə qaytarılmalı olmuşdur. Məhkəmə iclasında tərəflərin izahatları nəticəsində müəyyən edildi ki, Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli 1972-GL/17 nömrəli lizinq müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh güzəştli dəyəri 11 315,00 manat olan kənd təsərrüfatı texnikası lizinqə verilmişdir. İddiaçı ilə cavabdeh arasında rəsmi yazılı müqavilə olmasa da, tərəflər şifahi şəkildə Cavabdeh xx.xx.2017-ci il tarixli 1972-GL/17 nömrəli lizinq müqaviləsi üzrə yaranmış borcunun İddiaçı tərəfindən ödənilməsi, qarşılığında cavabdehin qeyd olunan kənd təsərrüfat texnikasının iddiaçıya verməsi razılaşdırılmışdır. İddiaçı cavabdehlə aralarında olan razılaşmaya əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2017-ci il tarixli 1972-GL/17 nömrəli lizinq müqaviləsi üzrə 9300 manat məbləğdə borcu ödəmişdir. Həmin texnika iddiaçının istifadəsində olsa da, sonradan cavabdeh texnikanın pulu ödənilmədiyi əsas gətirərək texnikanı iddiaçıdan almışdır. Göründüyü kimi iddiaçı şifahi razılaşmaya əməl edərək lizinq müqaviləsi üzrə borcu ödəməsinə baxmayaraq, cavabdeh şifahi razılaşmanın şərtlərini pozmuşdur. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə qeyd edir ki, İddiaçı iddia tələbində Cavabdeh lizinqə ödəmiş olduğu məbləğ kimi 13500 manat pul tələb etsə də, iş materiallarında olan sübutlarla bu hal öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında qəbzlərdən görünür ki, iddiaçı Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli 1972-GL/17 nömrəli lizinq müqaviləsinə əsasən yaranmış borcdan 9300 manat məbləğdə ödəniş etməsi öz təsdiqi tapır. Məhkəmə iclasında iddiaçı ilkin olaraq 4000 manat məbləğdə ödəniş etdiyini qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bundan başqa məhkəmə diqqətə çatdırır ki, iddiaçı tələbində kənd təsərrüfatı texnikasının detallarına çəkdiyi xərc olan 4460 manat məbləğdə pul tələb etsə də, bunun əsaslığını təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş materialları ilə qeyd edilən texnikanın təmir etdirilməsi, təmirlə bağlı 4460 manat xərc çəkilməsi sübuta yetməmişdir. Həmçinin həmin məbləğ iddiaçı tərəfindən xərclənsə belə texnikadan həmin dövrdə iddiaçının istifadə etməsi də nəzərə alınmalıdır. Buna görə də məhkəmə iddianı bu hissədə əsassız hesab edir. Məhkəmə qeyd edir ki, Cavabdeh əsassız olaraq İddiaçı hesabına 9300 manat pul vəsaiti əldə etmişdir. Şərh olunanaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh cəmi 9300 manat pul vəsaiti alınaraq İddiaçı verilməli, əsaslı olmadığından iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Tələb etmədiyi nəzərə alınaraq ödənilmiş dövlət rüsumu İddiaçına aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh cəmi 9300 manat pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-96/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-96/2024
16.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver