Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-976/2022 04.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun, Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülki iddiaçı qismində tanınaraq hadisə nəticəsində ona dəymiş maddi ziyanın əvəzi olaraq ödənilməli olan 700 (yeddi yüz) manatın və 30 manat dövlət rüsumunun təqsirləndirilən şəxs Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində ZAZ-968 M markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil (arxasında daşıdığı qeyri rəsmi qoşqu ilə) idarə etdiyi minik avtomobili olan VAZ- 21070 markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toquşaraq qəza törətmişdir. Qəza nəticəsində idarə etdiyi VAZ-21070 markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilə və sağ tərəfində dayanmış vəziyyətdə olan Kia Sorento markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilə ciddi ziyanlıq dəymişdir. Belə ki, hadisə zamanı avtomobilinin sol və sağ yan hissəsinin detalları sıradan çıxmışdır. Hadisə yerinə gələn ŞRPŞ-nin DYPX-nin əməkdaşları tərəfindən baxış keçirilmiş yol nəqliyyat hadissəsi sənədləşdirilmiş cavabdeh ZAZ-968 M markalı **-BA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edən Cavabdeh təqsirli bilinərək barəsində protokol tərtib edilmişdir. Qeyd edilən avtomobilin səndi natamam olduğundan yəni icbari sığortası olmadığından ona dəymiş ziyanlığın ödənilməsi cavabdeh tərəfindən həyata keçirilməsi bildirilmişdir. Kia Sorento markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanlığı onun qeydiyyatdan keçdiyi sığorta şirkəti qarşılamışdır. Cavabdeh tərəfin sığortası olmadığından ona dəymiş ziyanlıq Avto-Ekspert MMC-nin tərəfindən xx.xx.2022-ci il tarixlı, 22 nömrəli arayışında göstərilmiş 700 (yeddi yüz) manat ziyanlığın ödənilməsi cavabdehin şəxsi hesabı ilə qarşılyacağı deyilsədə cavabdeh bir mənalı olaraq dəymiş ziyanlığın ödənilməsindən boyun qaçırır və qəti dəymiş ziyanlığın ödəməyəcəyini bildirmişdir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmişdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini bildirdi. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, baş verən avtomobil qəzasında əslində günahkar, o, yox iddiaçıdır. İddiaçı həmin vaxt iki avtomobili vurub. Belə ki, birinci digər avtomobili daha sonra onun avtomobilinin qoşqusunu vurmuş, bundan sonra isə idarəetməni itirdiyindən sürüşərək onun avtomobilini vurmuşdur. Hesab edir ki, iddiaçı kəndə yaşayır və şəhərdə avtomobili idarə etməkdə çətinlik çəkir. O, idiaçıya qarşı iddia qaldırmalıdır. Məhkəmə mülki proses tərəflərinin izahatlarını, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: Məhkəmənin sorğusu əsasında xx.xx.2022-ci il tarixli məktubla təqdim olunan materialdan müəyyən olunur ki, hadisə ilə bağlı araşdırılma aparılmış, tərəflərin izahatları alınmış, yol nəqliyyat hadisəsinin sxemi çəkilmiş və nəticə etibarı ilə Cavabdeh barəsində İXM-nin 327.1 və 332.1-ci maddələri ilə İXP ******* nömrəli protokol tərtib olunmuşdur. Materialda olan 23 noyabr 1998-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, **-BA-*** dövlət qeydiyyat nişanlı, «Zaz-968» markalı, «Sedan» tipli, buraxılış ili – 1989, mühərriki – 264047, Banı – J130181 olan ağ rəngli minik avtomobil X1 adına qeydiyyata alınmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixədək “B” kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur. Materialda olan 22 dekabr 2017-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, **-MK-*** dövlət qeydiyyat nişanlı, «Vaz-21070» markalı, «Sedan» tipli, buraxılış ili – 2004, mühərriki – 7613647, Banı – XTA**********3442 olan qırmızı nar rəngli minik avtomobil X2 adına qeydiyyata alınmışdır. İddiaçı VAZ-21070 markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilli idarə etmək hüququ olmuşdur. İddiaçı xx.xx.2030-ci il tarixədək “B,C” kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur. İşdə olan "xxxx" MMC-nin tərəfindən xx.xx.2022-ci il tarixlı, 22 nömrəli arayışından görünür ki, iddiaçının idarə etdiyi “Vaz 21070” markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 700 manat təşkil edir. Məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, Cavabdeh ZAZ-968 M markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İddiaçı xx.xx.2022-ci il tarixdə “Vaz 21070” markalı, **-MK-*** dövlət nömrə nişanlı avtomobil ilə Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində toqquşaraq qəza baş vermişdir. “Vaz 21070” markalı, **-MK-*** dövlət nömrə nişanlı avtomobil 700 manat maddi ziyan dəymişdir. 700 (yeddi yüz) manat ziyanlığın ödənilməsi cavabdehin şəxsi hesabı ilə qarşılyacağı deyilsədə cavabdeh bir mənalı olaraq dəymiş ziyanlığın ödənilməsindən boyun qaçırmış və qəti dəymiş ziyanlığın ödəməyəcəyini bildirmişdir. İddiaçı iddia tələbini əsaslandıran hallar kimi iş materiallarına istinad edir və iddianı müdafiə edir. Cavabdeh isə iddianı qəbul etmir. Məhkəmə, iş üzrə bütün diqqətəlayiq halları araşdıraraq iddia tələbinin qanuni əsası kimi aşağıdakı maddi və prosessual hüquq normalarına istinad etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi Cavabdeh ZAZ-968 M markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İddiaçı xx.xx.2022-ci il tarixdə “Vaz 21070” markalı, **-MK-*** dövlət nömrə nişanlı avtomobil ilə Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində toqquşaraq qəza törətmişdir. Aparılan araşdırma nəticəsində qəzanın törədilməsinə görə Cavabdeh İXM-nin 327.1 və 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. İddiaçının avtomobilinə dəymiş ziyan "xxxx" MMC tərəfindən 700 manat müəyyən edilmişdir. Buna görə də İddiaçı əmlakına vurulmuş zərərin əvəzi, yəni 700 manat Cavabdeh tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və məhkəmə iclasında tətbiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş ziyana görə 700 (yeddi yüz) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 238-253, 357-362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 700 (yeddi yüz) manat və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-976/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-976/2022
04.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver