Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-133/2025 19.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Cavabdeh3 nümayəndəsi və vəkili X1 və nümayəndəsi Nümayəndə3 iştirakları ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qarayev Xanlar Əli oğlunun mirası qəbul etmiş vərəsələri Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 (qanuni nümayəndələri Cavabdeh3 vasitəsilə)"xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, BPM**********33 saylı X6 müqaviləsinə əsasən, 294.5 manat əsas və 1.01 manat faiz borcu olmaqla, cəmi 295.51 manat və xx.xx.2021-ci il tarixli, BPM**********33 nömrəli Kredit müqaviləsinə əsasən 13409.16 manat əsas və 45.35 manat faiz borcu olmaqla, ümumilikdə 13454.51 manat, ümumilikdə 13750.02 manat pul vəsaitinin, həmçinin ödənilmiş 132.00 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Qarayev Xanlar Əli oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********33 saylı X6 müqaviləsinə əsasən 36 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 300 manat məbləğində kredit xətti açılmışdır. Həmçinin, "xxxx" ASC ilə Qarayev Xanlar Əli oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********33 saylı Kredit müqaviləsinə əsasən 48 ay müddətinə illik 19 faiz ödəmək şərtilə 14700 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. AZ-İİ №254005 saylı ölüm haqqında şəhadətnaməyə əsasən Qarayev Xanlar Əli oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 7 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 110 saylı məktubuna əsasən Qarayev Xanlar Əli oğlunun mirası qəbul etmiş vərəsələrinin Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 olduğu müəyyən edilmişdir. Bankın Mərkəzi filialı tərəfindən təqdim edilmiş maliyyə arayışlarından görünür ki, Qarayev Xanlar Əli oğlunun xx.xx.2024-cü ilədək Banka xx.xx.2021-ci il tarixli, BPM**********33 saylı X6 müqaviləsi üzrə ödənilməmiş 294.5 manat əsas və 1.01 manat faiz borcu, xx.xx.2021-ci il tarixli, BPM**********33 saylı Kredit müqaviləsi üzrə ödənilməmiş 13409.16 manat əsas və 45.35 manat faiz borcu qalmışdır. Cavabdehlər mərhum Qarayev Xanlar Əli oğlundan qalmış mirası qəbul etmələrinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehlərə xx.xx.2024-cü il tarixində 6-2-22/2-22955/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq sonuncular öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh3 nümayəndəsi və vəkili X3 və Nümayəndə3 iddia tələbinə etiraz edərək bildirdi ki, X4 şirkətində işləyirdi, istehsalat qəzası nəticəsində vəfat etmişdir. 7000 manat kompensasiya verilmişdir. Beynəlxalq Bankla danışıq edərək güzəşt edilməsini xahiş etmiş, lakin razılıq əldə edilməmişdir. Bu səbəbdən də 7000 manat həddində borcun tutulmasına etiraz etmirlər. Cavabdeh3 nümayəndəsi Nümayəndə3 X1 izahatına uyğun izahat verərək ailənin maddi vəziyyətinin aşağı olmasını, miras əmlakın kütləsinin 7000 manatdan ibarət olmasını nəzərə alaraq iddianın qismən təmin edilməsini və miras əmlakın dəyəri həddində iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan X6 müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Qarayev Xanlar Əli oğlu arasında xx.xx.2021-ci il tarixli, BPM**********33 nömrəli X6 müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 24 faiz olmaqla 30000 manat məbləğinədək kredit limiti ayrılmışdır. İş materiallarında olan Ödəniş cədvəlindən görünür ki, "xxxx" ASC ilə Qarayev Xanlar Əli oğlu arasında xx.xx.2021-ci il tarixli, BPM**********33 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə illik 19 faiz olmaqla 14700 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Qarayev Xanlar Əli oğlunun "xxxx" ASC-yə kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixə borcundan hər ay 439.54 manat sonuncu ay 438.83 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Qarayev Xanlar Əli oğlunun xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcu – 13409.16 manat, faiz borcu 45.35 manat olmaqla, cəmi borcu 13454.51 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Qarayev Xanlar Əli oğlunun xx.xx.2021-ci il tarixli, BPM**********33 nömrəli X6 müqaviləsi üzrə əsas borcu – 294.5 manat, faiz borcu 1.01 manat olmaqla, cəmi borcu 295.51 manat təşkil edir. İş materiallarında olan AZ-İİ 254005 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Qarayev Xanlar Əli oğlu xx.xx.2022-ci il tarixdə Bakı şəhərində sol mədəcik çatmamazlığı səbəbindən ölmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Qarayev Xanlar Əli oğlunun vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan arvadı Cavabdeh3 miras əmlakdan 1/4 hissədə, qızı Cavabdeh2 miras əmlakdan 1/4 hissədə, oğlu Cavabdeh1 miras əmlakdan 1/4 hissədə və qızı Cavabdeh4 miras əmlakdan 1/4 hissədə pay almışlar. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə banka olan borcun ödənilməsi, əks təqdirdə müqavilənin vaxtından əvvəl ləğv edilməsi və borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 9/9877 saylı ekspertiza rəyindən görünür ki, Qarayev Xanlar Əli oğlunun xx.xx.2021-ci il tarixli, BPM**********33 saylı kredit müqaviləsi üzrə 18 iyul 2024-cü il tarixinədək əsas borc üzrə 294.50 manat, faiz borcu üzrə 120.57 manat borcu, illik 5 faiz borcu üzrə 10.76 manat, xx.xx.2021-ci il tarixli, BPM**********33 nömrəli kredit müqaviləsi üzrə əsas borcu 13404.96 manat və faiz borcu 45.33 manat müəyyən edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC ilə Qarayev Xanlar Əli oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********33 saylı X6 müqaviləsinə əsasən 36 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 300 manat məbləğində kredit xətti açılmışdır. Həmçinin, "xxxx" ASC ilə Qarayev Xanlar Əli oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********33 saylı Kredit müqaviləsinə əsasən 48 ay müddətinə illik 19 faiz ödəmək şərtilə 14700 manat məbləğində kredit verilmişdir. Lakin, Qarayev Xanlar Əli oğlu xx.xx.2022-ci il tarixdə öldüyündən müqavilələrlə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra edə bilməmiş, ödəniş cədvəlini pozmuşdur. xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Qarayev Xanlar Əli oğlunun vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan arvadı Cavabdeh3, qızı Cavabdeh2, oğlu Cavabdeh1 və qızı Cavabdeh4 ondan qalmış miras əmlaka vərəsə tanınmışlar. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum qarayev Xanlar Əli oğlunun vərəsələrindən xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 13409.16 manat əsas borc, 45.35 manat faiz borcu olmaqla, cəmi 13454.51 borcu və xx.xx.2021-ci il tarixli, BPM**********33 nömrəli X6 müqaviləsi üzrə 294.5 manat əsas borc, 1.01 manat faiz borcu olmaqla, cəmi 295.51 manat borc tələb edir. xx.xx.2025-ci il tarixli, 9/9877 saylı ekspert rəyi ilə Qarayev Xanlar Əli oğlunun xx.xx.2021ci il tarixli, BPM**********33 saylı kredit müqaviləsi üzrə 18 iyul 2024-cü il tarixinədək əsas borc üzrə 294.50 manat, faiz borcu üzrə 120.57 manat borcu, illik 5 faiz borcu üzrə 10.76 manat, xx.xx.2021-ci il tarixli, BPM**********33 nömrəli kredit müqaviləsi üzrə əsas borcu 13404.96 manat və faiz borcu 45.33 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1151-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır. Belə ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. İmtina müddəti kreditorların mirasdan imtina edilibedilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, mərhum Qarayev Xanlar Əli oğlunun ölümündən sonra qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində vərəsələr ondan qalmış miras əmlakdan, Qarayev Xanlar Əli oğlunun kredit müqaviləsi üzrə borcundan (miras passivi) imtina etməmiş, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Məhkəmə qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, mirasqoyan Qarayev Xanlar Əli oğlunun borclarının (miras passivinin) miras aktivi olan əmlakının dəyərindən çox olduğuna dair məhkəməyə sübutlar təqdim edilmədiyindən, iddiaçı mərhum Qarayev Xanlar Əli oğlunun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib qeyd edir ki, iddiaçı "xxxx" ASC iddia tələbində cavabdehlərdən xx.xx.2021-ci il tarixli, BPM**********33 nömrəli kredit müqaviləsi üzrə 13409.16 manat əsas borc və 45.35 manat faiz borcu tələb etmiş olsa da, xx.xx.2025-ci il tarixli, 9/9877 saylı ekspert rəyi ilə xx.xx.2021-ci il tarixli, BPM**********33 nömrəli kredit müqaviləsi üzrə əsas borcu 13404.96 manat və faiz borcu 45.33 manat müəyyən edildiyindən iddia tələbi həmin hissədə təmin edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin xx.xx.2021-ci il tarixli, BPM**********33 saylı X6 müqaviləsi üzrə 294.5 manat əsas və 1.01 manat faiz borcu hissəsi ilə bağlı qeyd edir ki, xx.xx.2025-ci il tarixli, 9/9877 saylı ekspert rəyi ilə Qarayev Xanlar Əli oğlunun xx.xx.2021-ci il tarixli, BPM**********33 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 294.50 manat, faiz borcu üzrə 120.57 manat borcu, illik 5 faiz borcu üzrə 10.76 manat müəyyən edilmiş olsa da, xx.xx.2021-ci il tarixli, BPM**********33 saylı X6 müqaviləsi üzrə iddia tələbi 294.5 manat əsas və 1.01 manat faiz borcundan ibarət olduğundan məhkəmə borcun həmin hissəsinə iddia tələbi həcmində qiymət verir. Odur ki, xx.xx.2021-ci il tarixli, BPM**********33 nömrəli kredit müqaviləsi üzrə 13404.96 manat əsas borc və 45.33 manat faiz borcu, cəmi 13450.29 (on üç min dörd yüz əlli manat iyirmi doqquz qəpik) manat və xx.xx.2021-ci il tarixli, BPM**********33 saylı X6 müqaviləsi üzrə 294.5 manat əsas və 1.01 manat faiz borcu, cəmi 295.51 (iki yüz doxsan beş manat əlli bir qəpik) manat məbləğində pul vəsaiti cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 132 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin, hesab edir ki, məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı cavabdehlərin vəsatəti əsasında təyin edilmiş məhkəmə–mühasibatşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci cavabdehlərdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2021-ci il tarixli, BPM**********33 nömrəli kredit müqaviləsi üzrə 13404.96 manat əsas borc və 45.33 manat faiz borcu, cəmi 13450.29 (on üç min dörd yüz əlli manat iyirmi doqquz qəpik) manat və xx.xx.2021-ci il tarixli, BPM**********33 saylı X6 müqaviləsi üzrə 294.5 manat əsas və 1.01 manat faiz borcu, cəmi 295.51 (iki yüz doxsan beş manat əlli bir qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 132 (bir yüz otuz iki) manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi alınaraq "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №e-2(076)-133/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-133/2025
19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver