Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2206/2024 23.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X3 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tələbin girov predmeti olan qızıl–zinət əşyalarına yönəldilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı 06 fevral 2020–ci il tarixli 022– 7337320LK060220–01 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 2.992,10 manat əsas kredit borcu, 1.887,51 manat faiz borcu, 0,69 manat cərimə borcu, 269,22 manat kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014–cü il tarixli Plenum qərarına əsasən illik 5 faizlə hesablanmış faiz borcu olmaqla, cəmi 5.149,52 manat məbləğində pulun və 71,50 manat ödənilmiş dövlət rüsumunun alınması, tələbin cavabdeh tərəfindən girov qoyulmuş qızıl–zinət əşyalarına yönəldilməsi, satışdan əldə olunan vəsait iddiaçının tələblərini ödəmək üçün kifayət etmədikdə qalan məbləğin cavabdehdən tutulması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı bank tələbini belə əsaslandırmışdır ki, bankla Cavabdeh arasında bağlanmış 06 fevral 2020–ci il tarixli 022–7337320LK060220–01 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə illik 28 faiz ödəmək şərtilə 3.090 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin icrasının təminatı məqsədilə cavabdeh mülkiyyətində olan, ümumi çəkisi 10 qram olan 583 əyyarlı 2 ədəd boyunbağı və klonu, ümumi çəkisi 19 qram olan 583 əyyarlı 3 ədəd boyunbağı, ümumi çəkisi 15,70 qram olan 583 əyyarlı 5 ədəd qolbağı, ümumi çəkisi 20,30 qram olan 583 əyyarlı 2 ədəd komplekti və ümumi çəkisi 12,10 qram olan 583 əyyarlı 4 ədəd üzüyü girov qoymuşdur. Kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinə əsasən kreditin və kredit faizlərinin cavabdeh tərəfindən banka qaytarılmasının müddətləri və qaydası müəyyən edilmiş, həmçinin cavabdeh əsas borcu faizləri ilə birlikdə hər ay ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyinə əməl etməmiş, nəticədə onun 2.992,10 manat əsas kredit borcu, 1.887,51 manat isə faiz borcu qalmışdır. Öhdəliyinə əməl etmədiyindən cavabdehə 0,69 manat cərimə, 269,22 manat kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014–cü il tarixli Plenum qərarına əsasən illik 5 faizlə hesablanmış faiz borcu hesablanmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Bank hesab etmişdir ki, cavabdeh kredit müqaviləsinin şərtlərini pozduğuna, habelə öhdəliyinə əməl etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyır və göstərilən məbləğdə borcunu ödəməlidir. Odur ki, iddianın təmin olunaraq, 06 fevral 2020–ci il tarixli 022–7337320LK060220–01 saylı kredit müqaviləsi üzrə cavabdehdən 2.992,10 manat əsas kredit borcu, 1.887,51 manat faiz borcu, 0,69 manat cərimə, 269,22 manat kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014–cü il tarixli Plenum qərarına əsasən illik 5 faizlə hesablanmış faiz borcu olmaqla, cəmi 5.149,52 manat məbləğində pulun və 71,50 manat dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi, tələbin cavabdeh tərəfindən girov qoyulmuş qızıl–zinət əşyalarına yönəldilməsi, həmin qızıl əşyalarının açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait kredit borcunun ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehdən tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclası zamanı iddianı müdafiə edərək göstərdi ki, bankla Cavabdeh arasında bağlanmış 06 fevral 2020–ci il tarixli 022–7337320LK060220–01 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə illik 28 faiz ödəmək şərtilə 3.090 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin icrasının təminatı məqsədilə cavabdeh mülkiyyətində olan, ümumi çəkisi 10 qram olan 583 əyyarlı 2 ədəd boyunbağı və klonu, ümumi çəkisi 19 qram olan 583 əyyarlı 3 ədəd boyunbağı, ümumi çəkisi 15,70 qram olan 583 əyyarlı 5 ədəd qolbağı, ümumi çəkisi 20,30 qram olan 583 əyyarlı 2 ədəd komplekti və ümumi çəkisi 12,10 qram olan 583 əyyarlı 4 ədəd üzüyü girov qoymuşdur. Lakin cavabdeh müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək krediti və onun faizlərini ödəməmişdir. Bu səbəbdən bank tərəfindən cavabdehə cərimə hesablanmış və məhkəmədə iddia qaldırılmışdır. Odur ki, iddianın təmin edilərək, 06 fevral 2020–ci il tarixli 022–7337320LK060220–01 saylı kredit müqaviləsi üzrə cavabdehdən 2.992,10 manat əsas kredit borcu, 1.887,51 manat faiz borcu, 0,69 manat cərimə, 269,22 manat kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014–cü il tarixli Plenum qərarına əsasən illik 5 faizlə hesablanmış faiz borcu olmaqla, cəmi 5.149,52 manat məbləğində pulun və 71,50 manat dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi, tələbin cavabdeh tərəfindən girov qoyulmuş qızıl–zinət əşyalarına yönəldilməsi, həmin qızıl əşyalarının açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait kredit borcunun ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehdən tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06 fevral 2020–ci il tarixli 022–7337320LK060220–01 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı bank cavabdehə 24 ay müddətinə illik 28 faiz ödəmək şərtilə 3.090 manat məbləğində kredit vermişdir. İşdə olan tərəflər arasında razılaşdırılmaqla təsdiq edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh kredit məbləğini əsas borc və faizləri ilə birlikdə xx.xx.2020–xx.xx.2022–ci il ərzində hər ay ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 06 fevral 2020–ci il tarixli 022–7337320LK060220–01/QZ2/1 nömrəli girov müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan 4.813,2 manat dəyərindəki qızıl-zinət əşyalarını kredit müqaviləsinin təminatı kimi iddiaçı bankın xeyrinə girov qoymuşdur. İşdə olan təhvil–təslim aktından görünür ki, Cavabdeh cəmi dəyəri 4.813,2 manat olan, ümumi çəkisi 10 qram olan 583 əyyarlı 2 ədəd boyunbağı və klonu, ümumi çəkisi 19 qram olan 583 əyyarlı 3 ədəd boyunbağı, ümumi çəkisi 15,70 qram olan 583 əyyarlı 5 ədəd qolbağı, ümumi çəkisi 20,30 qram olan 583 əyyarlı 2 ədəd komplekti və ümumi çəkisi 12,10 qram olan 583 əyyarlı 4 ədəd üzüyü İddiaçı ASC–yə təhvil vermişdir İşdə olan cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, banka olan borcu cavabdehə xatırladılaraq ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan LPO İddiaçı ASC–yə aid maliyyə arayışından görünür ki, Cavabdeh 06 fevral 2020–ci il tarixli 022–7337320LK060220–01 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023–cü il tarixə banka olan əsas kredit borcu 2.992,10 manat, faiz borcu 1.887,51 manat, cərimə borcu 0,69 manat, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014–cü il tarixli Plenum qərarına əsasən illik 5 faizlə hesablanmış faiz borcu 269,22 manat olmaqla, cəmi borcu 5.149,52 manat təşkil edir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçı bankla Cavabdeh arasında bağlanmış 06 fevral 2020–ci il tarixli 022– 7337320LK060220–01 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə illik 28 faiz ödəmək şərtilə 3.090 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin icrasının təminatı məqsədilə cavabdeh mülkiyyətində olan, cəmi dəyəri 4.813,2 manat olan, ümumi çəkisi 10 qram olan 583 əyyarlı 2 ədəd boyunbağı və klonu, ümumi çəkisi 19 qram olan 583 əyyarlı 3 ədəd boyunbağı, ümumi çəkisi 15,70 qram olan 583 əyyarlı 5 ədəd qolbağı, ümumi çəkisi 20,30 qram olan 583 əyyarlı 2 ədəd komplekti və ümumi çəkisi 12,10 qram olan 583 əyyarlı 4 ədəd üzüyü girov qoymuşdur. Tərəflər arasında razılaşdırılmış qrafikə uyğun olaraq Cavabdeh hər ay krediti faizləri ilə birlikdə qaytarmalı olmasına baxmayaraq, öhdəliyinə əməl etməmiş, nəticədə onun banka 2.992,10 manat əsas kredit borcu, 1.887,51 manat isə faiz borcu yaranmışdır. Öhdəliyinə əməl etmədiyindən cavabdehə 0,69 manat cərimə, 269,22 manat kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014–cü il tarixli Plenum qərarına əsasən illik 5 faizlə hesablanmış faiz borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1–ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə bank qarşısında mülki məsuliyyət daşıyır. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçının əmələ gəlmiş tələbi cavabdeh tərəfindən girov qoyulmuş qızıl əşyalarına yönəldilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4–cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 281.1–ci maddəsinə əsasən girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 295–ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdehlər olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 297–ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Həmin Məcəllənin 298.1–ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılmasından əldə olunan məbləğ aşağıdakı ardıcıllıqla bölüşdürülür: 298.1.1. girov qoyulmuş əşyanın saxlanması, salamatlığı, yaxşılaşdırılması və onun satılmasına çəkilmiş xərclərin ödənilməsinə; 298.1.2. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha üstün hüquqa malik olan tələblərin ödənilməsinə; 298.1.3. girov saxlayanın tələblərinin ödənilməsinə; 298.1.4. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha aşağı hüquqa malik olan tələblərin ödənilməsinə. Həmin Məcəllənin 298.3–cü maddəsinə əsasən əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Ona görə də məhkəmə iddianın həmin hissəsinə qiymət verərək hesab edir ki, tələb Cavabdeh məxsus qızıl–zinət əşyalarına yönəldilməli, həmin qızıl əşyaları açıq hərracda satılmalı, satışdan əldə olunan vəsait kredit borcunun ödənilməsinə yönəldilməli, satışdan əldə olunan vəsait kredit borcunun ödənilməsinə kifayət etmədikdə qalan borc cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, 06 fevral 2020–ci il tarixli 022–7337320LK060220–01 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən əsas kredit borcu üzrə 2.992,10 manat, faiz borcu üzrə 1.887,51 manat, cərimə borcu üzrə 0,69 manat, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014–cü il tarixli Plenum qərarına əsasən illik 5 faizlə hesablanmış faiz borcu 269,22 manat olmaqla, cəmi 5.149,52 manat məbləğində pul və 71,50 manat dövlət rüsumu alınıb iddiaçı banka verilməli, tələb Cavabdeh məxsus qızıl– zinət əşyalarına yönəldilməli, həmin qızıl əşyaları açıq hərracda satılmalı, satışdan əldə olunan vəsait kredit borcunun ödənilməsinə yönəldilməli, satışdan əldə olunan vəsait kredit borcunun ödənilməsinə kifayət etmədikdə qalan borc cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 06 fevral 2020–ci il tarixli 022–7337320LK060220–01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 2.992,10 manat əsas kredit borcu, 1.887,51 manat faiz borcu, 0,69 manat cərimə borcu, 269,22 manat kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014–cü il tarixli Plenum qərarına əsasən illik 5 faizlə hesablanmış faiz borcu olmaqla, cəmi 5.149,52 (beş min yüz qırx doqquz manat əlli iki qəpik) manat məbləğində alınıb iddiaçı LPO İddiaçı ASC–yə verilsin. Tələb, 06 fevral 2020–ci il tarixli 022–7337320LK060220–01/QZ2/1 saylı girov müqaviləsinə əsasən Cavabdeh tərəfindən girov qoyulmuş, ümumi çəkisi 10 qram olan 583 əyyarlı 2 ədəd boyunbağı və klona, ümumi çəkisi 19 qram olan 583 əyyarlı 3 ədəd boyunbağıya, ümumi çəkisi 15,70 qram olan 583 əyyarlı 5 ədəd qolbağıya, ümumi çəkisi 20,30 qram olan 583 əyyarlı 2 ədəd komplektə və ümumi çəkisi 12,10 qram olan 583 əyyarlı 4 ədəd üzüyə yönəldilsin, həmin qızıl əşyaları açıq hərracda satılsın, satışdan əldə olunan vəsait kredit borcunun ödənilməsinə yönəldilsin, satışdan əldə olunan vəsait kredit borcunun ödənilməsinə kifayət etmədikdə qalan borc cavabdehdən tutulsun. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 71,50 (yetmiş bir manat əlli qəpik) manat məbləğində pul alınıb iddiaçı LPO İddiaçı ASC–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X5
Məhkəmə qərarları › İş №e-2(076)-2206/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2206/2024
23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver