Məhkəmə qərarları › İş №e-2(076)-1015/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1015/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1015/2025 18.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 16776.61 manat əsas, 1009.75 manat faiz, cəmi 17786.36 manat məbləğində vəsaitin, 0.40 manat xidmət haqqının və ödənilmiş 143.36 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarasınız haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bank tələbini belə əsaslandırmışdır ki, bankla Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, BPM**********00 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə 59 ay müddətinə illik 19.9 faiz olmaqla 18000 manat məbləğində kredit vermişdir. Cavabdeh əsas məbləği və onun faizlərini hər ay ödəməyi öhdəsinə götürmüş, lakin müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Belə ki, cavabdehin xx.xx.2024–cü il tarixə kredit müqaviləsi üzrə 16776.61 manat əsas, 1009.75 manat faiz, cəmi 17786.36 manat məbləğində borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcunu ödəməkdən yayınmışdır. Odur ki cavabdehdən xx.xx.2023-cü il tarixli, BPM**********00 saylı kredit müqaviləsi üzrə 16776.61 manat əsas, 1009.75 manat faiz, cəmi 17786.36 manat məbləğində vəsaitin, 0.40 manat xidmət haqqının və ödənilmiş 143.36 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı bankın nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəməyə gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********00 saylı kredit müqaviləsindən görünür ki, bank cavabdehə 59 ay müddətinə illik 19.9 faiz olmaqla 18000 manat məbləğində kredit vermişdir. İşdə olan ödəmə qrafikindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh kredit məbləğinin xx.xx.2023–xx.xx.2028–ci il ərzində hər ay 480.63 manat olmaqla ödənilməsinə razı olmuşlar. Cavabdeh həmin məbləğdə pulu hər ay ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan cavabdehə ünvanlanmış bildiriş məktubundan görünür ki, cavabdehin banka olan borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan "xxxx" ASC–yə aid maliyyə arayışından görünür ki, xx.xx.2024–cü il tarixə Cavabdehnun banka 16776.61 manat əsas, 1009.75 manat faiz, cəmi 17786.36 manat məbləğində borcu yaranmışdır. Beləliklə, məhkəmə iclası zamanı iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı bankla Cavabdeh arasında xx.xx.2023cü il tarixli, BPM**********00 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə 59 ay müddətinə illik 19.9 faiz olmaqla 18000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh krediti hər ay qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş və nəticədə onun xx.xx.2024–cü il tarixə 16776.61 manat əsas, 1009.75 manat faiz, cəmi 17786.36 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası MM–nin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, bir tərəf (borcverən) pul vəsaitini və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740.1–ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qaydada nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1–ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, Cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə bank qarşısında mülki məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi Cavabdehnun hazırki vaxtadək iddiaçı banka 16776.61 manat əsas, 1009.75 manat faiz, cəmi 17786.36 manat məbləğində borcu yaranmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddiaçı bankın tələbi əsaslıdır. Odur ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********00 saylı kredit müqaviləsi üzrə 16776.61 manat əsas, 1009.75 manat faiz, cəmi 17786.36 manat məbləğində vəsaitin, 0.40 manat xidmət haqqının və ödənilmiş 143.36 manat dövlət rüsumu alınıb iddiaçı banka verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli, BPM**********00 saylı kredit müqaviləsinə əsasən Cavabdeh əsas kredit borcu üzrə 16776.61 manat, faiz borcu üzrə1009.75 manat olmaqla, cəmi 17786.36 (on yeddi min yeddi yüz səksən altı manat otuz altı qəpik) manat məbləğində pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 0,40 (qırx qəpik) manat xidmət haqqı və 143.36 (yüz qırx üç manat otuz altı qəpik) manat məbləğində pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar