Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2083/2025 19.06.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Hüseynova Fəridə Eldar qızının katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “Borcun tutulması tələbi”nə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq cavabdehdən 3391.4 manat əsas, 556.26 manat məbləğində faiz bоrcu və 209.58 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 4157.24 (dörd min bir yüz əlli yeddi manat iyirmi dörd qəpik) manat məbləğində pulun və ödənilmiş 61.58 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bank tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə Əhmədov Rəsul Şaban oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli 034L**********35 saylı uzun müddətli kredit və təminat müqaviləsinə əsasən Əhmədov Rəsul Şaban oğluna 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Uzun müddətli kredit və təminat müqaviləsi əsasında Əhmədov Rəsul Şaban oğlunun İddiaçı QSC ilə xx.xx.2024-cü il tarixli 034R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 15 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3600 (üç min altı yüz) manat məbləğində məbləğində kredit götürmüşdür. Əhmədov Rəsul Şaban oğlu götürdüyü krеdit bоrcundan 208.6 manat ödəmiş, onun 3391.4 manat məbləğində kredit borcu qalmışdır. Uzun müddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Əhmədov Rəsul Şaban oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 309 gün üçün hesablanmış faiz borcu 556.26 manat təşkil edir. Uzun müddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 309 gün üçün hеsablanmış cərimə 209.58 manat təşkil edir. İş materiallarına əlavə edilmiş AR DİN-in BPQMİ-nin Maps şöbəsi tərəfindən alınmış arayışdan borclu Əhmədov Rəsul Şaban oğlunun vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Vəkil sorğularına verilən cavab məktublarından aydın olmuşdur ki, Əhmədov Rəsul Şaban oğlunun və ailə üzvlərinin adlarına Şəmkir rayonu Yenihəyat kəndində yerləşən ümumi sahəsi 0.45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.28 ha hissəsi 28 iyul 2012-ci il tarixli 4Ə-01-212 reyestr nömrəli alqı- satqı müqaviləsi əsasında özgəninkiləşdirilmiş və 0.17 ha hissəsi Əhmədov Rəsul Şaban oğlunun ailə üzvlərinin istifadəsindədir. Oğlu Cavabdeh mərhum Əhmədov Rəsul Şaban oğlunun ailə tərkibi kimi müəyyən edilmişdir. Həmçinin onu da bildiririk ki, Mülki Məcəllənin tələblərinə görə kreditin qaytarılması öhdəliyi şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak vəzifələri, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən vəzifələr sırasına aid edilmir. Göründüyü kimi,Əhmədov Rəsul Şaban oğlunun ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsələrinə qarşı tələb hüququ yaranması üçün əsasdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə verərək üzürlü səbəbdən nümayəndəsinin məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçı bankın nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İddiaçı QSC ilə Əhmədov Rəsul Şaban oğlu arasında bağlanmış xx.xx.2022ci il tarixli 034L**********35 saylı uzun müddətli kredit və təminat müqaviləsinə əsasən Əhmədov Rəsul Şaban oğluna 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Uzun müddətli kredit və təminat müqaviləsi əsasında Əhmədov Rəsul Şaban oğlunun İddiaçı QSC ilə xx.xx.2024-cü il tarixli 034R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 15 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3600 (üç min altı yüz) manat məbləğində məbləğində kredit götürmüşdür. İşdə olan AR DİN-in BPQMİ-nin Maps şöbəsi tərəfindən alınmış arayışdan görünür ki, borclu Əhmədov Rəsul Şaban oğlu xx.xx.2024-cü il tarixdə ölmüşdür. İşdə olan İddiaçı QSC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixdə bağladığı 034L**********35 saylı kredit müqaviləsinə əlavə kimi tərtib edilmiş ödəniş planından görünür ki, cavabdeh tərəfindən kreditin qaytarılmasının hissə–hissə həyata keçirilməsi nəzərdə tutulmuş, o, xx.xx.2024–xx.xx.2025–cı illər ərzində krediti hər ay banka ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh Əhmədov Rəsul Şaban oğlunun vərəsəsi olaraq ondan qalan borcun ödənilməsinə dair xəbərdalıq edilərək kredit müqaviləsi üzrə borcu xatırladılmış və ödənilməsi tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, cavabdeh Əhmədov Rəsul Şaban oğlunun xx.xx.2025–ci il tarixə banka 3391.4 manat əsas, 556.26 manat məbləğində faiz bоrcu və 209.58 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 4157.24 (dörd min bir yüz əlli yeddi manat iyirmi dörd qəpik) manat məbləğində borcu vardır. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Əhmədov Rəsul Şaban oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli 034L**********35 saylı uzun müddətli kredit və təminat müqaviləsinə əsasən Əhmədov Rəsul Şaban oğluna 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Uzun müddətli kredit və təminat müqaviləsi əsasında Əhmədov Rəsul Şaban oğlunun İddiaçı QSC ilə xx.xx.2024-cü il tarixli 034R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 15 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3600 (üç min altı yüz) manat məbləğində məbləğində kredit götürmüşdür. Əhmədov Rəsul Şaban oğlu götürdüyü krеdit bоrcundan 208.6 manat ödəmiş, onun 3391.4 manat məbləğində kredit borcu qalmışdır. Uzun müddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Əhmədov Rəsul Şaban oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 309 gün üçün hesablanmış faiz borcu 556.26 manat təşkil edir. Uzun müddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 309 gün üçün hеsablanmış cərimə 209.58 manat təşkil edir. İş materiallarına əlavə edilmiş AR DİN-in BPQMİ-nin Maps şöbəsi tərəfindən alınmış arayışdan borclu Əhmədov Rəsul Şaban oğlunun vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Vəkil sorğularına verilən cavab məktublarından aydın olmuşdur ki, Əhmədov Rəsul Şaban oğlunun və ailə üzvlərinin adlarına Şəmkir rayonu Yenihəyat kəndində yerləşən ümumi sahəsi 0.45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.28 ha hissəsi 28 iyul 2012-ci il tarixli 4Ə-01-212 reyestr nömrəli alqı- satqı müqaviləsi əsasında özgəninkiləşdirilmiş və 0.17 ha hissəsi Əhmədov Rəsul Şaban oğlunun ailə üzvlərinin istifadəsindədir. Oğlu Cavabdeh mərhum Əhmədov Rəsul Şaban oğlunun ailə tərkibi kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası MM–nin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1–ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən bu məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Borcalan borc müqaviləsi predmeti ona verilənədək borcun alınmasından tam və ya qismən birtərəfli qaydada imtina edə bilər. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdeh mərhum Əhmədov Rəsul Şaban oğlunun ölümündən sonra ondan qalmış miras əmlakı iddiaçı mərhum Əhmədov Rəsul Şaban oğlunun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi – Cavabdeh oğlundan tələb etməkdə haqlıdır. Odur ki, ümumilikdə 3391.4 manat əsas, 556.26 manat məbləğində faiz bоrcu və 209.58 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 4157.24 (dörd min bir yüz əlli yeddi manat iyirmi dörd qəpik) manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli 034R********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh, 3391.4 manat əsas, 556.26 manat məbləğində faiz bоrcu və 209.58 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 4157.24 (dörd min bir yüz əlli yeddi manat iyirmi dörd qəpik) manat məbləğində pul və ödənilmiş 61.58 manat dövlət rüsumu alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli 034R********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh 3391.4 manat əsas, 556.26 manat məbləğində faiz bоrcu və 209.58 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 4157.24 (dörd min bir yüz əlli yeddi manat iyirmi dörd qəpik) manat məbləğində pul alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 61.58 (altmış bir manat, səksən səkkiz qəpik) manat pul alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nazlı Heydərova
Məhkəmə qərarları › İş №e-2(076)-2083/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2083/2025
19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver