Məhkəmə qərarları › İş №e-2(076)-1936/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1936/2024

16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1936/2024 16.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, İddiaçı X1 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X1 Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada **********0580 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1826.26 AZN əsas, faiz borcu üzrə 1.51 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 1827.77 (bir min səkkiz yüz iyirmi yeddi manat yetmiş yeddi qəpik) AZN və **********0590 saylı kredit müqaviləsi üzrə borcun məbləği 3917.80 AZN əsas, faiz borcu üzrə 2.45 AZN,cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 3920.25 (üç min doqquz yüz iyirmi manat iyirmi beş qəpik) AZN və ödənilmiş 77.49 manat məbləğində dövlət rüsumunun İddiaçı MMM QBKTnin xeyrinə tutulmasına dair qətnamə çıxardılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0580 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 3008.01 AZN (üç min səkkiz manat bir qəpik) manat, həmçinin eyni tarixli, **********0590 saylı GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsi ilə bu Müqavilə imzalanan tarixə 4901.35 AZN (dörd min doqquz yüz bir manat, otuz beş qəpik); qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********0580 saylı kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 2.51 AZN, dörd il müddətində isə hər ay 63.97 AZN olmaqla və **********0590 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 4.08 AZN, dörd il müddətində isə hər ay 104.24 AZN bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0580 – ******* saylı və **********0590 – ******* saylı Zaminlik müqavilələri ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqavilələrinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit müqaviləsinin 1.8-ci bəndinə əsasən, kredit alan müqaviləni imzalamaqla Kredit verənə vaxtı keçmiş əsas kredit borcu üzrə bu Müqaviləni imzalanan tarixə bu Müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə borcunun olduğunu mübahisəsiz qaydada qəbul etdiyini və hazırki Müqavilə ilə ona ayrılan kredit məbləğinin birbaşa həmin borcun bağlanmasına yönəldilməsinə razılığını təsdiq edir. Kredit müqaviləsinin 1.9-cu bəndinə əsasən, Kredit Verən bu müqaviləni imzalamaqla Kredit Alanın vaxtı keçmiş əsas kredit borcu üzrə bu Müqavilə imzalanan tarixə faiz və cərimə üzrə borclarını əvəzsiz olaraq sildiyini və Borc Alanın bu Müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə əsas kredit borcunun olduğunu təsdiq edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərə0indən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh1 oğlunun **********0580 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1826.26 AZN əsas, faiz borcu üzrə 1.51 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 1827.77 (bir min səkkiz yüz iyirmi yeddi manat yetmiş yeddi qəpik) AZN təşkil edir. Həmçinin, **********0590 saylı kredit müqaviləsi üzrə borcun məbləği 3917.80 AZN əsas, faiz borcu üzrə 2.45 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 3920.25 (üç min doqquz yüz iyirmi manat iyirmi beş qəpik) AZN təşkil edir. Kredit Müqaviləsinin 6.2-ci bəndində qeyd edilmişdir ki, Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. İddiaçı X1 Bank Kredit Təşkilatının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********0580 nömrəli kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, İddiaçı MM QBKT ilə Cavabdeh1 arasında illik faiz dərəcəsi 1.00% olmaqla 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə 3008.01 manat məbləğində kredit verilməsinə dair müqavilə bağlanmışdır. İş materiallarında olan zaminlik müqaviləsindən görünür ki, İddiaçı MM QBKT (Bank) ilə Cavabdeh2 (zamin) arasında xx.xx.2019-cu il tarixli, **********0***-******* nömrəli zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin, İddiaçı MM QBKT ilə Cavabdeh1 (borcalan) arasında bağlanan xx.xx.2019-cu il tarixli, **********0580 nömrəli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********0590 nömrəli kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, İddiaçı MM QBKT Cavabdeh1 ilə arasında illik faiz dərəcəsi 1.00% olmaqla 5 il müddətinə 4901.35 manat məbləğində kredit verilməsinə dair müqavilə bağlanmışdır. İş materiallarında olan zaminlik müqaviləsindən görünür ki, İddiaçı MM QBKT (Bank) ilə Cavabdeh2 (zamin) arasında xx.xx.2019-cu il tarixli, **********0***-******* nömrəli zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin, İddiaçı MM QBKT ilə Cavabdeh1 (borcalan) arasında bağlanan xx.xx.2019-cu il tarixli, **********0590 nömrəli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 **********0590 nömrəli kredit müqaviləsi üzrə İddiaçı MM QBKT-ə olan əsas borcu 3917.80 manat, faiz üzrə 2.45 manat, cəmi 3920.25 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 **********0580 nömrəli kredit müqaviləsi üzrə İddiaçı MM QBKT-ə olan əsas borcu 1826.26 manat, faiz üzrə 1.51 manat, cəmi 1827.77 manat təşkil edir. Məhkəmə Elektron İnformasiya Sistemindən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci ildə ölmüşdür. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-1936/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, hazırki iş üzrə Cavabdeh2 xx.xx.2021-ci ildə öldüyündən mülki iş üzrə icraata ona aid hissədə xitam verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MM QBKT və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0580 nömrəli kredit (restrukturizasiya) müqaviləsinə əsasən Cavabdeh1 illik faiz dərəcəsi 1.00% olmaqla 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə 3008.01 manat məbləğində və İddiaçı MM QBKT və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0590 nömrəli kredit (restrukturizasiya) müqaviləsi əsasən Cavabdeh1 illik faiz dərəcəsi 1.00% olmaqla 5 il müddətinə 4901.35 manat məbləğində kredit verilmişdir. Kredit müqavilələrinin icrasının təminatı kimi Cavabdeh2 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqavilələrinin şərtlərinə əsasən Cavabdeh1 krediti hər ay qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmişdir, Cavabdeh2 xx.xx.2021–ci il tarixdə ölmüşdür. Cavabdeh2 xx.xx.2021-ci ildə öldüyündən Şəmkir Rayon Məhkəməsinin qərardadı ilə mülki iş üzrə icraata ona aid hissədə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, kredit məbləğlərini cavabdehə vermiş, lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Bu hal cavabdehin əmlak vəziyyətinin pisləşməsinə və borcun qaytarılmasının təhlükə altında olmasına dəlalət edir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə şərtlərinə əsaslanaraq cavabdehə verdiyi krediti və kreditə hesablanmış faizlərin ödənilməmiş hissəsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 77.49 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 439,406-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1 **********0580 saylı kredit müqaviləsi üzrə yaranmış 1826.26 manat əsas, faiz borcu üzrə 1.51 manat olmaqla cəmi 1827.77 (bir min səkkiz yüz iyirmi yeddi manat yetmiş yeddi qəpik) manat və **********0590 saylı kredit müqaviləsi üzrə yaranmış 3917.80 manat əsas, faiz borcu üzrə 2.45 manat olmaqla cəmi 3920.25 (üç min doqquz yüz iyirmi manat iyirmi beş qəpik) manat, ümumilikdə 5748.02 manat (beş min yeddi yüz qırx səkkiz manat iki qəpik) manat və ödənilmiş 77.49 (yetmiş yeddi manat qırx doqquz qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı X1 Bank Kredit Təşkilatına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi İş № 2(076)-1936/2024 Azərbaycan Respublikası Şəmkir Rayon Məhkəməsi QƏRARDAD 16 iyul 2024-cü il Şəmkir rayonu Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, İddiaçı X1 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X1 Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada **********0580 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1826.26 AZN əsas, faiz borcu üzrə 1.51 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 1827.77 (bir min səkkiz yüz iyirmi yeddi manat yetmiş yeddi qəpik) AZN və **********0590 saylı kredit müqaviləsi üzrə borcun məbləği 3917.80 AZN əsas, faiz borcu üzrə 2.45 AZN,cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 3920.25 (üç min doqquz yüz iyirmi manat iyirmi beş qəpik) AZN və ödənilmiş 77.49 manat məbləğində dövlət rüsumunun İddiaçı MMM QBKTnin xeyrinə tutulmasına dair qətnamə çıxardılmasını xahiş etmişdir. İddiaçı X1 Bank Kredit Təşkilatının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata Cavabdeh2 aid hissədə xitam verilməlidir. Belə ki, Məhkəmə Elektron İnformasiya Sistemindən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci ildə ölmüşdür. İş materiallarından isə görünür ki, İddiaçı X1 Bank Kredit Təşkilatı hazırki iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, Cavabdeh2 İddiaçı X1 Bank Kredit Təşkilatı məhkəməyə müraciət etməmişdən əvvəl, yəni xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Qeyd olunan Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Sadalanan xüsusata əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman Cavabdeh2 ölmüş olduğundan, bununla da o iş üzrə cavabdeh hesab edilmədiyindən, iddia tələbinə ona aid hissədə məhkəmə qaydasında baxılmalı deyildir. Buna görə də, iş üzrə icraata Cavabdeh2 aid hissədə xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 261-262, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı X1 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair mülki iş üzrə Cavabdeh2 aid hissədə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar