Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-980/2022 14.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, hakim İmanov Cahid Fehruz oğlu, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona vurulmuş 2415 manat məbləğində maddi zərərin, qiymətləndirmənin dəyəri olaraq "xxxx" MMC-yə ödənilmiş 300 manatın və ödənilmiş 44,15 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin, Azərbaycan Respublikası MPM-nin 284-4-cü maddəsi rəhbər tutularaq ərizənin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Belə ki, iddia ərizəsini və işdə olan sənədləri təhlil edərkən müəyyən olunmuşdur ki, İddiaçı iddia ərizəsinə məhz evinin Cavabdeh tərəfindən təmir olunması və həmin maddi zərərin Cavabdeh hər hansı səhlənkarlığı və ya sair hərəkətləri nəticəsində vurulması ilə bağlı mötəbər sübutunu əlavə etməmişdir. Buna görə də məhkəmə bu halı “tələbi təsdiq edən sənədlərin təqdim olunmaması” kimi qiymətləndirir. Odur ki, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina olunmalı, İddiaçı qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə iddia icraatı qaydasında müraciət etmək hüququnun olması izah edilməli və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilniş 44,55 manat məbləğində dövlət rüsumu iddiaçının özünə qaytarılmalıdır. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM.-nin 263.1, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina olunsun. İddiaçı qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilniş 44,55 manat məbləğində dövlət rüsumu iddiaçının özünə qaytarılsın. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Hakim Cahid İmanov.
Məhkəmə qərarları › İş №e-2(075)-980/2022
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-980/2022
14.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver