Məhkəmə qərarları › İş №e-2(076)-1748/2024

Şəmkir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(076)-1748/2024

17.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1748/2024 17.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X3 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı QSC BOKT–nın nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC BOKT–nın cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun alınması tələbinə dair iddiası üzrə işə qiyabi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı 19 mart 2013–cü il tarixli 171/526 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 2.322,59 manat əsas kredit borcu, 1.337,99 manat faiz borcu olmaqla, cəmi 3.660,58 manat məbləğində pulun və 56,6 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada alınması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı təşkilat tələbini belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdehlər–birgə borclular Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış 19 mart 2013–cü il tarixli 171/526 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehlərə 12 ay müddətinə, illik 15 faiz ödəmək şərtilə 3.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinə əsasən kreditin və kredit faizlərinin cavabdehlər tərəfindən qaytarılmasının müddətləri və qaydası müəyyən edilmiş, həmçinin cavabdehlər əsas borcu faizləri ilə birlikdə hər ay ödəməyi öhdəsinə götürmüşlər. Lakin cavabdehlər öhdəliklərinə əməl etməmiş, nəticədə onların 2.322,59 manat əsas kredit borcu, 1.337,99 manat isə faiz borcu qalmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən yayınmışdır. İddiaçı təşkilat hesab etmişdir ki, cavabdehlər kredit müqaviləsinin şərtlərini pozduğuna, habelə öhdəliklərinə əməl etmədiklərinə görə iddiaçı qarşısında məsuliyyət daşıyır və göstərilən məbləğdə borcu ödəməlidir. Odur ki, iddianın təmin olunaraq, 19 mart 2013–cü il tarixli 171/526 saylı kredit müqaviləsi üzrə cavabdehlərdən 2.322,59 manat əsas kredit borcu, 1.337,99 manat faiz borcu olmaqla, cəmi 3.660,58 manat məbləğində pulun və 56,6 manat dövlət rüsumunun müştərək qaydada alınıb iddiaçı təşkilata verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı QSC BOKT–nın nümayəndəsi X2 məhkəmə iclası zamanı iddianı müdafiə edərək göstərdi ki, iddiaçı ilə cavabdehlər–birgə borclular Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış 19 mart 2013–cü il tarixli 171/526 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehlərə 12 ay müddətinə, illik 15 faiz ödəmək şərtilə 3.000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdehlər müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri lazımınca icra etməyərək krediti və onun faizlərini ödəməmişlər. Bu səbəbdən məhkəmədə iddia qaldırılmışdır. Odur ki, iddianın təmin edilərək, 19 mart 2013–cü il tarixli 171/526 saylı kredit müqaviləsi üzrə cavabdehlərdən 2.322,59 manat əsas kredit borcu, 1.337,99 manat faiz borcu olmaqla, cəmi 3.660,58 manat məbləğində pulun və 56,6 manat dövlət rüsumunun müştərək qaydada alınıb iddiaçı təşkilata verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238–ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı QSC BOKT ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış 19 mart 2013–cü il tarixli 171/526 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaç təşkilat cavabdehlərə 12 ay müddətinə, illik 15 faiz ödəmək şərtilə 3.000 manat məbləğində kredit vermişdir. İşdə olan tərəflər arasında razılaşdırılmaqla təsdiq edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdehlər kredit məbləğini əsas borc və faizləri ilə birlikdə 12 ay müddətinə hər ay ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan cavabdehlərə ünvanlanmış pretenziya məktublarından görünür ki, təşkilata olan borcu cavabdehlərə xatırladılaraq onlardan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan İddiaçı QSC BOKT–na aid maliyyə arayışından görünür ki, cavabdehlərin 19 mart 2013–cü il tarixli 171/526 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023–cü il tarixə əsas kredit borcu 2.322,59 manat, faiz borcu 1.337,99 manat olmaqla, cəmi borcları 3.660,58 manat təşkil edir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçı təşkilatla cavabdehlər–birgə borclular Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış 19 mart 2013–cü il tarixli 171/526 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehlərə 12 ay müddətinə, illik 15 faiz ödəmək şərtilə 3.000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında razılaşdırılmış qrafikə uyğun olaraq cavabdehlər hər ay krediti faizləri ilə birlikdə qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş, nəticədə onların 2.322,59 manat əsas kredit borcu, 1.337,99 manat isə faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1–ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 500.1–ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 500.2–ci maddəsinə əsasən birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Həmin Məcəllənin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Ona görə də məhkəmə hesab edir ki, cavabdehlər müqavilə öhdəliyinə əməl etmədiklərinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, 19 mart 2013–cü il tarixli 171/526 nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada əsas kredit borcu üzrə 2.322,59 manat, faiz borcu üzrə 1.337,99 manat olmaqla, cəmi 3.660,58 manat məbləğində pul və 56,6 manat dövlət rüsumu alınıb iddiaçı banka verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 19 mart 2013–cü il tarixli 171/526 nömrəli kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 2.322,59 manat əsas kredit borcu, 1.337,99 manat faiz borcu olmaqla, cəmi 3.660,58 (üç min altı yüz altmış manat əlli səkkiz qəpik) manat məbləğində pul müştərək qaydada alınıb İddiaçı QSC BOKT–na verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 56,6 (əlli altı manat altmış qəpik) manat məbləğində pul müştərək qaydada alınıb İddiaçı QSC BOKT–na verilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qətnamənin onlara rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi haqqında Şəmkir Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verə bilərlər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar