Məhkəmə qərarları › İş №e-2(076)-1620/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №e-2(076)-1620/2024

03.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № e-2(076)-1620/2024 03.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızı, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı «Ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulmasına dair» iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı «Ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulmasına dair» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ərizə göndərərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, 67.62 manat ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, habelə iş materiallarını və iddiaçının nümayəndəsinin ərizəsini araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmçinin məhkəmə hesab edir ki, dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələsi həll edilə bilər. İddiaçıların ərizələrinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı tərəfindən 67.62 manat Şəmkir rayon Məhkəməsinin hesabına dövlət rüsumu ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş 67.62 manat dövlət rüsumu tam şəkildə iddiaçı "xxxx" ASC-yə qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 259.0.6, 260, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı «Ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulmasına dair» iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 67.62 (altmış yeddi manat, altmış iki qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-yə qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar