Məhkəmə qərarları › İş №e-2(075)-971/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-971/2024

18.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-971/2024 18.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, X18 qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Şəki Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinə və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə qarşı “borc müqaviləsinin etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraqməhkəmə müəyyən etdi, İddia tələbinin dəlilləri; İddiaçı cavabdehlər Cavabdeh2, Şəki Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinə və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 38 saylı notariat ofisində bağlanmış 28 mart 2022-cı il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsi və Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən aparılmış 10 iyun 2022-ci il tarixli 8İ – 7658 nömrə reyestr nömrəli İcra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 2013-cü ildə Bakı şəhərində “Təzə Bazar” adlanan yerdə X10 adlı şəxslə tanış olmuşdur. Həmin şəxs bildirmişdir ki, onun müdiri Ruslan Milli Məclisdə işləyir və onun sürücüsüdür. Müdiri onu Fövqaladə Hallar Nazirliyinə işə düzəldə biləcəyini bildirmişdir. Buna görə də ondan 4000 manat pul istəmişlər. O, da işə düzəlmək istədiyindən bununla razılaşmışdır. 2022-ci ilin fevral ayında Raminin bank kartına 3500 manat pul ödəmiş, 500 manat isə Ruslana əlbəəl vermişdir. Kəndlisi onunla əlaqə saxlayaraq Fövqaladə Hallar Nazirliyinə işə girməsini eşitdiyini, onun da həmin nazirliyə işə girmək istədiyini və ona köməklik etməsini xahiş etmişdir. O, da Pərvinə Ruslan və Ramin adlı şəxslərin vasitəsi ilə işə düzəldiyini bildirmişdir. Pərvin ona onu da, həmin şəxlsərlə tanış etməsini və işə düzətmələrini xaiş etmısini, nə hörmət lazımdısa edəcəyini bildirmişdir. O, da Pərvini Ruslan adlı şəxslə tanış etmiş, onunla görüşüb danışandan sonra əlaqə saxlayacağını demişdir. Daha sonra Pərvin işə düzəlməyə razı olduğunu bildirib Pərvin onun da iştirakı ilə Ruslana 4000 manat pul vermişdir. Həmin pul veriləndən dörd gün sonra Pərvin ona pulu verməyini notarial qaydada rəsmiləşdirmək istədiyini bildirdi, Ruslan isə ona Milli Məclisdə işlədiyi üçün notarial müqavilə bağlaya bilməyəcəyini ona görə də müqaviləni onunla bağlamağı məsləhət gördü. Həmin vaxt Ruslan ona narahat olma borc müqaviləsi sənin adından başlansın, heç bir problem ola bilməyəcəyini bilddirmişdir. Ona görə də, Pərvinlə notariat orqanına gedərək formal borc müqaviləsi bağlamışlar. Həmin vaxt Pərvin depozitə qoymaq üçün özü ilə 4000 amant gətirdi və notariat orqanından çıxdıqdan sonra o, həmin müqavilə üzrə ona verilmiş pulu notariat orqanının qarşısında Pərvinə geri qaytarmışdır. Lakin bir müddət ötməsinə baxmayaraq Ruslan nə onu nədə ki, X13 nazirliyinə işə düzəltmədi. Ona görə də Pərvin 10 iyun 2022-ci il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisininə müraciət edərək icra qeydinin aparılmasını xahiş etmiş və Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisininin xüsusi notariusu X15 tərəfindən 10 iyun 2022-ci il tarixdə icra qeydi aparılmış və reyestrdə 8İ – 7658 nömrə ilə qeyd edilmişdir. Həmin icra qeydində ondan 4000 manatın tutulması qeyd edilmişdir. Ruslan onların işilərini düzüb qoşmadığına görə o, da Pərvin də Ruslandan şikayətçi olmuşlar və Ruslanın barəsində cinayət işi başlanılaraq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin cinayət işi üzrə Cavabdeh2 zərərçəkən kimi tanınmış və Ruslan tərəfindən ona 4000 manat ziyanın vurulması öz təsdiqini tapmışdır. Ona görə də hesab edir ki, həmin icra qeydi qanunsuz və əsassızdır və ona görə də ləğv edilməlidir. Belə ki, həmin borc müqaviləsi formal olmuş və əslində Ruslan tərəfindən Pərvinə həmin 4000 manat ziyan dəymişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə nümayəndəsi (vəkili) Vəkil izahatında iddia ərizəsində göstərdiklərini təsdiq edərək iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh2 və Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Lakin cavabdeh Şəki regional «ASAN xidmət» mərkəzinin notariat ofisi məhkəməyə ərizə göndərərək, məhkəmə iclaslarının onların nümayəndəsinin iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Bakı şəhəri Nizai Rayon Məhkəməsinin 1(007)-267/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, X6 zərərçəkmiş şəxs X7 qarşı dələduzluq əməli törətdiyindən Azərbaycan Respubklikası Cinatyət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökm üzrə şahid qismində dindirilmiş X1 Ramil Namurazpaşa oğlunun zərərçəkmiş şəxs X3 pul almasının şahidi olması barədə ifadə vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər 38 saylı Xüsusi Notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixli, 3M-165 nömrəli reysterə daxil edilmiş kredit müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh2 kredit müqaviləsi bağlamışdır. Müqavilə üzrə borclunun 4000 manat əsas borcu notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyir. Borc alan krediti xx.xx.2022-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər 38 saylı Xüsusi Notariat ofisi» tərəfindən xx.xx.2022-ci il tarixli NX-260 nömrəli bildiriş tərtib edilərək, İddiaçı Cavabdeh2 qarşısında xx.xx.2022-ci il tarixədək aldığı 4000 (dörd min) manat borcunu 30 gün müddətində ödəməyəcəyi təqdirdə, öhdəliyin icrasını təmin etmək məqsədilə yaranmış borc məbləği barədə notarius tərəfindən icra qeydinin aparılacağı barədə məlumat verilmişdir. Qeyd edilən bildiriş borclunun yaşadığı Şəki rayonu, Çapqaraqoyunlu kəndinə göndərilmiş, xx.xx.2022-ci il tarixdə borclunun ünvanında poçt xəbərnaməsinə imza edilməklə, rəsmi qaydada qəbul edilmişdir. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 10 iyun 2022-ci il tarixli 8İ-7658 reyestr nömrəli icra qeydinin surətindən görünür ki, İddiaçı tələbkar Cavabdeh2 xeyrinə 4000 manat pulun və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumunun tutulması qərara alınmışdır. İcra qeydinin verilməsinə əsas olmuş “Notariat icra qeydi haqqında ərizə”dən görünür ki, icra qeydinin verilməsinə əsas olan öhdəliyi müəyyən edən sənəd Bakı Şəhər 38 saylı Xüsusi Notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixli, 3M-165 nömrəli reysterə daxil edilmiş kredit müqaviləsidir. Müqavilədə göstərilir ki, kredit müqaviləsi üzrə borclunun 4000 manat əsas borcu notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyir. Borc alan krediti xx.xx.2022-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (MM-nin 325.1-ci maddəsi). 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 405.1-ci maddəsinə əsasən Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 421.1-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə görə isə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun; 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Tərəflər arasında mübahisə borc müqaviləsinin və həmin müqavilə əsasında icra qeydinin ləğv edilməsi ilə bağlı olduğundan məhkəmə əqdlərdə müqavilənin və əqdin etibarsızlığı ilə bağlı normaların təhlil edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş sənədlər əsasında məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan borc müqaviləsi bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə və iradə ifadəsinin vahidliyi mövcud olmuş, əqdin forması və məzmunu qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Qeyd edilən müqavilənin ləğv edilməsi üçün əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Belə ki, iddiaçı hesab edir ki, Cavabdeh2 işə düzəlməsi üçün notariat orqanında digər şəxsə verilməsi nəzərdə tutulan pulu görüntü üçün özü borc müqaviləsi bağlamış və notariat orqanının hesabına qoyulmuş pulu sonradan çıxardıb Ramin Mustafayevə vermişdir. İşdə olan Bakı Şəhər 38 saylı Xüsusi Notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixli, 3M-165 nömrəli reysterə daxil edilmiş kredit müqaviləsi qanunvericiliyin tələblərinə əməl etməklə bağlanmış notariat orqanının depozit hesabına qoyulmuş 4000 manat pul iddiaçı tərəfindən qəbul edilmişdir. Bu baxımdan mübahisə predmeti olan müqavilənin bağlanması onun etibarlılığına təsir etmir. Kredit müqaviləsi bağlanarkən Cavabdeh2 İddiaçı verdiyi pulun digər şəxs tərəfindən qəbul edilməsi ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə ki, iddiaçı kredit müqaviləsi üzrə göstərilən məbləğin digər şəxsə verilməsini Bakı şəhəri Nizai Rayon Məhkəməsinin 1(007)-267/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündə öz əksini tapmasını bildirsə də, hökmdən də görünür ki, X6 zərərçəkmiş şəxs X7 qarşı dələduzluq əməli törətdiyindən Azərbaycan Respubklikası Cinatyət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Hökm üzrə şahid qismidə ifadəsi alınmış İddiaçı isə iş üzrə zərərçəkmiş şəxs X12 Musayevə pul verməsinin şahidi olmuşdur. İddiaçı müqavilənin yalnız görüntü xatirinə bağlandığını bildirsə də, müqavilənin notarius tərəfindən təsdiq edilməsi bu ehtimalı təkzib edir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir, hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır. Qeyd olunan normadan çıxış edərək məhkəmə hesab edir ki, müqavilə notarial qaydada təsdiq edilmişdirsə, əksi sübut edilənə qədər, həmin müqavilənin məzmununun və mahiyyətinin notarius tərəfindən izah edilmiş olması prezumpsiyası qüvvədə olmalıdır. Çünki, bu notariusun birbaşa vəzifəsidir və notarial təsdiq etmənin əhəmiyyəti də şəxsin fəaliyyət qabiliyyətinin yoxlanılması, bağlanılan əqdin qanunazidd olmaması, şəxsə bağladığı əqdin və s. hansı nəticələr doğura biləcəyinin hüquqi baxımdan izah edilməsi və onun bu məsələlər barədə məlumatlı olmasından ibarətdir. Əks yanaşma notarial qaydada təsdiqləməni əhəmiyyətsiz edər və notarius tərəfindən təsdiq edilmiş müqavilə ilə sadə yazılı etibarnamənin arasında heç bir fərq olmazdı. Bundan başqa məhkəmə eyni zamanada qeyd edir ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qanunvericiliyin normasından da göründüyü kimi cavabdeh tərəfindən müqavilənin şərtləri yerinə yetirilməklə heç bir pozuntunun törədilməsi müəyyən edilməmişdir. Əqdlərin etibarlılıq şərtləri və əqdin etibarsızlığına səbəb olan hallar qanunvericilikdə kifayət qədər aydın göstərilmişdir: Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda borc müqavilələrinə dair əqdlərin məbləği üç min manatdan artıqdırsa yazılı qaydada bağlanması məcburidir. Borc müqaviləsi haqqında müqavilə yazılı formada bağlandıqda etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə də həyata keçirilə bilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 740.1-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Göstərilən tələblər baxımından iddiaçının mübahisələndirdiyi kredit müqaviləsinin qanunvericiliyin tələblərinə zidd olmadığı, onun bağlanması zamanı səlahiyyətli şəxslərin iştirak etdiyi və onların arasında iradə vahidliyinin mövcud olduğu öz təsdiqini tapır. Bundan başqa iddiaçı ilə cavabdeh arasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər 38 saylı Xüsusi Notariat ofisi» tərəfindən xx.xx.2022-ci il tarixli NX-260 nömrəli kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən İddiaçı 4000 manat pulu notariusun bankda açılan depozit hesabı vasitəsi ilə vermişdir. İddiaçı müqavilənin 2-ci bəndinə əsasən krediti xx.xx.2022-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər 38 saylı Xüsusi Notariat ofisi» tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixdə aldığı 4000 (dörd min) manat borcunu 30 gün müddətində ödəməyəcəyi təqdirdə, öhdəliyin icrasını təmin etmək məqsədilə yaranmış borc məbləği barədə notarius tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş göndərilmiş, həmin bildiriş xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Bundan sonra X8 iddiaçının kredit müqaviləsindən irəli gələn borcunun ödənilməsi barədə icra qeydi verilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmiş və Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən 10 iyun 2022-ci il tarixli 8İ-7658 reystr nömrəli müvafiq icra qeydi verilmişdir. Məhkəmə qeyd edir ki, notarius tərəfindən icra qeydi təsdiq edilərkən “Notariat haqqında” Qanunun tələblərinə əməl edilmişdir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh2 ilə İddiaçı arasında 4000 manat borcu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər 38 saylı Xüsusi Notariat ofisi» tərəfindən xx.xx.2022-ci il tarixli NX-260 təsdiq edilərək notariat oraqanının depozit hesabına İddiaçı götürməsi üçün verilmiş 4000 manat məbləğində ödəməli olması, icra sənədində qeyd edilən borc məbləğinin mübahisəsiz olduğunu sübut edir. Belə olan vəziyyətdə, məhkəmə hesab edir ki, Cavabdeh2 icra qeydinə əsasən borcludan 4000 manat borcun tutulmasını tələb etməkdə haqlı olmuşdur. Digər tərəfdən, “Notariat haqqında” qanunvericiliyin tələbinə uyğun olaraq, Bakı Şəhər 38 saylı Xüsusi Notariat ofisi tərəfindən icra qeydinin aparılması üçün notariat kontoruna müraciət etdiyi gündən ən azı 30 gün əvvəl borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərdikdən sonra cavabdeh icra qeydinin aparılması üçün notariat kontoruna müraciət etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı Bakı Şəhər 38 saylı Xüsusi Notariat ofisi tərəfindən iddiaçıya cavabdehin notariat ofisinə müraciət etməzdən əvvəl borcluya qeyd olunan məzmunda bildirişin göndərilməsini, həmin bildirişin borcluya çatdırılmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İddiaçı öz iddiasını məhkəmə iclasında tədqiq edilmiş sübutlarla sübuta yetirə bilmədiyindən onun Bakı şəhəri 38 saylı notariat ofisində bağlanmış 28 mart 2022-cı il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsi və Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən aparılmış 10 iyun 2022-ci il tarixli 8İ – 7658 № reyestr nömrəli İcra qeydinin ləğv edilməsi barədə iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Şəki Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinə və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə qarşı “borc müqaviləsinin etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar