Məhkəmə qərarları › İş №e-2(076)-1597/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1597/2024

13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1597/2024 13.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “xx.xx.2022-ci il tarixli DKM/022N05A01409022 №-li Kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli DKM/022N05A01409022 №-li Kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı ASC “Xalq” Bankı qarşısında 3970,10 (üç min doqquz yüz yetmiş manat 10 qəpik) manat məbləğində vaxtı keçmiş əsas borcu, 549,66 (beş yüz qırx doqquz manat 66 qəpik) manat məbləğində kreditdən istifadəyə görə illik 16% (on altı faiz) dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 159,78 (bir yüz əlli doqquz manat 78 qəpik) manat məbləğində penya, cəmi 4679,54 (dörd min altı yüz yetmiş doqquz manat 54 qəpik) manat məbləğində pul vəsaiti və xx.xx.2024-cü il tarixindən (iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən) qətnamənin qəbul edildiyi tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 16% (on altı faiz) dərəcəsi ilə hesablanan adi fazilər və illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan penya birgə qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması və iddia ərizəsinin verilməsinə görə 67 (altmış yeddi) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər Cavabdehlərdən birgə qaydada İddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC «Xalq» Bankı ilə Cavabdeh2 (Borc alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM/022N05A01409022 №-li Kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən Borc alana 24 (iyirmi dörd) ay müddətinə, illik 16 % (on altı) faiz ödənilməsi şərtilə 6 000 (altı min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə digər Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli DKM/022N05A01409022/ZM №-li zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin borc alanın Kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyi götürmüşdür. Kredit müqaviləsinin 2.4-cü bəndinə və onun 1 №-li Əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən Borc alan Cavabdeh2 hər ay müəyyən edilmiş məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh2 bu öhdəliklərini kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixinə borc alan Cavabdeh2 Kreditor qarşısında gecikdirilmiş borcu 4519,76 (dörd min beş yüz on doqquz manat 76 qəpik) manat təşkil edir ki, bunun da 3970,10 (üç min doqquz yüz yetmiş manat 10 qəpik) manatı vaxtı keçmiş əsas borcdan, 549,66 (beş yüz qırx doqquz manat 66 qəpik) manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə Borc alan kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə penya ödəməlidir ki, xx.xx.2024-cü il tarixinə bu məbləğ 159,78 (bir yüz əlli doqquz manat 78 qəpik) manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh2 tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq iddiaçının Kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Beləliklə, Bankın vaxtından əvvəl geri qaytarılmasını tələb etdiyi əsas borcun məbləği 3970,10 (üç min doqquz yüz yetmiş manat 10 qəpik) manat, yuxarıda göstərilən adi faizlər üzrə Borc alanın borclarını nəzərə alaraq Bankın xx.xx.2024-cü il tarixinə tələblərinin ümumi məbləği isə 4519,76 (dörd min beş yüz on doqquz manat 76 qəpik) manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh2 (Borc alan) tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq sonuncu ilə, eyni zamanda digər Cavabdeh1 (Zamin) ilə bir neçə dəfə əlaqə saxlanılmasına və onlardan borcun ödənilməsinin tələb edilməsinə dair xx.xx.2023-cü il tarixli ŞKR-XO-3.8.2023-001 №li Xəbərdarlıq məktubunun və xx.xx.2023-cü il tarixli ŞKR-XO-22.8.2023-001 №-li Öhdəliklərin yerinə yetirilməsi haqqında Tələbin göndərilməsinə baxmayaraq, həmin şəxslər tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin ediməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehlər məhkəmə iclasına gəlmədiyindən Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddələrinə əsasən, məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, iddiaçının nümayəndəsinin izahatını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Xalq Bank» ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM/022N05A01409022 nömrəli kredit müqaviləsindən görünür ki, müqavilə üzrə Cavabdeh2 6000 manat məbləğində, illik 16%, 24 ay müddətinə kredit verilmiş, Cavabdeh2 həmin məbləğin və hesablanmış faizləri ödənilməsinə öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli DKM/022N05A01409022/ZM saylı zaminlik müqaviləsindən görünür ki, ASC “Xalq” (Bank) ilə Cavabdeh1 (zamin) xx.xx.2022-ci il tarixli, DKM/022N05A01409022 nömrəli zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin, ASC “Xalq” Bank ilə Cavabdeh2 (borcalan) arasında bağlanan xx.xx.2022-ci il tarixli, DKM/022N05A01409022 nömrəli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 DKM/022N05A01409022 nömrəli kredit müqaviləsi üzrə ASC “Xalq» Bankına olan əsas borcu 3970.10 manat, faiz üzrə 549,66 manat, cərimə üzrə 159,78 manat olmaqla, cəmi 4679,54 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, müqavilə predmeti olan pul məbləğini cavabdehə vermişdir. Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir. Onun iddiaçı Bank qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul Cavabdeh1 tutulmalıdır. Belə ki, iddiaçının (bankın) təqdim etdiyi sübutlar borcun düzgün hesablandığın təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Bank verdiyi krediti, kreditə hesablanmış faizlərin ödənilməmiş hissəsini və cəriməni cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh1 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, o, Cavabdeh2 iddiaçı qarşısında olan pul öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh2 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, digər Cavabdeh1 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Odur ki, DKM/022N05A01409022 nömrəli kredit müqaviləsi üzrə ASC “Xalq” Banka olan əsas borcu 3970.10 manat, faiz borcu 549,66 manat, cərimə borcu 159,78 manat olmaqla, cəmi 4679,54 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin xx.xx.2024-cü il tarixindən (iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən) qətnamənin qəbul edildiyi tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 16% (on altı faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan penya tələbi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı ASC “Xalq” Bankının tələbin həmin hissəsi üzrə cavabdehlərdən tələb etdiyi faizlərin və penyanın məbləği göstərilmədiyindən və bu baxımdan tələb həmin hissədə qeyri-müəyyən olduğundan iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 67 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 284- 6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli, DKM/022N05A01409022 saylı kredit müqaviləsi üzrə yaranmış 3970.10 manat əsas borc, 549,66 manat faiz borcu, 159,78 manat cərimə borcu, cəmi 4679,54 manat (dörd min altı yüz yetmiş doqquz manat əlli dörd qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 67 (altmış yeddi) manat pul alınaraq ASC “Xalq” Bankına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar