Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2109/2024 11.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X3 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 Cavabdehlər: Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun alınması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı 01 aprel 2022–ci il tarixli 5010422–121074602L saylı kredit müqaviləsi üzrə ödənilməmiş 5.560,23 manat əsas kredit borcu, 132,74 manat faiz borcu, 22,54 manat cərimə borcu olmaqla, cəmi 5.715,51 manat məbləğində pulun və 77,16 manat ödənilmiş dövlət rüsumunun alınması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı bank tələbini belə əsaslandırmışdır ki, bankla Cavabdeh2 arasında bağlanmış 01 aprel 2022–ci il tarixli 5010422–121074602L nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 120 ay müddətinə ödəmək şərtilə 50.000 manat məbləğində kredit limiti ayrılmışdır. Kredit müqaviləsinin icrasının təminatı kimi digər Cavabdeh1 zamin durmuş, əsas borclu öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə borcu ödəyəcəyi haqda zəmanət vermişdir. Zaminlə ayrıca müqavilə bağlanmış və o, yazılı şəkildə öhdəlik götürmüşdür. Kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinə əsasən kreditin və kredit faizlərinin cavabdeh tərəfindən banka qaytarılmasının müddətləri və qaydası müəyyən edilmiş, həmçinin cavabdeh əsas borcu faizləri ilə birlikdə hər ay ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyinə əməl etməmiş, nəticədə onun 5.560,23 manat əsas kredit borcu, 132,74 manat isə faiz borcu qalmışdır. Öhdəliyinə əməl etmədiyindən cavabdehə 22,54 manat cərimə hesablanmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Bank hesab etmişdir ki, cavabdeh kredit müqaviləsinin şərtlərini pozduğuna, habelə öhdəliyinə əməl etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyır və göstərilən məbləğdə borcunu ödəməlidir. Odur ki, iddianın təmin olunaraq, 01 aprel 2022–ci il tarixli 5010422–121074602L saylı kredit müqaviləsi üzrə cavabdehlərdən 5.560,23 manat əsas kredit borcu, 132,74 manat faiz borcu, 22,54 manat cərimə olmaqla, cəmi 5.715,51 manat məbləğində pulun və 77,16 manat dövlət rüsumunun müştərək qaydada alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclası zamanı iddianı müdafiə edərək göstərdi ki, bankla Cavabdeh2 arasında 01 aprel 2022–ci il tarixli 5010422–121074602L saylı kredit limiti müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə 120 ay müddətinə 50.000 manat məbləğində kredit limiti ayrılmışdır. Kredit müqaviləsinin icrasının təminatı kimi digər Cavabdeh1 zamin durmuşdur. Lakin cavabdeh müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək krediti və onun faizlərini ödəməmişdir. Bu səbəbdən bank tərəfindən cavabdehə cərimə hesablanmış və məhkəmədə iddia qaldırılmışdır. Odur ki, iddianın təmin edilərək, 01 aprel 2022–ci il tarixli 5010422–121074602L saylı kredit müqaviləsi üzrə cavabdehlərdən 5.560,23 manat əsas kredit borcu, 132,74 manat faiz borcu, 22,54 manat cərimə olmaqla, cəmi 5.715,51 manat məbləğində pulun və 77,16 manat dövlət rüsumunun müştərək qaydada alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh2 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etdi və izahatında göstərdi ki, həqiqətən 01 aprel 2022–ci il tarixli 5010422– 121074602L saylı kredit müqaviləsinə əsasən iddiaçı bank tərəfindən ona 120 ay müddətinə 50.000 manat məbləğində kredit limiti ayrılmışdır. Kredit müqaviləsinin icrasının təminatı kimi Cavabdeh1 zamin durmuşdur. Lakin maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Belə ki, özü tibb işçisidir və pandemiya dövründə maaşı yüksək olduğundan əvvəlki ödənişləri etmiş, sonradan əmək haqqısı azaldığı üçün borcunu ödəyə bilməmişdir. Hazırda iddiaçı banka olan borcu ödəməkdən boyun qaçırmır və borcu ödəməli olmasını bilir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir . Cavabdeh1 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etdi, əsasən Cavabdeh2 ilə eyni məzmunlu izahat verdi və iddanın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehlərin izahıtın, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 01 aprel 2022–ci il tarixli 5010422–121074602L nömrəli kredit müqaviləsindən görünür ki, bank cavabdehə 120 ay müddətinə 50.000 manat məbləğində kredit limiti ayırmışdır. İşdə olan tərəflər arasında razılaşdırılmaqla təsdiq edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 kredit məbləğini əsas borc və faizləri ilə birlikdə xx.xx.2022–xx.xx.2025–ci il ərzində hər ay ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 01 aprel 2022–ci il tarixli zaminlik müqaviləsindən görünür ki, o, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 01 aprel 2022–ci il tarixli 5010422–121074602L nömrəli kredit müqaviləsinin icrasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşdür. İşdə olan cavabdehlərə ünvanlanmış pretenziya məktubundan görünür ki, banka olan borcu cavabdehlərə xatırladılaraq onlardan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan İddiaçı ASC–yə aid maliyyə arayışından görünür ki, Cavabdeh2 01 aprel 2022–ci il tarixli 5010422–121074602L nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024–cü il tarixə banka olan əsas kredit borcu 5.560,23 manat, faiz borcu 132,74 manat, cərimə borcu 22,54 manat olmaqla, cəmi borcu 5.715,51 manat təşkil edir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçı bankla Cavabdeh2 arasında bağlanmış 01 aprel 2022–ci il tarixli 5010422–121074602L nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 120 ay müddətinə 50.000 manat məbləğində kredit limiti ayrılmışdır. Kredit müqaviləsinin icrasının təminatı kimi digər Cavabdeh1 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında razılaşdırılmış qrafikə uyğun olaraq Cavabdeh2 hər ay krediti faizləri ilə birlikdə qaytarmalı olmasına baxmayaraq, öhdəliyinə əməl etməmiş, nəticədə onun banka 5.560,23 manat əsas kredit borcu, 132,74 manat isə faiz borcu yaranmışdır. Öhdəliyinə əməl etmədiyindən cavabdehə 22,54 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1–ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh2 müqavilə öhdəliyinə əməl etmədiyinə görə bank qarşısında mülki məsuliyyət daşıyır. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh1 da zamin olaraq iddiaçı qarşısında cavabdehlik daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1–ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə–hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2–ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1–ci maddəsində göstərilmşidir ki, borclu zaminliklə təmin edilmşi öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2–ci maddəsində göstərilmişdir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, 01 aprel 2022–ci il tarixli 5010422–121074602L nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada əsas kredit borcu üzrə 5.560,23 manat, faiz borcu üzrə 132,74 manat, cərimə borcu üzrə 22,54 manat olmaqla, cəmi 5.715,51 manat məbləğində pul və 77,16 manat dövlət rüsumu alınıb iddiaçı banka verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 01 aprel 2022–ci il tarixli 5010422–121074602L nömrəli kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 5.560,23 manat əsas kredit borcu, 132,74 manat faiz borcu, 22,54 manat cərimə borcu olmaqla, cəmi 5.715,51 (beş min yeddi yüz on beş manat əlli bir qəpik) manat məbləğində pul müştərək qaydada alınıb İddiaçı ASC–yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 77,16 (yetmiş yeddi manat on altı qəpik) manat məbləğində pul müştərək qaydada alınıb İddiaçı ASC–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X4
Məhkəmə qərarları › İş №e-2(076)-2109/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2109/2024
11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver