Məhkəmə qərarları › İş №e-2(075)-979/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-979/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-979/2025 21.05.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı “Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı “Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli 348856-1-38449 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən xx.xx.2025-ci il tarixə banka borclu olduğu 5070,94 manat məbləğində əsas borc, 202,76 manat məbləğində faiz borcu, 172,60 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 5446,30 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 74,46 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı “Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin “Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə xx.xx.2025-ci il tarixdə elektron ərizə göndərərək, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini, iddianı müdafiə etdiklərini bildirmiş və məhkəmə iclasının iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı “Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 348856-1-38449 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən Cavabdeh borcu kapitallaşdırılaraq 5558 manat 29 qəpik məbləğində borcun illik 11 faiz hesablanması şərti ilə 59 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 5070,94 manat məbləğində əsas borc, 202,76 manat məbləğində faiz borcu, 172,60 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 5446,30 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri cavabdeh tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Lakin Cavabdeh 6 may 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək məhkəmə iclası barədə məlumatlı olduğunu, Bakı şəhərində olması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianı qəbul etdiyini bildirmiş və cərimə məbləğinin azadılmasında ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə ediməklə məhkəmə baxışında tədqiq edilmiş.; İddiaçı “Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 348856-1-38449 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 11% оlmaqla 59 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5558,28 manat məbləğində kredit götürmüşdür. xx.xx.2023-cü il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü 5558,28 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 59 ay müddətinə qaytarmalı olmuşdur. 27 may 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 27 may 2025-ci il tarixə “Bank VTB (Azərbaycan) ASC-yə “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi” üzrə 5070,94 manat əsas, 202,76 manat faiz və 172,60 manat cərimə borcu olmaqla, cəmi 5446,30 manat borcu vardır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, iddiaçı “Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 348856-1-38449 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 11% оlmaqla 59 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5558,28 manat məbləğində kredit götürmüşdür. Kredit razılaşmaları əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqaviləsi üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı “Bank VTB (Azərbaycan) ASC tərəfindən cavabdehə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə uzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də “Bank VTB (Azərbaycan) ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı “Bank VTB (Azərbaycan) ASC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 172,60 manat məbləğində cərimələrin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləğləri tənasübsüz dərəcədə yüksək hesablanmışdır və azadılmalıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 423, 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2023-cü il tarixli, 348856-1-38449 saylı müqaviləyə əsasən 5070,94 manat əsas, 202,76 manat faiz borcu, 70 manat cərimə borcu olmaqla, cəmi 5343,70 (beş üç yüz qırx üç manat, 70 qəpik) manat borc və 74,46 manat dövlət rüsumu iddiaçı “Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinəödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 348856-1-38449 saylı müqaviləyə əsasən 5070,94 manat əsas, 202,76 manat faiz borcu, 70 manat cərimə borcu olmaqla, cəmi 5343,70 (beş üç yüz qırx üç manat, 70 qəpik) manat borc və 74,46 manat dövlət rüsumu iddiaçı “Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar