Məhkəmə qərarları › İş №e-2(076)-1938/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1938/2024

24.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1938/2024 24.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh 1603.46 ABŞ dolları (bu günki günə məzənnə ilə 2726 manat) və ödənilmiş 20 manat dövlət rüsumu, eyni zamanda iddianı məhkəməyə vermək üçün ödədiyi 47.60 manat dövlət rüsumunun alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o kredit müqaviləsi üzrə cavabdehə zamin durmuşdur. Cavabdeh "xxxx" ASC-dən götürmüş olduğu kredit borcunu ödəmədiyi üçün, o ödənişləri ödəmiş və icra sənədinin xitam olunması barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən sənəd ona təqdim edilmişdir. Cavabdeh borcu ödəmədiyi vaxt bir neçə dəfə ona borcu ödəməsini bildirsə də o borcu ödəməkdən yayınmış və məcbur qalaraq borc məbləğini tam şəkildə ödəmişdir. Cavabdehin ümumi olaraq ona borcu 1603.46 ABŞ dolları (bugünki günə məzənnə ilə 2726 manat) və 20 manat ödənilən dövlət rüsumu olmuşdur. Həmin borc məbləği Gəncə şəhəri 3 saylı notariat kontorunun xx.xx.2020-ci il tarixli 1925 nömrəli icra qeydinə əsasən tutulmalı idi. Gəncə şəhəri üzrə İcra İdarəsinin 18 mart 2024-cü il tarixli arayışından görünür ki, o banka olan borcu tam şəkildə ödəmiş və qəbzi də Gəncə şəhəri üzrə İcra İdarəsinə təqdim etmişdir. Banka olan sonuncu ödəniş onun tərəfindən 15 noyabr 2023-cü il tarixdə 901.30 ABŞ dolları məbləğində olunmuşdur. Həmin məbləği də borc alaraq ödəmişdir. Hazırda cavabdeh onun pulunu ödəmədiyindən və onu çox pis vəziyyətdə qoyduğundan məcbur qalaraq o məhkəməyə müraciət etmişdir. Maddi vəziyyəti çox aşağıdır. Hesab edir ki, iddia tələbi tam təmin edilməli və icra sənədi üzrə ödədiyi 1603.46 ABŞ dolları (bugünki günə məzənnə ilə 2726 manat) və ödənilmiş 20 manat dövlət rüsumu, eyni zamanda iddianı məhkəməyə vermək üçün ödədiyi 47.60 manat dövlət rüsumu cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, 1603.46 ABŞ dolları (bugünki günə məzənnə ilə 2726 manat) və ödədiyi 67.60 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə onların məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx"-nun xx.xx.2014-cü il tarixli ME/74085/42/17 saylı kredit sazişindən görünür ki, Cavabdeh 15 aya, illik 32 faizə (faktiki illik faiz dərəcəsi 40.5 faiz) və İddiaçı zamin duraraq 2000 min ABŞ dolları götürmüşdür. İş materialında olan 8İ-1925 nömrəli xx.xx.2020-ci il tarixli icra qeydindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu, X2, ev 42 ünvanında yerləşən "xxxx" ASC xeyrinə Gəncə, Kəpəz Tereşkova küç 43 16 ünvanında qeydiyyatda olan İddiaçı ME/74085/42/17 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1603 ABŞ Dolları 46 SENT (min altı yüz üç ABŞ dolları qırx altı SENT) tutulsun. İş materialında olan xx.xx.2024-cü il tarixli İ.Z-e115645/2020 nömrəli Gəncə şəhəri İcra İdarəsinin arayışında qeyd edilir ki, İddiaçı Bank of Baku ASC-yə borcunun tam şəkildə ödəməsi barədə qəbzini Gəncə şəhəri üzrə İcra İdarəsinə təqdim etmişdir. İş mterialında olan xx.xx.2023-cü il tarixli 2001 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı Cavabdeh 901.30 ABŞ dollarını "xxxx" ASC-nin “Yeni Gəncə” filialına ödəniş etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, 2014-cü ildə Cavabdeh "xxxx" ASC-dən İddiaçı zamiliyi ilə 2000 ABŞ dollar kredit götürmüşdür. Cavabdeh kredit ödənişlərini ödəmədiyi üçün iddiaçı banka olan borcun 1603.46 ABŞ dolları və 20 manat dövlət rüsumunu ödəmişdir. Ona görə də İddiaçı hazırda 1603.46 ABŞ dolları və 20 manat dövlət rüsumunun Cavabdeh tərəfindən ona ödənilməsini tələb edir. Göründüyü kimi İddiaçı zaminlik öhdəliyini icra etmiş və onun əsas borclu qarşısında tələb hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinin tələbinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, verilmiş iddia təmin edilməli, 1603.46 ABŞ dolları və 20 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 47.60 manat dövlət rüsumundan ibarətdir. İddia tam təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1603.46 (bir min altı yüz üç ABŞ dolları qırx altı sent) ABŞ dolları (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla), ödənilmiş 20 (iyirmi) manat və 47.60 (qırx yeddi manat altmış qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar