Məhkəmə qərarları › İş №e-2(076)-1685/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1685/2024

19.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1685/2024 19.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdehin vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hesabından onun nəfinə xx.xx.2010-cu il təvəllüdlü X15 və xx.xx.2015-ci il təvəllüdlü X11 adlı uşaqların saxlanması üçün Şəmkir rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuş 140 (bir yüz qırx) manat sabit pul formasında alimentin artırılmasına, hər ay bir uşaq üçün 235 manat sabit pul məbləğində alimnet, 55 manat mediasiya xərcinin cavabdehdən alınıb ona verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-ci-cu tarixli 2(076)-3861/2019 saylı qətnaməsi ilə uşaqları xx.xx.2010-cu il təvəllüdlü X15 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay hər bir uşaq üçün cavabdehin hesabından onun nəfinə 140 (yüz qırx) manat sabit pul məbləğində aliment müəyyən olunub. Lakin, həmin məbləğ bu gün üçün yetərli deyil. Belə ki, uşaqlar böyüyüb və xərcləri çoxalıb. Bu səbəbdən də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. X2 və X1 üçün müəyyən olunmuş alimenti artırılmasını və hər ay hər bir uşaq üçün 235 manat məbləğində sabit pul formasında müəyyən edilməsini istəyir. Çünki cavabdehin qazancı sabit deyil. O, fərdi əməklə məşğul olur eyni zamanda rəsmi qaydada işləyir. Maddi imkanları kifayət qədər yüksəkdir. Hər ay bir uşağa 235 manat aliment ödəmək cavabdeh üçün çətin deyildir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili Nümayəndə2 iddianı qəbul etməyərək, bildirdi ki, İddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılmasını tələb etsə də, məhkəmə qətnaməsini məhkəməyə təqdim etməmişdir. Belə ki, əvvəlki işdə işə baxılan zaman aliment müvəqqəti təminat tdbiri kimi iş üzrə yekun məhkəmə qətnaməsi çıxarılana qədər müvəqqəti aliment müəyyən edilmişdir. Müvəqqəti müəyyən edilmiş alimentin artırılması ilə bağlı iddia ərizəsi təqdim etdiyindən, alimentin müəyyən edilməsi ilə bağlı məhkəmə qətnaməsi olmadığından iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ 453710 nömrəli xx.xx.2010-cu il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X10 atası Cavabdeh, anası X8 qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 468261 nömrəli xx.xx.2015-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş sürətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X7 atası Cavabdeh, anası X8 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 2(076)-3861/2019 nömrəli Şəmkir Rayon Məhkəməsinin qərardadından görünür ki, iddiaçı X4 Cavabdeh qarşı nikahın pozulması və alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası üzrə hazırki mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək 17 may 2010-cu il təvəllüdlü Əli və 23 iyun 2015-ci il təvəllüdlü Murad adlı uşaqların saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X5 verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, MŞG/MT007/2024-00531 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixə saat 16:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etmiş, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. İş materiallarında olan AZ-İ 385022 nömrəli xx.xx.2021-ci il tarixli nikah pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 aralarında olan nikah Şəmkir Rayon Məhkəməsinin 2(076)-415/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 2(076)-415/2021 nömrəli Şəmkir Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, X16 ilə X9 arasında 09.12.209-cu il tarixdə Kəlbəcər rayon Qeydiyyat Şöbəsində bağlanmış və 285 nömrə ilə qeyd edilmiş nikah pozulmasına və tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il tarixdə doğulmuş X15 və xx.xx.2015-ci il tarixdə doğulmuş X11 adlı uşaqların anası X6 yanında qaldığı müəyyən edilməsinə qət edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 2(076)-3861/2019 nömrəli Şəmkir Rayon Məhkəməsinin icra vərəqəsindən görünür ki, iddiaçı X4 Cavabdeh qarşı nikahın pozulması və alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası üzrə hazırki mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək 17 may 2010-cu il təvəllüdlü Əli və 23 iyun 2015-ci il təvəllüdlü Murad adlı uşaqların saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X5 verilməsinə qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 5305/20xx-xx/2937/2022 nömrəli Şəmkir İcra və Probasıya şöbəsinin tərəfindən verilmiş arayışdan görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-3861/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi məhkəməyə geri qaytarılmasışdır. Səbəb tələbkarın xx.xx.2022-ci il tarixli ərizəsi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 2(076)-2672/2022 nömrəli Şəmkir Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh X6 birgə nikahlarından 17 may 2010-cu ildə doğulmuş Əli adlı uşaq cavabdeh X3 alınaraq iddiaçı Cavabdeh himayəsinə verilməsinə qət edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, tərəflər nikahlarını xx.xx.2009-cu ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X15 və xx.xx.2015-ci il təvəllüdlü X11 adlı uşaqları doğulmuşdur. Aralarında baş vermiş narazılıqlara görə tərəflər ayrılmışlar. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-415/2021 saylı qətnaməsi ilə Şükürani (Fərəcullayeva) Fəridə Kəmaləddin qızı və Cavabdeh ilə aralarında olan nikah qeydi pozulmuş, xx.xx.2010-cu il təvəllüdlü X15 və xx.xx.2015-ci il təvəllüdlü X11 adlı uşaqların X4 yanında qaldıqları müəyyən edilmişdir. Sonra isə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-2672/2022 nömrəli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X15 atası Cavabdeh himayəsinə verilmişdir. İddiaçı hazırda məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan doğulmuş, onun himayəsində olan Murad adlı uşağın həmçinin məhkəmə qətnaməsinə əsasən cavabdehin himayəsində olmayan Əli adlı uşağın saxlanılması üçün təyin edilmiş alimentin artırılmasını tələb etmişdir. Lakin baxış iclasında məlum oldu ki, faktiki olaraq uşaqların saxlanılması üçün aliment məhkəmə qətnaməsi ilə müəyyən edilməmiş, müvəqqəti təminat tədbiri kimi nikahın pozulması tələbinə dair iş baxılana qədər qərardadla aliment müəyyən edilmiş, işin sonrakı mərhələsində alimentin məhkəmə qətnaməsi ilə müəyyən edilməsi ilə bağlı iddiaçı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddiaçı tələbi təmin olunmamalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulmasına dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016–cı il tarixli 8–2/2016 nömrəli Qərarının 8.14–cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Qeyd olunalara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar