Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-964/2023 31.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə cavabdehlər Cavabdeh5 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, X2, Cavabdeh2 , Cavabdeh5 və Cavabdeh4 əsas borc 2810.20 manat, faiz borcu 446.91 manat, ümumilikdə 3257.11 məbləğin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC–yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi S.P.Şirzadlı məhkəməyə 31 may 2023-cü il tarixdə ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə X4 arasında xx.xx.2017-ci il tarixli 2330/F saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, X3 36 ay müddətinə, illik 6 % olmaqla 7700 manat məbləğində kredit verilmişdir. xx.xx.2017-ci il tarixli 2330/F saylı Kredit müqaviləsi üzrə İddiaçı ASC-yə - 2810.20 manat əsas, 446.91 manat faiz borcu olmaqla, ümumilikdə 3257.11 manat məbləğində borc təşkil edir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh5 arasında xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsinin 1.2ci maddəsinə əsasən, Zamin Bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, cərimələr, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla bütün ödənişlərə görə “Borclu” kimi tam məsuliyyət daşıyır. Kreditor Borclu tərəfindən Kredit Müqaviləsinin icra etmədiyi və ya lazımınca icra etmədiyi halda həm borclu, həm də zaminə qarşı kredit müqaviləsi üzrə öz tələblərini irəli sürə bilər. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən, X1 vərəsəsi – Cavabdeh3, X2, Cavabdeh2 və Cavabdeh4dur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Məhkəmə iclasında cavabdehlər Cavabdeh5 və Cavabdeh2 bildirdilər ki, X4 vəfat etdikdən sonra kredit müqaviləsi üzrə borcu ödəməli olduqlarını bilməmişlər. ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.6 ha olan torpaq sahəsinin mərhuma məxsus pay hissəsinin 1/5 hissəsini bərabər vərəsəlik qaydasında rəsmi olaraq qəbul etmişlər və bu barədə onların adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Borcu birdəfəlik ödəməyə maddi imkanları olmadığından hissə-hissə ödəyəcəkdir. Odur ki, məhkəmədən qanuni qərar çıxarılmasını xahiş edir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış 24 oktyabr 2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, X3 36 ay müddətinə illik faiz dərəcəsi 6% olmaqla 7700 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh5 X1 İddiaçı ASC qarşısındakı 24 oktyabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, X7 götürdüyü 7700 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 36 ay müddətinə qaytarmalı olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə ölmüş X1 vərəsələri atası – Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 miras əmlakdan 1/5 hissədə bərabər pay almalıdır. Şəhadətnamə verilən miras əmlak DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********61 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestri çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.6 ha ümumi birgə olan torpaq sahəsinin mərhuma məxsus pay hissəsindən ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə mərhum X4 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən ona 7700 manat məbləğində kredit verilmişdir. xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh5 X1 İddiaçı ASC qarşısındakı 24 oktyabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Lakin, Seyfullah Kərimov və Cavabdeh5 müqavilə ilə üzərinə götürdükləri öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşlar. X1 bankın qarşısında ümumilikdə 3257.11 manat məbləğdə icra edilməmiş pul öhdəliyi qalmışdır. Seyfullah Kərimov xx.xx.2020-ci il tarixdə ölmüşdür. Seyfullah Kərimov öldükdən sonra onun anası – hazırki iş üzrə Cavabdeh5, qızı- Cavabdeh3, qızı-Cavabdeh1, oğlu-Cavabdeh2, oğlu-Cavabdeh4 miras qoyanın qanun üzrə vərəsələri kimi ondan miras qalmış əmlakı – DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********61 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestri çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.6 ha ümumi birgə olan torpaq sahəsinin mərhuma məxsus pay hissəsinin 1/5 hissəsində bərabər vərəsəlik qaydasında rəsmi olaraq qəbul etmiş və bu barədə onların adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada 2810,20 manat məbləğində əsas kredit borcu, 446,91 manat məbləğində faiz borcu olmaqla, cəmi 3257,11 manat borc və 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada 2810,20 manat məbləğində əsas kredit borcu, 446,91 manat məbləğində faiz borcu olmaqla, cəmi 3257,11 manat borc və 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-964/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-964/2023
31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver