Məhkəmə qərarları › İş №e-2(076)-1940/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1940/2025

15.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1940/2025 15.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Eminbəyli Firuzə Ramiz qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə Cavabdehin nümayəndəsi X2 Cavabdeh2 iştirakları ilə İddiaçı "xxxx" Bank ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2022-ci il tarixli DKM/022N05A01396622 №-li Kredit müqaviləsi üzrə borc məbləğinin birgə qaydada borc alandan və zamindən tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Bank ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2022-ci il tarixli DKM/022N05A01396622 №-li Kredit müqaviləsi üzrə borc məbləğinin birgə qaydada borc alandan və zamindən tutulması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, xx.xx.2022-ci il tarixli DKM/022N05A01396622 №-li Kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ASC "xxxx" Bankı qarşısında 6310,60 (altı min üç yüz on manat 60 qəpik) manat məbləğində vaxtı keçmiş əsas borcu, xx.xx.2025-ci il tarixə qədər kreditdən istifadəyə görə hesablanmış 539,61 (beş yüz otuz doqquz manat 61 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 306,32 (üç yüz altı manat 32 qəpik) manat məbləğində penya, cəmi 7156,53 (yeddi min bir yüz əlli altı manat 53 qəpik) manat və xx.xx.2025-ci il tarixindən (iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən) qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 16 % (on altı faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya birgə qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 91,57 (doxsan bir manat 57 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı bank tələbini onunla əsaslandırmışdır ki, iddiaçı (kreditor) ASC "xxxx" Bankı (bundan sonra bəzi hallarda “Bank” və ya “İddiaçı” adlandırılacaq) ilə Cavabdeh1 (Borc alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM/022N05A01396622 №-li Kredit müqaviləsinə müvafiq olaraq Bank tərəfindən Borc alana 36 (otuz altı) ay müddətinə, illik 16 % (on altı faiz) ödənilməsi şərtilə, 10000 (on min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə İddiaçı ilə digər Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli DKM/022N05A01396622/ZM №-li Zaminlik müqaviləsi (bundan sonra birlikdə “Zaminlik müqaviləsi” adlandırılacaq) bağlanmışdır. Həmin müqaviləyə əsasən Zamin Borc alanın Kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyi götürmüşdür. Kredit müqaviləsinin 2.4-cü bəndinə və onun 1 saylı Əlavəsi olan Annuitet Ödəniş cədvəlinə əsasən Cavabdeh1 hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh1 bu öhdəliklərini kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, xx.xx.2025-ci il tarixinə Cavabdeh1 Bank qarşısında gecikdirilmiş borcu 6850,21 (altı min səkkiz yüz əlli manat 21 qəpik) manat təşkil edir ki, bunun da 6310,60 (altı min üç yüz on manat 60 qəpik) manatı vaxtı keçmiş əsas borcdan, 539,61 (beş yüz otuz doqquz manat 61 qəpik) manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə, Cavabdeh1 kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15% (on beş faiz) dərəcəsi penya da ödəməlidir ki, xx.xx.2025-ci il tarixinə bu məbləğ 306,32 (üç yüz altı manat 32 qəpik) manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh1 tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq İddiaçının Kredit müqaviləsinin 3.1.3-cü yarım bəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə Cavabdehlərin üzərlərinə götürdükləri öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə İddiaçı tərəfindən Cavabdehlər ilə bir neçə dəfə əlaqə saxlanılmasına və onlardan borcun ödənilməsinin tələb edilməsinə dair xəbərdarlıqların göndərilməsinə baxmayaraq, Cavabdehlər tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki:“Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borcverən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. İddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin həcminin azaldılması haqqında ərizədən görünür ki, xx.xx.2022-ci il tarixli DKM/022N05A01396622№-li Kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ASC "xxxx" Bankı qarşısında 6110,60 (altı min bir yüz on manat 60 qəpik) manat məbləğində vaxtı keçmiş əsas borcu, xx.xx.2025-ci il tarixə qədər kreditdən istifadəyə görə hesablanmış 242,53 (iki yüz qırx iki manat 53 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 16 % (on altı faiz) dərəcəsi ilə hesablanmış zərərin (əldən çıxmış faydanın) əvəzi, xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 218,18 (iki yüz on səkkiz manat 18 qəpik) manat məbləğində penya, cəmi 6864,62 (altı min səkkiz yüz altmış dörd manat 62 qəpik) manat məbləği birgə qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ərizədə qeyd edilən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 16 % (on altı faiz) dərəcəsi ilə hesablanmış zərərin əvəzinin “293,31 (iki yüz doxsan üç manat 31 qəpik) manat” təşkil etdiyini nəzərə alınmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qəbul edərək izahatında göstərdi ki, o Cavabdeh1 anasıdır. Onun oğlu bankdan kredit götürmüş, lakin maddi imkanı olmadığı üçün ödənişləri edəbilməmişdir. Borcun ödənilməsini öhdəliklərinə götürürlər. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul edərək izahatında göstərdi ki, bankdan krediti Cavabdeh1 götürmüş, o isə ona zamin durmuşdur. Cavabdeh1 anası banka olan borcu özü ödəyəcəyini bildirmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM/022N05A01396622 №-li kredit müqaviləsindən görünür ki, borclu Cavabdeh1 36 (otuz altı) ay müddətinə, illik 16 % (on altı faiz) ödənilməsişərtilə, 10000 (on min) manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli DKM/022N05A01396622/ZM №-li Zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 xx.xx.2022-ci il tarixli DKM/022N05A01396622 №-li kredit müqaviləsinin icrasının təmin edilməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli DKM/022N05A01396622 №-li kredit müqaviləsi üzrə xx.xx.2025–ci il tarixinə 6310,60 (altı min üç yüz on manat 60 qəpik) manat məbləğində vaxtı keçmiş əsas borcu, xx.xx.2025-ci il tarixə qədər kreditdən istifadəyə görə hesablanmış 539,61 (beş yüz otuz doqquz manat 61 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 306,32 (üç yüz altı manat 32 qəpik) manat məbləğində penya, cəmi 7156,53 (yeddi min bir yüz əlli altı manat 53 qəpik) manat məbləğində borcu vardır. İşdə olan cavabdehə ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehin banka olan borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli, 3092/2025 saylı Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli DKM/022N05A01396622 №-li saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 7432.79 manat əsas, 389.12 manat faiz borcu olduğu müəyyən edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2001-ci il tarixdə doğulmuşdur. X1r, X3r. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM/022N05A01396622 №-li kredit müqaviləsinə əsasən borclu Cavabdeh1 36 (otuz altı) ay müddətinə, illik 16 % (on altı faiz) ödənilməsi şərtilə, 10000 (on min) manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli DKM/022N05A01396622/ZM №-li Zaminlik müqaviləsinə əsasən kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 xx.xx.2022-ci il tarixli DKM/022N05A01396622 №-li saylı kredit müqaviləsinin icrasının təmin edilməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüşdür. Cavabdeh1 xx.xx.2025–ci il tarixə banka 6310,60 (altı min üç yüz on manat 60 qəpik) manat məbləğində vaxtı keçmiş əsas borcu, xx.xx.2025-ci il tarixə qədər kreditdən istifadəyə görə hesablanmış 539,61 (beş yüz otuz doqquz manat 61 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 306,32 (üç yüz altı manat 32 qəpik) manat məbləğində penya, cəmi 7156,53 (yeddi min bir yüz əlli altı manat 53 qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası MM–nin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1–ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən bu məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Borcalan borc müqaviləsi predmeti ona verilənədək borcun alınmasından tam və ya qismən birtərəfli qaydada imtina edə bilər. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh2 da zamin olaraq iddiaçı cəmiyyət qarşısında cavabdehlik daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını, gecikdirilmiş borcun məbləğini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, tələb edilmiş dəbbə pulu məbləği tənasübsüz dərəcədə yüksək olduğundan azaldılmalı və xx.xx.2022-ci il tarixli DKM/022N05A01396622 №-li kredit müqaviləsi üzrə 20 manat müəyyən edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli DKM/022N05A01396622 №-li saylı kredit müqaviləsi üzrə 6110,60 (altı min bir yüz on manat 60 qəpik) manat məbləğində vaxtı keçmiş əsas borcu, xx.xx.2025-ci il tarixə qədər kreditdən istifadəyə görə hesablanmış 242,53 (iki yüz qırx iki manat 53 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 16 % (on altı faiz) dərəcəsi ilə hesablanmış zərərin əvəzinin 293,31 (iki yüz doxsan üç manat 31 qəpik) manat, xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 20 (iyirmi) manat məbləğində penya, cəmi 6666,44 (altı min altı yüz qırx dörd) manat məbləğində pul alınıb iddiaçı "xxxx" Bank ASC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 91.57-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 91,57 manat dövlət rüsumundan 88.44 (səksən səkkiz manat qırx dörd qəpik) manat hissəsi cavabdeh X6 tutularaq iddiaçı "xxxx" Bank ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli DKM/022N05A01396622 №-li saylı kredit müqaviləsi üzrə 6110,60 (altı min bir yüz on manat 60 qəpik) manat məbləğində vaxtı keçmiş əsas borcu, xx.xx.2025-ci il tarixə qədər kreditdən istifadəyə görə hesablanmış 242,53 (iki yüz qırx iki manat 53 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 16 % (on altı faiz) dərəcəsi ilə hesablanmış zərərin əvəzinin 293,31 (iki yüz doxsan üç manat 31 qəpik) manat, xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 20 (iyirmi) manat məbləğində penya, cəmi 6666,44 (altı min altı yüz qırx dörd) manat məbləğində pul alınıb "xxxx" Bank ASC-yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 88.44 (səksən səkkiz manat qırx dörd qəpik) manat pul alınıb iddiaçı "xxxx" Bank ASC-yə verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar