Məhkəmə qərarları › İş №e-2(076)-1092/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1092/2025

09.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1092/2025 09.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi ilə İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 26 aprel 2024–cü il tarixli 370nkNFT/24 saylı kredit müqaviləsi üzrə 4.604 manat əsas kredit borcu, 475,58 manat faiz borcu, 31,34 manat cərimə borcu olmaqla, cəmi 5.110,92 manat məbləğində pulun və ödənilmiş 71,51 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 26 aprel 2024–cü il tarixli 370nkNFT/24 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə xx.xx.2028–ci il tarixədək illik 23 % ödəmək şərtilə 4.714 manat məbləğində kredit verilmiş, həmçinin ona bank hesabları açılmışdır. Cavabdeh həmin kredit müqaviləsini imzalamaqla həmçinin “Yalnız istehlak kredit məhsulları üzrə fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi barədə” xx.xx.2021–ci il tarixli kütləvi ofertanı (aksept) təsdiq etmişdir. Həmçinin, cavabdeh əsas məbləği və onun faizlərini ödəməyi öhdəsinə götürmüş, lakin müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Nəticədə onun 4.604 manat əsas kredit borcu, 475,58 manat faiz borcu yaranmışdır. Öhdəliyini lazımi qaydada icra etmədiyindən cavabdehə 31,34 manat cərimə borcu hesablanmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Odur ki, cavabdehdən 26 aprel 2024–cü il tarixli 370nkNFT/24 saylı kredit müqaviləsi üzrə 4.604 manat əsas kredit borcu, 475,58 manat faiz borcu, 31,34 manat cərimə borcu olmaqla, cəmi 5.110,92 manat məbləğində pulun və ödənilmiş 71,51 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinə və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 26 aprel 2024–cü il tarixli 370nkNFT/24 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə xx.xx.2028–ci il tarixədək illik 23 % ödəmək şərtilə 4.714 manat məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" KB ASC ilə Cavabdeh arasında razılaşdırılmaqla təsdiq edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdeh 26 aprel 2024–cü il tarixli 370nkNFT/24 saylı kredit müqaviləsi üzrə kreditin məbləğini xx.xx.2024– xx.xx.2028–ci illər ərzində hər ay ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan cavabdehə ünvanlanmış bildiriş məktubundan görünür ki, cavabdehin banka olan borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, xx.xx.2025–ci il tarixədək cavabdehin 4.604 manat əsas kredit borcu, 475,58 manat faiz borcu, 31,34 manat cərimə borcu olmaqla, cəmi 5.110,92 manat məbləğində borcu yaranmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 26 aprel 2024–cü il tarixli 370nkNFT/24 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə xx.xx.2028–ci il tarixədək illik 23 % ödəmək şərtilə 4.714 manat məbləğində kredit verilmiş, həmçinin ona bank hesabları açılmışdır. Cavabdeh həmin kredit müqaviləsini imzalamaqla həmçinin “Yalnız istehlak kredit məhsulları üzrə fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi barədə” xx.xx.2021–ci il tarixli kütləvi ofertanı (aksept) təsdiq etmişdir. Lakin borclu müqavilənin öhdəliklərini yerinə yetirməmiş, nəticədə onun 4.604 manat əsas borcu və 475,58 manat faiz borcu yaranmışdır. Öhdəliyini lazımi qaydada icra etmədiyindən cavabdehə 31,34 manat cərimə borcu hesablanmışdır. Azərbaycan Respublikası MM–nin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, bir tərəf (borcverən) pul vəsaitini və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740.1–ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qaydada nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Odur ki, məhkəmə hesab edir ki, 26 aprel 2024–cü il tarixli 370nkNFT/24 saylı kredit müqaviləsinə əsasən Cavabdeh əsas kredit borcu üzrə 4.604 manat, faiz borcu üzrə 475,58 manat, cərimə borcu üzrə 31,34 manat olmaqla, cəmi 5.110,92 manat məbləğində pul və 71,51 manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 26 aprel 2024–cü il tarixli 370nkNFT/24 saylı kredit müqaviləsinə əsasən Cavabdeh əsas kredit borcu üzrə 4.604 manat, faiz borcu üzrə 475,58 manat, cərimə borcu üzrə 31,34 manat olmaqla, cəmi 5.110,92 (beş min yüz on manat doxsan iki qəpik) manat məbləğində pul alınıb "xxxx" X2 Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 71,51 (yetmiş bir manat əlli bir qəpik) manat pul alınıb iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar