Məhkəmə qərarları › İş №e-2(075)-972/2024

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-972/2024

25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-972/2024 25.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1596.84 AZN əsas borcu, 174.88 AZN faiz borcu olmaqla, cəmi 1771.72 AZN borcun və ödənilmiş 37.72 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə 29 fevral 2024-cü il tarixdə məhkəməyə sadələşdirilmiş icraat qaydasında daxil olmuşdur. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq qeyd edilən mülki iş üzrə tərəflər arasında bağlanmış müqavilə üzrə qalan borcun ödənilməsi ilə bağlı razılıq əldə edidiyindən, ərizəni və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 2(075)-972/2024 saylı qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki iş iddia icraatına keçirilmiş, mülki iş üzrə məhkəmə hazırlıq iclası 04 aprel 2024-cü il tarixə, saat 09:00-a təyin edilmişdir. Mülki iş üzrə məhkəmə hazırlıq iclası 04 aprel 2024-cü il tarixdə keçirilmiş, növbəti məhkəmə hazırlıq iclası bu günə, yəni 25 aprel 2024-cü il tarixə, saat 09:00-a təyin edilmişdir. Cavabdeh məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. İddiaçı ASC-nin ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli, 12 saylı Qərarının 5-ci bəndində göstərilmişdir ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” İddiaçı ASC-nin iddia ərizəsi ilə bağlı ödəmiş olduğu 37.72 manat rüsum onun özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1 və 170.3-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı ASC-nin iddia ərizəsi ilə bağlı ödəmiş olduğu 37.72 manat rüsumü dövlət büdcəsindən onun özünə qaytarılsın. İddiaçı ASCna yenidən məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar