Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1041/2025 09.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi Cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı MM QBKT–nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MM QBKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, kredit müqaviləsi üzrə cavabdehlərdən 1.585,37 manat əsas kredit borcunun və ödənilmiş 35,86 manat məbləğində dövlət rüsumunun müştərək qaydada alınıb iddiaçı təşkilata verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı təşkilat tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 23 sentyabr 2015–ci il tarixli **********08242 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə illik 23,49 % ödəmək şərtilə istehlak və həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə 1.500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi digər Cavabdeh2 zamin durmuş, əsas borclu öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə borcu ödəyəcəyi haqda zəmanət vermişdir. Zaminlə ayrıca müqavilə bağlanmış və o, yazılı şəkildə öhdəlik götürmüşdür. Eləcə də, 23 sentyabr 2015–ci il tarixli **********08242 nömrəli kredit müqaviləsi xx.xx.2016–cı il tarixli sazişlə illik 32% olmaqla, 36 ay müddətinə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi 1.289,50 manat müəyyən edilmişdir. Eyni tarixli zaminlik müqaviləsi ilə Cavabdeh2 sözügedən müqavilənin tərəfi olmuşdur. Həmçinin, xx.xx.2016–cı il tarixli kredit müqaviləsi xx.xx.2016–cı il tarixli sazişlə illik 12% olmaqla, 30 ay müddətinə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi 1.289,50 manat müəyyən edilmişdir. Eyni tarixli zaminlik müqaviləsi ilə Cavabdeh2 sözügedən müqavilənin tərəfi olmuşdur. Lakin cavabdeh müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Belə ki, cavabdehin 1.585,37 manat əsas kredit borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Odur ki, kredit müqaviləsi üzrə cavabdehlərdən 1.585,37 manat əsas kredit borcunun və ödənilmiş 35,86 manat məbləğində dövlət rüsumunun müştərək qaydada alınıb İddiaçı MM QBKT–yə verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etdi və izahatında göstərdi ki, həqiqətən 23 sentyabr 2015–ci il tarixli **********08242 saylı kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən ona 18 ay müddətinə illik 23,49 % ödəmək şərtilə 1.500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi Cavabdeh2 zamin durmuşdur. Sonradan kredit müqaviləsi iki dəfə restrukturizasiya olunmuşdur. Lakin maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Hazırda iddiaçı təşkilata olan borcu ödəməkdən boyun qaçırmır və borcunu ödəməli olmasını bilir. Bu səbəbdən borcunu hissə–hissə ödəyə bilər. Əlavə olaraq qeyd edir ki, Cavabdeh2 ona zamin dursa da, hazırda onun zaminliyinin ləğv edilməsini istəyir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Cavabdeh2 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, o, 2015–ci il tarixdə zamin durmuş, həmin vaxtdan isə 10 il müddət keçmişdir. Hesab edir ki, iddiaçı ona qarşı əsassız iddia qaldırmışdır. Odur ki, iddianın ona münasibətdə rədd edilməsini məhkəmədən xahiş edir. İddiaçı MM QBKT–yə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə nümayəndəsi “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehlərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 23 sentyabr 2015–ci il tarixli **********08242 nömrəli kredit müqaviləsindən görünür ki, təşkilat tərəfindən cavabdehə istehlak və həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə 18 ay müddətinə illik 23,49 % ödəmək şərtilə 1.500 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə ilə müəyyən edilir ki, Cavabdeh2 zamin durmuşdur. İşdə olan İddiaçı MM QBKT ilə Cavabdeh1 arasında razılaşdırılmaqla təsdiq edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdeh kreditin əsas məbləğini və faizləri xx.xx.2015–xx.xx.2017–ci illər ərzində hər ay ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2016–cı il tarixli sazişdən görünür ki, xx.xx.2016–cı il tarixli kredit müqaviləsi illik 12% olmaqla, 30 ay müddətinə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi 1.289,50 manat müəyyən edilmişdir. İçdə olan ödəniş cədvəlindən görünür ki, cavabdeh saziş üzrə kreditin əsas məbləğini və faizləri xx.xx.2016–xx.xx.2018–ci illər ərzində hər ay ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016–cı il tarixli zaminlik müqaviləsindən görünür ki, o, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016–cı il tarixli sazişin icrasının təmin edilməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2024–cü il tarixə təşkilata olan əsas kredit borcu 1.585,37 manat təşkil edir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında 23 sentyabr 2015–ci il tarixli **********08242 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı təşkilat cavabdehə istehlak və həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə 18 ay müddətinə illik 23,49 % ödəmək şərtilə 1.500 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi digər Cavabdeh2 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Eləcə də, 23 sentyabr 2015–ci il tarixli **********08242 nömrəli kredit müqaviləsi xx.xx.2016–cı il tarixli sazişlə illik 32% olmaqla, 36 ay müddətinə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi 1.289,50 manat müəyyən edilmişdir. Eyni tarixli zaminlik müqaviləsi ilə Cavabdeh2 sözügedən müqavilənin tərəfi olmuşdur. Həmçinin, xx.xx.2016–cı il tarixli kredit müqaviləsi xx.xx.2016–cı il tarixli sazişlə illik 12% olmaqla, 30 ay müddətinə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi 1.289,50 manat müəyyən edilmişdir. Eyni tarixli zaminlik müqaviləsi ilə Cavabdeh2 sözügedən müqavilənin tərəfi olmuşdur. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh krediti hər ay qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş, nəticədə onun 1.585,37 manat əsas borcu yaranmışdır. Azərbaycan Respublikası MM–nin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, bir tərəf (borcverən) pul vəsaitini və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740.1–ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qaydada nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Eyni zamanda məhkəmə hesab edir ki, iddia Cavabdeh2 qarşı əsassız olduğundan ona münasibətdə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4–cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyin icra müddəti xx.xx.2018–ci il tarixə qədər müəyyən edilmişdir. Belə olan halda iddiaçı Cavabdeh2 qarşı iddia qaldırmaqda haqlı olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qsimən təmin edilməli, kredit müqaviləsi üzrə Cavabdeh1 əsas kredit borcu üzrə 1.585,37 manat məbləğində pul və 35,86 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı MM QBKT–yə verilməli, iddia Cavabdeh2 qarşı münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 əsas kredit borcu üzrə 1.585,37 (bir min beş yüz səksən beş manat otuz yeddi qəpik) manat məbləğində pul alınıb İddiaçı MM QBKT–yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh1 35,86 (otuz beş manat səksən altı qəpik) manat pul alınıb İddiaçı MM QBKT–yə verilsin. İddia Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X2
Məhkəmə qərarları › İş №e-2(076)-1041/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1041/2025
09.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver