Məhkəmə qərarları › İş №e-2(076)-1097/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1097/2024

09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1097/2024 09.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2022-ci il tarixli 034A********** saylı kredit müqaviləsi üzrə 6417.72 manat məbləğində kredit bоrcu, 866.91 manat məbləğində faiz bоrcu və 323.46 manat məbləğində cərimə borcu, xx.xx.2022-ci il tarixli 034KK**********01 saylı kart kredit müqaviləsi üzrə 494.46 manat məbləğində kredit borcu, 37.19 manat məbləğində faiz borcu, 84.38 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə cəmi 8224 (səkkiz min iki yüz iyirmi dörd) manat 12 (on iki) qəpik məbləğində bоrcun və ödənilmiş 102.25 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 034A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.625% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 (səkkiz min) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 1582.28 manat ödəniş etmiş və оnun iddiaçıya 6417.72 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 252 gün üçün hesablanmış faiz borcu 866.91 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 252 gün üçün kredit müqaviləsi üzrə hesablanmış Dövlət rüsumunun ödənilməsi haqqında məlumat cərimə 323.46 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Bundan başqa X1 AccеssBank» QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli, 034KK**********01 saylı kart kredit müqaviləsinə əsasən 36 (otuz altı) ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, 500 (beş yüz) manat məbləğində kredit limiti açılmışdır. Bank krediti kredit alana plastik kartı vasitəsi ilə təqdim etmişdir. X2 əsas borcu üzrə 494.46 manat məbləğində kredit borcu qalmışdır. Kart kredit müqaviləsinin 2.3-ci maddəsinə müvafiq olaraq, xx.xx.2023-cü il tarixə 310 gün üçün hesablanmış faiz borcu 37.19 manat təşkil edir. Kart krеdit müqaviləsinin 3.7-ci bəndinə uyğun оlaraq xx.xx.2023-cü il tarixə 310 gün üçün hеsablanmış cərimə 84.38 manat təşkil edir. Tərəflər arasında bağlanmış müqavilənin 1.3-cü maddəsinə əsasən, Kredit alan kredit limitindən istifadə etdiyi təqdirdə, kredit borcunu və faizləri, olduğu halda cərimələri bu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində Banka qaytarmağı öz üzərinə götürür. Cavabdehə yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır. Qeyd olunları nəzərə alaraq Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2022-ci il tarixli 034A********** saylı kredit müqaviləsi üzrə 6417.72 manat məbləğində kredit bоrcu, 866.91 manat məbləğində faiz bоrcu və 323.46 manat məbləğində cərimə borcu, xx.xx.2022-ci il tarixli 034KK**********01 saylı kart kredit müqaviləsi üzrə 494.46 manat məbləğində kredit borcu, 37.19 manat məbləğində faiz borcu, 84.38 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə cəmi 8224 (səkkiz min iki yüz iyirmi dörd) manat 12 (on iki) qəpik məbləğində bоrcun və tərəfimizdən ödənilmiş 102.25 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh və iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə onların məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı QSC (Bank) ilə Cavabdeh (borcalan) arasında xx.xx.2022-ci il tarixli, 034A********** nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank borcalana aylıq faiz dərəcəsi 1,625% olmaqla 36 ay müddətinə qaytarmaq şərti ilə 8000 manat kredit vermiş, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə verilmiş kreditdən istifadə etməyi və aldığı kredit məbləğini, habelə kreditdən istifadəyə görə illik faiz dərəcəsi ilə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa İddiaçı QSC (Bank) ilə Cavabdeh (borcalan) arasında xx.xx.2022-ci il tarixli, 034KK**********01 saylı kart kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank borcalana 36 (otuz altı) ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, 500 (beş yüz) manat məbləğində kredit limiti açılmışdır. Bank krediti kredit alana plastik kartı vasitəsi ilə təqdim etmişdir. Həmin kart kredit müqaviləsinin 2.3-ci maddəsinə kredit limitindən istifadə üçün hər bir kredit borcu üzrə ayrılıqda olmaqla aylıq faiz dərəcəsi əsasında gündəlik faizlər hesablanır. Həmin kart kredit müqaviləsinin 3.7-ci X6 vaxtında və lazımi qaydada ödənilmədikdə Ödəniş Tarixinin ertəsi günündən etibarən X3ytarılmasının hər gecikdirilən günü üçün Minimal Odənişin qalığına 0,5 (sıfır tam onda beş) faiz dərəcəsi ilə cərimə ("Cərimə") hesablanır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı QSC-yə xx.xx.2022-ci il tarixli, 034A********** nömrəli kredit müqaviləsinə əsasən 6417,72 manat əsas; 866,91 manat faiz və 323.46 manat cərimə olmaqla, cəmi 7608,09 manat borcu yaranmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı QSC-yə xx.xx.2022-ci il tarixli, 034KK**********01 saylı kart kredit müqaviləsinə əsasən 494,46 manat əsas; 37,19 manat faiz və 84,38 manat cərimə olmaqla, cəmi 616,03 manat borcu yaranmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə banka olan borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixində göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh ilə arasında qanunvericiliyə uyğun olaraq kredit və kart krediri müqaviləsi bağlanmışdır. İddiaçı müqavilələr üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, müqavilə predmeti olan pul məbləğini cavabdehə vermişdir. Cavabdeh kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul Cavabdeh tutulmalıdır. Belə ki, iddiaçının (bankın) təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin və kreditə hesablanmış faizlərin ödənilməmiş hissəsini cavabdehdən tələb etməkdə haqlıdır Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqavilələri üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, xx.xx.2022-ci il tarixli, 034A********** nömrəli kredit müqaviləsinə əsasən 6417,72 manat əsas; 866,91 manat faiz və 323.46 manat cərimə olmaqla, cəmi 7608,09 manat olmaqla və xx.xx.2022-ci il tarixli, 034KK**********01 saylı kart kredit müqaviləsinə əsasən 494,46 manat əsas; 37,19 manat faiz və 84,38 manat cərimə olmaqla, cəmi 616,03 manat olmaqla, ümumi cəmi 8224,12 manat məbləğində borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 102.25 manat dövlət rüsumu da cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2022-ci il tarixli 034A********** saylı kredit müqaviləsi üzrə 6417.72 manat məbləğində kredit bоrcu, 866.91 manat məbləğində faiz bоrcu və 323.46 manat məbləğində cərimə borcu, xx.xx.2022-ci il tarixli 034KK**********01 saylı kart kredit müqaviləsi üzrə 494.46 manat məbləğində kredit borcu, 37.19 manat məbləğində faiz borcu, 84.38 manat məbləğində cərimə borcu olmaqla hər iki müqavilə üzrə ümumilikdə cəmi 8224.12 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 102.25 (bir yüz iki manat iyirmi beş qəpik) manat pul alınaraq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar