Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1788/2024 14.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutulmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəmkir Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutulmanın girov predmetinə yönəldimsə” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli ***-*******LK050220-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 2845,2 (iki min səkkiz yüz qırx beş manat 20 qəpik) manat məbləğində borcu vardır. Bundan 1815,71 (bir min səkkiz yüz on beş manat 71 qəpik) manat əsas borc, 890,49 (səkkiz yüz doxsan manat 49 qəpik) manat faiz borcu, 139 (yüz otuz doqquz) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 48,45 (qırx səkkiz manat 45 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə, tutmanın kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi girov qoyulmuş ümumi çəkisi 25 qram olan 583 əyarlı 1 ədəd qolbaq, ümumi çəkisi 14,3 qram olan 583 əyarlı 1 ədəd komplekt, ümumi çəkisi 2.80 qram olan 583 əyarlı 1 ədəd saat və ümumi çəkisi 6.30 qram olan 583 əyarlı 2 ədəd sırğaya yönəldilməsi, həmin qızıl-zinət əşyalarının açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, əldə olunan məbləğin kredit borcunun ödənilməsinə kifayət etmədiyi halda, qalan borcun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialı ilə Cavabdeh arasında bağlanmış 05 fevral 2020-ci il tarixli ***- *******LK050220-01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 18 (on səkkiz) ay müddətinə illik 27 (iyirmi yeddi) faiz dərəcəsi ilə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialı ilə Cavabdeh arasında 05 fevral 2020-ci il tarixli Girov müqaviləsi də bağlanmış və həmin müqaviləyə əlavə imzalanmış 05 fevral 2020-ci il tarixli Qiymətləndirmə və təhvil-təslim aktında (1 saylı əlavə) göstərilmiş Cavabdeh məxsus ümumi çəkisi 25 qram olan 583 əyarlı 1 ədəd qolbaq, ümumi çəkisi 14,3 qram olan 583 əyarlı 1 ədəd komplekt, ümumi çəkisi 2.80 qram olan 583 əyarlı 1 ədəd saat və ümumi çəkisi 6.30 qram olan 583 əyarlı 2 ədəd sırğa banka girov qoyulmuşdur. Kredit müqaviləsinin 1.1.1 və 3.3.4-cü bəndlərinə əsasən Cavabdeh kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də Cavabdehnun xx.xx.2020-ci il tarixli ***-*******LK050220-01 nömrəli kredit müqaviləsi üzrə 21 fevral 2023-cü il tarixə banka ödənilməmiş cəmi 2845,2 (iki min səkkiz qırx beş manat 20 qəpik) manat məbləğində borcu vardır. Bundan 1815,71 (bir min səkkiz yüz on beş manat 71 qəpik) manat əsas borc, 890,49 (səkkiz yüz doxsan manat 49 qəpik) manat faiz borcu, 139 (yüz otuz doqquz) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu təşkil edir. Kredit borcunun qaytarılması tələbi ilə bank tərəfindən cavabdehlərə bir neçə dəfə şifahi və 24 fevral 2023-cü il tarixli **********559 nömrəli bildirişlə isə yazılı qaydada müraciət edilməsinə baxmayaraq cavabdehlər kredit borcunun banka qaytarılmasını təmin etməmiş və xx.xx.2020-ci il tarixdə isə banka 138 (yüz otuz səkkiz) manat məbləğində ödəniş etdikdən sonra kredit üzrə ödənişləri tam dayandırmışlar. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək, bildirdi ki, yaxın vaxtlarda banka olan borcunu tam şəkildə ödəyəcək, lakin hazırda məbləği tam ödəyə bilməyəcəyini qeyd edərək ona vaxt verilməsini xahiş edmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında görünür ki, LPO İddiaçı ASC Cavabdeh (borcalan) arasında xx.xx.2020-ci il tarixli, ***-*******LK050220-01 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank borcalana aylıq faiz dərəcəsi 27% olmaqla 18 ay müddətinə qaytarmaq şərti ilə 2000 manat kredit vermiş, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə verilmiş kreditdən istifadə etməyi və aldığı kredit məbləğini, habelə kreditdən istifadəyə görə illik faiz dərəcəsi ilə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ***-*******LK050220-01/QZ2/1 nömrəli qızıl-zinət əşyalarına dair müqavilədən görünür ki, Cavabdeh girov kimi 25 qram olan 583 əyarlı 1 ədəd qolbaq, ümumi çəkisi 14,3 qram olan 583 əyarlı 1 ədəd komplekt, ümumi çəkisi 2.80 qram olan 583 əyarlı 1 ədəd saat və ümumi çəkisi 6.30 qram olan 583 əyarlı 2 ədəd sırğa girov qoymuşdur. İş materiallarında olan LPO İddiaçı ASC Cavabdeh (borcalan) arasında xx.xx.2020-ci il tarixli, ***-*******LK050220-01 nömrəli Kredit Müqaviləsinə əsasən ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2020-ci il tarixdən, xx.xx.2021-ci il tarixədək borcundan hər ay 136,35 manat, sonuncu ay 137,43 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan **********642 nömrəli xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun xx.xx.2020-ci il tarixli, ***-*******LK050220-01 saylı kredit müqaviləsi üzrə borcu - əsas məbləğ üzrə 1815,71 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər 890,49 manat, gecikdirilmiş vaxt üçün hesablananan faiz məbləği 139,00 manat olmaqla, cəmi 2845,2 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişlərdən görünür ki, Cavabdeh borcunun olması barədə məlumat verilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə, müqavilənin şərtlərinə əsasən həmin borcun tərəfindən ödənilməsi üçün qanunamüvafiq tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.7-ci maddəsinə görə, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 279-cu maddəsinə görə, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir; 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi, həmçinin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini kimi girov müqaviləsi bağlanmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Buna görə də, məhkəmə əsas və faiz borcunun cavabdehdən tutulmasını və tutmanın girov predmeti olan əşyalara yönəldilməsini əsaslı hesab edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən kredit borc üzrə 1815,71 manat əsas, 890,49 manat faiz, 139,00 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında əsasən illik 5% əsas borca hesablanmış faiz borcu olmaqla, cəmi 2845,2 manat kredit borcu iddiaçının xeyrinə tutulmalı, tutma cavabdehə məxsus ümumi çəkisi 25 qram olan 583 əyarlı 1 ədəd qolbaq, ümumi çəkisi 14,3 qram olan 583 əyarlı 1 ədəd komplekt, ümumi çəkisi 2.80 qram olan 583 əyarlı 1 ədəd saat və ümumi çəkisi 6.30 qram olan 583 əyarlı 2 ədəd sırğadan ibarət qızıl-zinət əşyalarına yönəldilməli, həmin əşyalar açıq hərracda satılaraq, tələb təmin edilməlidir. Məhkəmə iddia tələbinin girov qoyulmuş qızıl əşyalarının satışından əldə olunan vəsait borcun ödənilməsinə tam kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlərdən tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, tələbin həmin hissəsi məhkəmə qaydasında deyil, məhkəmə qərarlarının icrası qaydasında həyata keçirilməli olan məsələ olduğundan iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli ***- *******LK050220-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 2845,2 (iki min səkkiz yüz qırx beş manat 20 qəpik) manat məbləğində borcu vardır. Bundan 1815,71 (bir min səkkiz yüz on beş manat 71 qəpik) manat əsas borc, 890,49 (səkkiz yüz doxsan manat 49 qəpik) manat faiz borcu, 139 (yüz otuz doqquz) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 48,45 (qırx səkkiz manat 45 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Tutma girov predmeti olan Cavabdeh məxsus ümumi çəkisi 25 qram olan 583 əyarlı 1 ədəd qolbaq, ümumi çəkisi 14,3 qram olan 583 əyarlı 1 ədəd komplekt, ümumi çəkisi 2.80 qram olan 583 əyarlı 1 ədəd saat və ümumi çəkisi 6.30 qram olan 583 əyarlı 2 ədəd sırğadan ibarət qızıl-zinət əşyalarına yönəldilsin. Həmin qızıl-zinət əşyaları açıq hərracdan satılaraq satışdan əldə edilən vəsait hesabına borc ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №e-2(076)-1788/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1788/2024
14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver