Məhkəmə qərarları › İş №e-2(075)-963/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-963/2024

03.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-963/2024 03.06.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərər” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinn dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək avtomobilinə dəymiş maddi zərərin əvəzi olaraq 4087 manatın və dövlət büdcəsinə ödədiyi 61 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək göstərmişdir ki, Bildirirəm ki, Cavabdeh, 27 iyun 2023-cü il tarixdə "Kamaz 5410" markalı **-CA-*** dövlət qeydiyyat nişanlı yük avtomobillə və ona qoşulmuş "MAZ9397" markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı yarım qoşqu ilə yüklü vəziyyətdə Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə hərəkət edərkən Salam Adil adlanan ərazidə tunelin içərisində ehtiyatsızlıq edərək mülkiyyətində olan "Mercedes-Benz-Atego" markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuş daha sonra "Mercedes-Benz-Sprinter" markalı avtomobillə toqquşmuşdur. Hadisə zamanı mülkiyyətində olan "Mercedes-Benz-Atego" markalı, **- GD-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 5120 (beş min yüz iyirmi) manat maddi ziyan dəymişdir. İcbari Sığorta tərəfindən avtomobilinə dəymiş maddi ziyanın 1033.81 manat ödəniş edilmişdir. Lakin, hadisədən uzun müddət keçməsinə baxmayaraq, bugünədək avtomobilimə dəymiş 4087 manat maddi ziyanla bağlı cavabdeh tərəfindən heç bir ödəmə aparılmamışdır. Hadisə nəticəsində "Kamaz 5410" markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs Hacıyev X1 rayon X3 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati cərimə olunmuşdur. Avtomobilinə dəymiş ziyanla əlaqədar mütəxəssisləri tərəfindən baxış keçirilmiş və dəymiş ziyanın 4087 (dörd min səksən yeddi) manat cavabdeh tərəfindən ödənilməmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, onun əvvəlki vəziyyətdə avtomobilinin dəyəri 25000 manat olmuşdur. Lakin baş vermiş hadisədən sonra avtomobil yararsız hala düşmüşdür. Onun avtomobilinə dəymiş ziyan məbləğinin 5120 manat təşkil etməsi barədə sığorta tərəfindən ziyan aktı tərtib edilmişdir. Hadisə nəticəsində bir neçə nəqliyyat vasitəsinə ziyan dəydiyindən sığorta şirkəti tərəfindən 1033.81 manat sığorta məbləği ödənilmişdir. Yerdə qalan 4087 manat ziyan məbləği cavabdeh tərəfindən ona ödənilməlidir. Odur ki, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, "Kamaz 5410" markalı **-CA- *** dövlət qeydiyyat nişanlı yük avtomobili Teymur müəllimə məxsus olmuşdur. O, həmin avtomobili etibarnaməsiz idarə edərkən qəza törətmişdir. Baş vermiş hadisə zamanı xəsarət almışdır. İddiaçı sığorta şirkəti tərəfindən dəymiş ziyana görə 1000 manat pul almışdır. Avtomobilin sahibi ona ziyanı ödəyəcəklərini bildirmişlər. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları; İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiqedilmiş; 27 iyul 2023-cü il tarixli cinayət işi başlamasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 332.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərarın icra olunması üçün Nərimanov RPİ-nin DYPŞ-nə göndərilmişdir. 1-959/23 nömrəli sığorta ödənişi aktında görünür ki, “X2” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 5120 (beş min bir yüz iyirmi), ödənilməli olan sığorta ödənişi məbləği 1033.81 manat təşkil edir. Zərər və sığorta ödənişinin məbləği ilə razılaşma barədə sığorta ödəniş aktına əlavədən görünür ki, İddiaçı etibarnamə əsasında sahibliyində olan “Mercedes Sprinter” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı əmlaka dəyən zərərin 5120 (beş min bir yüz iyirmi) manat məbləğində qiymətləndirilərək müəyyən edilməsindən xəbərdardır, 1033.81 manat ona ödənilməli olan sığorta ödənişi məbləği ilə tam razıdır. Ödəniləcək sığorta ödənişi məbləğini mübahisələndirmək hüququnu itirəcəyi ona izah olunmuş, heç bir əlavə iddiası və tələbi yoxdur və gələcəkdə olmayacaqdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə tərəflərin izahatını, mülki iş materiallarını araşdırıb, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə iclası və işin təhlili zamanı müəyyən olundu ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə idarə etdiyi "Kamaz 5410" markalı **-CA-*** dövlət qeydiyyat nişanlı yük avtomobillə və ona qoşulmuş "MAZ9397" markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı yarım qoşqu ilə yüklü vəziyyətdə Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə hərəkət edərkən İddiaçı idarə etdiyi "Mercedes-Benz-Atego" markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Qeyd edilən hadisə ilə bağlı araşdırma aparılaraq Cavabdeh hərəkətləri nəticəsində heç bir cinayət hadisəsi baş vermədiyi üçün toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 332.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Nərimanov RPİ-nin DYPŞ-nə göndərilmişdir. Hadisə nəticəsində İddiaçı dəymiş cəmi ziyan məbləğinin 5120 manat təşkil etməsi Azərbaycan Sənayə Sığorta tərəfindən tərtib edilmiş aktla öz təsdiqini tapmışdır. Hadisə nəticəsində İddiaçı dəymiş ziyanın cəmi məbləğinin 5120 manat təşkil etməsinə baxmayaraq sığrota tərəfindən 1033.81 manat məbləğin ödənilməsi nəzərə alınaraq iddiaçı Cavabdeh qalan 4087 manat ziyan məbləğini cavabdehdən tələb etməkdədir. Bu səbəbdən də İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi Cavabdeh təqsirli hərəkətləri nəticəsində İddiaçı maddi ziyan vurulmuşdur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunaraq Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 4087 (dörd min səksən yeddi) manat pul alınaraq İddiaçı ödənilməlidir. Ödənilmiş 61 (altmış bir) manat dövlət rüsumu Cavabdehdan alınaraq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 4087 (dörd min səksən yeddi) manat pul və 61 (altmış bir) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi andan 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar