Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-970/2024 14.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" X2 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddia tələbinin dəlilləri : İddiaçı X2 Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada borcun məbləği əsas borc üzrə 5186.36 (beş min yüz səksən altı manat otuz altı qəpik) manat, faiz borcu üzrə 8.71 (səkkiz manat yetmiş bir qəpik) manat olmaqla cəmi 5195.07 (beş min yüz doxsan beş manat yeddi qəpik) manat həmçinin, ödənilmiş 71.96 (yetmiş bir manat doxsan altı qəpik) manat məbləğində dövlət rüsumunun İddiaçı MMM QBKT-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0210 saylı, Azərbaycan Respublikası Prezidenti cənab lham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq Guzəştlı+ Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 7391.00 AZN (yeddi min üç yüz doxsan bir manat) qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 6.36 AZN, dörd il müddətində isə hər ay 157.19 AZN olmaqla ərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0210 – ******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqavilələrinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərə0indən müqavilə öhdəliklərinə hər hansısəbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmışfaiz,cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymişzərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür Kredit müqaviləsinin 1.8-ci bəndinə əsasən, Kredit Alan Müqaviləni imzalamaqla Kredit verənə vaxtı keçmiş əsas kredit borcu üzrə bu Müqaviləni imzalanan tarixə bu Müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə borcunun olduğunu mübahisəsiz qaydada qəbul etdiyini və hazırki Müqavilə ilə ona ayrılan kredit məbləğinin birbaşa həmin borcun bağlanmasına yönəldilməsinə razılığını təsdiq edir. Kredit müqaviləsinin 1.9-cu bəndinə əsasən, Kredit Verən bu müqaviləni imzalamaqla Kredit Alanın vaxtı keçmiş əsas kredit borcu üzrə bu Müqavilə imzalanan tarixə faiz və cərimə üzrə borclarını əvəzsiz olaraq sildiyini və Borc Alanın bu Müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə əsas kredit borcunun olduğunu təsdiq edir. Tərə0lər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərə0indən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh2 kredit müqaviləsi üzrə borcun məbləği əsas borc üzrə 5186.36 (beş min bir yüz səksən altı manat), faiz borcu üzrə 8.71 (səkkiz manat yetmiş bir qəpik) manat, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 5195.07 (beş min yüz doxsan beş manat yeddi qəpik) AZN təşkil edir. Kredit Müqaviləsinin 6.2-ci bəndində qeyd edilmişdir ki, Kredit verən tərəindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir.Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz.Müqavilənin bu müddəası heç bir halda tərələr arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsiredilə bilməz İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatı və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Lakin, İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatının nümayəndəsi 13 may 2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirərək qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirmişdir ki, onunla bank arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0210 saylı kredit müqaviləsinə əsasən illik 1.00% faiz dərəcəsi olmaqla 60 ay müddətinə 7391 (yeddi min üç yüz doxsan bir) manat məbləğində kredit verilmişdir. O, kredit borcunu hər ay tam olaraq ödəniş etsə də, sonradan ödəniş etməyə imkanı olmadığı üçün aylıq 50 manmat olmaqla davamlı olaraq ödəniş edir. Hal hazırda tam ödənişi etməyə maddi imkanı yoxdur. Odur ki, qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin halları: Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0210 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh2 60 ay müddətinə illik faiz dərəcəsi 1.00 faiz olmaqla 7391 manat məbləğində kredit verilmişdir. İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0***-******* saylı zaminlik müqaviləsindən görünür ki, ilə Cavabdeh1 İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0210 saylı kredit müqaviləsinin tələblərinə hər hansısa səbəbdən əməl etmədiyi halda dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz üzərinə götürür. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 bank qarşısında xx.xx.2019-cu il tarixli, **********0210 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. 16 fevral 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli, **********0210 saylı kredit müqaviləsi üzrə 5186.36 manat əsas, 8.71 manat faiz borcu olmaqla, 5195.07 manat borcu vardır. Məhkəmə iclasında cavabdehin izahatları, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0210 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 60 ay müddətinə illik faiz dərəcəsi 1.00 faiz olmaqla 7391 manat məbləğində kredit verilmişdir. Bununla da bank kredit müqavilələri üzrə üzərinə düşən öhdəliyi icra etmişdir. Cavabdeh2 bank qarşısındakı kredit öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 ilə kredit müqavilələrinin zaminliyə dair hissəsini imzalamış, zamin Cavabdeh1 Cavabdeh2 bank qarşısındakı kredit öhdəliklərinin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdələrininə götürmüşdür. Kredit sazişinə əsasən Cavabdeh2 kredit sazişi üzrə kredit məbləğini tərəflər arasında imzalanmış kredit sazişinə əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki əsasında hər ay hissə-hissə ödəməli olmuşdur. Lakin Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozaraq kredit borcunu bankın hesabına ödəməmişdir. Cavabdeh2 iddianı qəbul edərək, məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər arasında belə bir müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyəti nəzərdə tutulmayıbsa zamin və borclu kredtitor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 473.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Zaminlərlə İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatı arasında bağlanmış zaminlik müqaviləsi əsasında zamin Cavabdeh1 bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatı tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilərək Cavabdeh2 kredit məbləği verilməsinə baxmayaraq Cavabdeh2 kredit sazişi üzrə kredit borcunun tam şəkildə iddiaçının hesabına ödənilməsini təmin etməmişdir. Bu səbəbdən də İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatı ödənilməmiş kredit borcunun ödənilməsini Cavabdeh2 tələb etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 **********0210 saylı kredit müqaviləsi üzrə 5186.36 (beş min yüz səksən altı manat otuz altı qəpik) manat, faiz borcu üzrə 8.71 (səkkiz manat yetmiş bir qəpik) manat olmaqla cəmi 5195.07 (beş min yüz doxsan beş manat yeddi qəpik) manat həmçinin, ödənilmiş 71.96 (yetmiş bir manat doxsan altı qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatının xeyrinə tutulmalıdır. İş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 71.96 (yetmiş bir manat doxsan altı qəpik) manat məbləğində dövlət rüsumu da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada borcun məbləği əsas borc üzrə 5186.36 (beş min yüz səksən altı manat otuz altı qəpik) manat, faiz borcu üzrə 8.71 (səkkiz manat yetmiş bir qəpik) manat olmaqla cəmi 5195.07 (beş min yüz doxsan beş manat yeddi qəpik) manat həmçinin, ödənilmiş 71.96 (yetmiş bir manat doxsan altı qəpik) manat məbləğində dövlət rüsumunun İddiaçı MMM QBKT-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-970/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-970/2024
14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver