Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1242/2024 22.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, İddiaçı KB QSC–nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmaqla, evin və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı KB QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmaqla, evin və torpaq sahəsinin boşaldılması tələbinə dair məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Şəmkir rayonu, Dəllər qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 43.3 kv.m yaşayış, 51.0 kv.m yardımçı, 94.3 kv.m sahədən ibarət 66 nömrəli fərdi yaşayış evinə istifadə hüquqlarının itirməklə onların həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi və tərəflərindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxardılmasını xahiş etmişdir. İddiaçı QSC iddia tələbini artıraraq, cavabdehlər Cavabdeh2, Cavabdeh1, X5, X8 və X9 Şəmkir rayonu, Dəllər qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 43.3 kv.m yaşayış, 51.0 kv.m yardımçı, 94.3 kv.m sahədən ibarət 66 nömrəli fərdi yaşayış evinə istifadə hüquqlarının itirməklə onların həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi və tərəfimizdən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxardılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(076)-1096/2016 saylı qətnaməsinə əsasən cavabdehlər X1, X2, X12, X10 və X11 müştərək qaydada cəmi 25778.28 (iyirmi beş min yeddi yüz yetmiş səkkiz dollar iyirmi səkkiz sent) ABŞ dolları məbləğində pul ödənildiyi günə Azərbaycan manatına olan məzənnə üzrə alınaraq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tələbin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX ******* nömrəli, xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********19-10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında ipoteka ilə yüklü edilmiş X13 mülkiyyətində olan Şəmkir rayonu, Dəllər qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 43.3 kv.m yaşayış, 51.0 kv.m yardımçı, 94.3 kv.m sahədən ibarət 66 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların hərrac yolu ilə satılmaqla satışdan əldə ediləcək vəsait hesabına cəmi 25778.28 (iyirmi beş min yeddi yüz yetmiş səkkiz dollar iyirmi səkkiz sent) ABŞ dolları məbləğində pul ödənildiyi günə Azərbaycan manatına olan məzənnə üzrə alınaraq İddiaçı QSC-nin xeyrinə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borcun müştərək qaydada cavabdehlər X1, X2, X12, X10 və X11 ümumi qaydada alınıb İddiaçı QSC-yə verilməsi və s. qət edilmişdir. Cavabdeh X23 tərəfindən apelyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(104)-2292/2016 nömrəli qətnaməsi ilə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(076)-1096/2016 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Hazırda Şəmkir rayonu, Dəllər qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 43.3 kv.m yaşayış, 51.0 kv.m yardımçı, 94.3 kv.m sahədən ibarət 66 nömrəli fərdi yaşayış evi İddiaçı QSC-nin mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş, xx.xx.2018-ci il qeydiyyat tarixli, daşınmaz əmlakın **********19-10301 reyestr nömrəli çıxarış alınmışdır. Şəmkir Rayonu İcra Hakimiyyəti Başçısının Dəllər qəsəbə İƏD üzrə nümayəndəliyinin xx.xx.2014-cü il tarixli məktubundan görünür ki, Şəmkir rayonu, Dəllər qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 43.3 kv.m yaşayış, 51.0 kv.m yardımçı, 94.3 kv.m sahədən ibarət 66 nömrəli fərdi yaşayış evində X23, Cavabdeh2 və Cavabdeh1 qeydiyyatadırlar. Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan X13 xx.xx.2020-ci il tarixində vəfat etdiyi görünür. Bundan sonra, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq Şəmkir rayonu, Dəllər qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 43.3 kv.m yaşayış, 51.0 kv.m yardımçı, 94.3 kv.m sahədən ibarət 66 nömrəli fərdi yaşayış evinin 10 (on) gün ərzində könüllü olaraq boşaltması və Banka təhvil verilməsi barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdehlərə verilmiş müddətin başa çatmasına baxmayaraq mənzili könüllü olaraq boşaldıb Banka Təhvil verməmişlər. Cavabdeh2 və Cavabdeh1 qeyd olunan əmlakda yaşadığından, İddiaçı QSC-nin mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə mane olur. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan **********19-10301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışından görünür ki, ünvan 1 ünvanda yerləşən əmlak İddiaçı QSM Şəmkir filialın tam mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 3820/2016-13 nömrəli Şəmkir Rayon İcra və Probasıya şöbəsinin tərəfindən verilmiş məktubundan görünür ki, Şəmkir rayon İcra və Probasiya Şöbəsini icraatında olan Şəmkir rayon məhkəməsinin 2(076)-1096/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə ipoteka ilə yüklü edilmiş ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi hərrac yolu ilə tələbkar "Accessbank” QSC-yə satılmışdır. İcra sənədinə əsasən əldə olunmuş məbləğin borcun ödənilməsi kifayət etmədikdə qalıq borcun borclulardan müştərək qaydada alınması göstərilsə də fərdi yaşayış evinin boşaldılaraq "xxxx" QSC-yə təhvil verilməsi göstərilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 30 nömrəli Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Dəllər qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş məktubundan görünür ki, Dəllər qəsəbəsi Ü. Hacıbəyov küçəsi ev 17 ünvanında yerləşən mərhum X13 adına Dəllər qəsəbə İƏD üzrə nümayəndəliyində 07 saylı "Ev təsərrüfatlarının uçotu kitabi"-nin 1131 saylı Şəxsi hesabı üzrə Təsərrüfat üzvlərinin Cavabdeh2, X15, X18, X19, Cavabdeh1, X14, X24, X16, X20 qeyd edilmişdilər. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı bank Şəmkir rayonu, Dəllər qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi 66 nömrəli fərdi yaşayış evinə dair xx.xx.2018–ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********19–10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında İddiaçı KB Açıq Səhmdar Cəmiyyəti qeyd olunan daşınmaz əmlaka tam mülkiyyət hüququ əldə etmişdir. Həmin tarixdən mübahisəli ev və torpaq sahəsi tam şəkildə iddiaçı bankın mülkiyyətindədir. Cavabdehlər isə həmin evdə yaşayır və oradan istifadə edir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinə əsasən Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 205.2-ci maddəsinə əsasən tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. “İpoteka haqqında” Qanunun: 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun: 9-cu maddəsinə əsasən Yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Qeyd olunan normaların tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əmlak cavabdehlərin sahibliyində olmalı və cavabdehlərin əmlaka sahiblik hüququ olmamalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı bank mübahisəli fərdi yaşayış evinin və torpaq sahəsinin mülkiyyətçisidir. Cavabdehlərin mübahisəli ev üzərində dövlət tərəfindən tanınan və qorunan heç bir hüququ qalmamışdır. Belə ki, mübahisəli fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi kreditin qaytarılması üçün ipoteka qoyulmuşdur. Kredit müqaviləsi üzrə yaranmış öhdəlik lazımınca icra edilmədiyi üçün məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında tutma ipoteka predmetinə yönəldilmişdir. İpoteka predmeti olan fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi satılması üçün açıq hərraca çıxarılmış, satılmadığı üçün ipoteka saxlayan kimi iddiaçı bank həmin yaşayış evini borcun əvəzinə almaqla, mülkiyyət hüququ əldə etmişdir. Həmin vaxtdan da cavabdehlərin həmin yaşayış evi və torpaq sahəsi üzərində mövcud olmuş mülkiyyət və digər əşya hüquqları itirilmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçı bankın mülkiyyətində olan mübahisəli fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət və istifadə hüquqlarından könüllü imtina etdiyi üçün cavabdehlərin sahibliyi qanunsuzdur. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1, X5, X8 və X9 Şəmkir rayonu, Dəllər qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 43.3 kv.m yaşayış, 51.0 kv.m yardımçı, 94.3 kv.m sahədən ibarət 66 nömrəli fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1, X17, X18 və X3 rayonu, Dəllər qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 43.3 kv.m yaşayış, 51.0 kv.m yardımçı, 94.3 kv.m sahədən ibarət 66 nömrəli fərdi yaşayış evindən çıxarılmalı və həmin fərdi yaşayış evi boşaldılmaqla İddiaçı KB Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, cavabdehlərdən iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3–cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, X5, X8 və X9 Şəmkir rayonu, Dəllər qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 43.3 kv.m yaşayış, 51.0 kv.m yardımçı, 94.3 kv.m sahədən ibarət 66 nömrəli fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, X17, X18 və X3 rayonu, Dəllər qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 43.3 kv.m yaşayış, 51.0 kv.m yardımçı, 94.3 kv.m sahədən ibarət 66 nömrəli fərdi yaşayış evindən çıxarılsınlar və həmin fərdi yaşayış evi boşaldılmaqla İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, X4, X6 və X7 ödənilmiş dövlət rüsumunun əvəzi kimi cəmi 100 (bir yüz) manat pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №e-2(076)-1242/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1242/2024
22.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver