Məhkəmə qərarları › İş №e-2(076)-1834/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №e-2(076)-1834/2025

03.04.2025 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № e-2(076)-1834/2025 03.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Mən Şəmkir Rayon Məhkəməsinin hakimi X2, iddiaçılar İddiaçı2, İddiaçı4 Səttar qızının, İddiaçı3 və İddiaçı1 cavabdehlər Cavabdeh2, X1 və Cavabdeh3 qarşı ölçmə işlərinə yaradılan maneənin aradan qaldırılması və miras əmlaka qanun üzrə vərəsəliyin müəyyən olunması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı2, İddiaçı4 Səttar qızı, İddiaçı3 və İddiaçı1 cavabdehlər Cavabdeh2, X1 və Cavabdeh3 qarşı ölçmə işlərinə yaradılan maneənin aradan qaldırılması və miras əmlaka qanun üzrə vərəsəliyin müəyyən olunması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışlar. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçılar miras qalmış fərdi yaşayış evində və evin yerləşdiyi həyətyanı torpaq sahəsində ölçmə işlərinin aparılmasında DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarına cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılmasını, həmçinin, miras əmlaklardan payın müəyyən olunmasını məhkəmədən xahiş etmişdir. Göründüyü kimi iddiaçılar bir-biri ilə əlaqəsi olmayan bir neçə işi bir icraatda birləşdirmişdir. Belə ki, iddiaçıların tələblərinin baxılma qaydası, məqsədi fərqlidir və həmin işlərin bir icraatda birləşdirilməsi prosessual baxımdan qanuna müvafiq deyildir. Azərbaycan Respublikası MPM-in 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılır. Hesab edirəm ki, hazırki iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmədən məhkəməyə verildiyindən iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə hesab edirəm ki, iddia ərizəsi məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəalarına riayət edilməmiş və yuxarıda göstərilən nöqsanla məhkəməyə təqdim edilmişdir. Odur ki, MPM-in qeyd edilən tələblərinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçılar İddiaçı2, İddiaçı4 Səttar qızının, İddiaçı3 və İddiaçı1 cavabdehlər Cavabdeh2, X1 və Cavabdeh3 qarşı ölçmə işlərinə yaradılan maneənin aradan qaldırılması və miras əmlaka qanun üzrə vərəsəliyin müəyyən olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. İddiaçılara izah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar