Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1993/2025 01.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi İsmayılova Sənubər Nəcəf qızının katibliyi İddiaçının nümayəndəsi X1 Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh 25 sentyabr 2020-ci il tariхli, 800804-930162/1 nömrəli krеdit müqaviləsi üzrə 2,529.96 manat məbləğində əsas bоrc və 10.45 manat faiz borcu оlmaqla, ümumilikdə 2,540.41 manat borcun və 45.40 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bank tələbini belə əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Sarıyeva Rəna Ənvər qızı arasında bağlanmış 25 sentyabr 2020-ci il tariхli, 800804-930162/1 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 25% dərəcəsi ilə 2,810.00 manat məbləğində krеdit vеrilmişdir. Borcalan xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Bu səbəbdən kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafiki pozulmuşdur. Vəfat etdiyi tarixədək ödənişlər vaxtı-vaxtında aparılıb, vəfat etdiyi tarixə kredit müqaviləsi üzrə 2,529.96 manat məbləğində əsas bоrc və 10.45 manat faiz borcu оlmaqla, ümumilikdə 2,540.41 manat məbləğində kredit bоrcu yaranmışdır. Vəfat etdiyi tarixdən cari günədək faiz borcu dayandırılıb və hesablanmır. AR Konstitusiya Məhkəməsi Plenumunun Qərarında deyildiyi kimi borclunun ölümündən sonra faizlərin hesablanmasının davam etməsi və ya dayandırılması, yəni güzəştlərin tətbiqi məsələsi bankdaxili qaydalara uyğun olaraq müəyyənləşdirilə bilər. Lakin o da nəzərə alınmalıdır ki, mülki hüququn mühüm prinsiplərindən biri də vicdanlılıq prinsipidir. Şəmkir rayonu 1 saylı notariat ofisi tərəfindən təqdim olunmuş arayışdan göründüyü kimi mərhum xx.xx.2021-ci il tarixdə vəfat etmiş Sarıyeva Rəna Ənvər qızından qalmış miras əmlaka dair Şəmkir rayonu, Q.İsmayılov kəndində yaşayan Cavabdeh ərizəsi əsasında xx.xx.2021-ci il tarixdə, 8V-62 saylı reyestrdə qeydə alınmış vərəsəlik işi açılmışdır. AR Konstitusiya Məhkəməsi Plenumunun Qərarında deyildiyi kimi, Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Belə ki, Cavabdeh bank tərəfindən kredit borcunun ödənilməsinə dair xəbərdar olunmuşdur. Kredit borcunun ödənilməsinə dair xx.xx.2024-cü il tarixli xəbərdarlıq ünvanlanmış və xx.xx.2024-cü il tarixində Qasımov Nemət tərəfindən qəbul olunmasına baxmayaraq kredit borcu ödənməmişdir və nəticədə gecikdirilmiş kredit borcu yaranmışdır. Bеləliklə, krеdit müqaviləsi üzrə öhdəliklər yеrinə yеtirilmədiyinə görə yaranmış borc cavabdеhlərdən tutulmalıdır. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, mərhum Sarıyeva Rəna Ənvər qızı onun arvadı olmuşdur. Həqiqətən, iddiaçı ilə arvadı arasında 25 sentyabr 2020-ci il tariхli, 800804-930162/1 nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə, illik 25% dərəcəsi ilə 2,810.00 manat məbləğində kredit verilmişdir. O mirasın açılması üçün müraciət etmiş, lakin torpaq sahəsindən başqa heç bir mülk miras olaraq qalmamışdır. Hazırki vəziyyətdə maddi imkanı olmadığı üçün kredit borcunu ödəyə bilmir. Odur ki məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Sarıyeva Rəna Ənvər qızı arasında bağlanmış 25 sentyabr 2020-ci il tariхli, 800804-930162/1 nömrəli kredit müqaviləsindən görünür ki, bank Sarıyeva Rəna Ənvər qızına 24 ay müddətinə, illik 25% dərəcəsi ilə 2,810.00 manat məbləğində krеdit vеrilmişdir. İşdə olan ödəmə qrafikindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Sarıyeva Rəna Ənvər qızı kredit məbləğinin xx.xx.2020–xx.xx.2022–ci il ərzində hər ay 149.97 manat olmaqla ödənilməsi barədə razılıq əldə olunmuş və Sarıyeva Rəna Ənvər qızı həmin məbləğdə pulu hər ay ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı ASC–yə aid maliyyə arayışından görünür ki, xx.xx.2025–ci il tarixə Sarıyeva Rəna Ənvər qızının banka 2,529.96 manat məbləğində əsas bоrc və 10.45 manat faiz borcu оlmaqla, ümumilikdə 2,540.41 manat məbləğində borcu yaranmışdır. İşdə olan cavabdehə ünvanlanmış bildiriş məktubundan görünür ki, cavabdehin banka olan borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, borclu Sarıyeva Rəna Ənvər qızı xx.xx.2021-ci il tarixdə ölmüşdür. İşdə olan Şəmkir rayonu 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, mərhum xx.xx.2021-ci il tarixdə vəfat etmiş Sarıyeva Rəna Ənvər qızından qalmış miras əmlaka dair Şəmkir rayonu, Q.İsmayılov kəndində yaşayan Cavabdeh (Ş/V AZE********, xx.xx.2012, Şəmkir RPŞ, d/t xx.xx.1959) ərizəsi əsasında xx.xx.2021-cı il tarixdə, 8V-62 saylı reyestrdə qeydə alınmış vərəsəlik işi açılmış, vərəsəlik şəhadətnaməsinin verilməsinə dair har-hansı notariat hərəkəti həyata keçirilməmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Sarıyeva Rəna Ənvər qızı arasında xx.xx.1986-cı il tarixdə nikah bağlanmışdır. İşdə olan Cavabdeh tərəfindən Şəmkir rayonu 1 saylı notariat ofisində vermiş ərizənin surətindən görünür ki, arvadı Sarıyeva Rəna Ənvər qızı xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Yazdığı bu ərizə ilə Azərbaycan Respuplikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsində nəzərdə tutulan qaydada onun ölümündən sonra nədə ifadə edilməsindən və harada yerləşməsindən asılı olmayaraq qalan miras əmlakı qəbul etdiyini bildirmişdir. Beləliklə, məhkəmə iclası zamanı tədqiq edilmiş subutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə borcalan Sarıyeva Rəna Ənvər qızı arasında bağlanmış 25 sentyabr 2020-ci il tariхli, 800804-930162/1 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 25% dərəcəsi ilə 2,810.00 manat məbləğində krеdit vеrilmişdir. Borcalan xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Bu səbəbdən kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafiki pozulmuşdur. Vəfat etdiyi tarixədək ödənişlər vaxtı-vaxtında aparılıb, vəfat etdiyi tarixə kredit müqaviləsi üzrə 2,529.96 manat məbləğində əsas bоrc və 10.45 manat faiz borcu оlmaqla, ümumilikdə 2,540.41 manat məbləğində kredit bоrcu yaranmışdır. Vəfat etdiyi tarixdən cari günədək faiz borcu dayandırılıb və hesablanmır. AR Konstitusiya Məhkəməsi Plenumunun Qərarında deyildiyi kimi borclunun ölümündən sonra faizlərin hesablanmasının davam etməsi və ya dayandırılması, yəni güzəştlərin tətbiqi məsələsi bankdaxili qaydalara uyğun olaraq müəyyənləşdirilə bilər. Lakin o da nəzərə alınmalıdır ki, mülki hüququn mühüm prinsiplərindən biri də vicdanlılıq prinsipidir. Şəmkir rayonu 1 saylı notariat ofisi tərəfindən təqdim olunmuş arayışdan göründüyü kimi mərhum xx.xx.2021-ci il tarixdə vəfat etmiş Sarıyeva Rəna Ənvər qızından qalmış miras əmlaka dair Şəmkir rayonu, Q.İsmayılov kəndində yaşayan Cavabdeh ərizəsi əsasında xx.xx.2021-ci il tarixdə, 8V-62 saylı reyestrdə qeydə alınmış vərəsəlik işi açılmışdır. AR Konstitusiya Məhkəməsi Plenumunun Qərarında deyildiyi kimi, Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Belə ki, Cavabdeh bank tərəfindən kredit borcunun ödənilməsinə dair xəbərdar olunmuşdur. Kredit borcunun ödənilməsinə dair xx.xx.2024-cü il tarixli xəbərdarlıq ünvanlanmış və xx.xx.2024-cü il tarixində Qasımov Nemət tərəfindən qəbul olunmasına baxmayaraq kredit borcu ödənməmişdir və nəticədə gecikdirilmiş kredit borcu yaranmışdır. Azərbaycan Respublikası MM–nin 385.1-ci maddəsinə qeyd edilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM–nin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, bir tərəf (borcverən) pul vəsaitini və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740.1–ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qaydada nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1–ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, iddiaçı mərhum Sarıyeva Rəna Ənvər qızının kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi – Cavabdeh tələb etməkdə haqlıdır. Odur ki, ümumilikdə 2,529.96 manat məbləğində əsas bоrc və 10.45 manat faiz borcu оlmaqla, ümumilikdə 2,540.41 manat məbləğində pul vəsaiti və 45.40 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 25 sentyabr 2020-ci il tariхli, 800804-930162/1 nömrəli nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 2,529.96 manat məbləğində əsas bоrc və 10.45 manat faiz borcu оlmaqla, ümumilikdə 2,540.41 (iki min beş yüz qırx manat qırx bir qəpik) manat məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 45.40 (qırx beş manat qırx qəpik) manat məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №e-2(076)-1993/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1993/2025
01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver