Məhkəmə qərarları › İş №e-2(076)-2251/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2251/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2251/2025 03.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Həşimov Ağaxan Habil oğlunun katibliyi ilə İddiaçı "Fınca Azerbaijan" X2-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "Fınca Azerbaijan" X2-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada **********0052 saylı kredit müqaviləsi üzrə borcun məbləği 267.95 manat əsas, faiz borcu üzrə 8.29 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 276.24 (iki yüz yetmiş altı manat, iyirmi dörd qəpik) manat, həmçinin, **********0062 saylı kredit müqaviləsi üzrə borcun məbləği 752.45 manat əsas, faiz borcu üzrə 0.00 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 752.45 (yeddi yüz əlli iki manat, qırx beş qəpik) manat və ödənilmiş 30.29 manat məbləğində dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bank tələbini onunla əsaslandırmışdır ki, ********* saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq GUZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən,Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 267.95 manat (iki yüz altmış yeddi manat, doxsan beş qəpik); həmçinin eyni tarixli, **********0062 saylı GUZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsi ilə bu Müqavilə imzalanan tarixə 768.61 manat (yeddi yüz altmış səkkiz manat, altmış bir qəpik); qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********0052 saylı kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 0.23 manat, dörd il müddətində isə hər ay 5.70 manat olmaqla və **********0062 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 0.66 manat, dörd il müddətində isə hər ay 16.35 manat bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0052–1207267 saylı və **********0062– 1207267 saylı Zaminlik müqavilələri ilə Cavabdeh1 zamin qismində sözügedən kredit müqavilələrinin Dövlət rüsumunun ödənilməsi haqqında məlumat tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit müqaviləsinin 1.8-ci bəndinə əsasən, Kredit Alan Müqaviləni imzalamaqla Kredit verənə vaxtı keçmiş əsas kredit borcu üzrə bu Müqaviləni imzalanan tarixə bu Müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə borcunun olduğunu mübahisəsiz qaydada qəbul etdiyini və hazırki Müqavilə ilə ona ayrılan kredit məbləğinin birbaşa həmin borcun bağlanmasına yönəldilməsinə razılığını təsdiq edir. Kredit müqaviləsinin 1.9-cu bəndinə əsasən, Kredit Verən bu müqaviləni imzalamaqla Kredit Alanın vaxtı keçmiş əsas kredit borcu üzrə bu Müqavilə imzalanan tarixə faiz və cərimə üzrə borclarını əvəzsiz olaraq sildiyini və Borc Alanın bu Müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə əsas kredit borcunun olduğunu təsdiq edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2025-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh2 **********0052 saylı kredit müqaviləsi üzrə borcun məbləği 267.95 manat əsas, faiz borcu üzrə 8.29 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 276.24 (iki yüz yetmiş altı manat, iyirmi dörd qəpik) manat təşkil edir. Həmçinin, **********0062 saylı kredit müqaviləsi üzrə borcun məbləği 752.45 manat əsas, faiz borcu üzrə 0.00 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 752.45 (yeddi yüz əlli iki manat, qırx beş qəpik) manat təşkil edir. Kredit Müqaviləsinin 6.2-ci bəndində qeyd edilmişdir ki, Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kreditverən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsiredilə bilməz. İddiaçı "Fınca Azerbaijan" X2-Bank Kredit Təşkilatı məhkəməyə elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə verərək üzürlü səbəbdən nümayəndəsinin məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər səbəbləri barədə məlumat verməmişlərdir. Məhkəmə işə iddiaçı bankın nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı bankla Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********0052 saylı kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, Cavabdeh2 vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 267.95 (iki yüz altmış yeddi manat, doxsan beş qəpik) manat təşkil edir. Cavabdeh2 xx.xx.2019–xx.xx.2024–cü illər ərzində krediti hər ay banka ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan iddiaçı bankla Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********0062 saylı kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, Cavabdeh2 vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 768.61 (yeddi yüz altmış səkkiz manat, altmış bir qəpik) manat təşkil edir. Cavabdeh2 xx.xx.2019–xx.xx.2024–cü illər ərzində krediti hər ay banka ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan **********0052–1207267 saylı və **********0062–1207267 saylı Zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 iddiaçı "Fınca Azerbaijan" X2-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********0052 və xx.xx.2019-cu il tarixli **********0062 saylı kredit müqavilələrinin icrasının təmin edilməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, cavabdeh X1 xx.xx.2025–ci il tarixə banka **********0052 saylı kredit müqaviləsi üzrə borcun məbləği 267.95 manat əsas, faiz borcu üzrə 8.29 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 276.24 (iki yüz yetmiş altı manat, iyirmi dörd qəpik) manat, həmçinin, **********0062 saylı kredit müqaviləsi üzrə borcun məbləği 752.45 manat əsas, faiz borcu üzrə 0.00 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 752.45 (yeddi yüz əlli iki manat, qırx beş qəpik) manat məbləğində borcu vardır. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı bankla Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********0052 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən Cavabdeh2 vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 267.95 (iki yüz altmış yeddi manat, doxsan beş qəpik) manat təşkil edir. Cavabdeh2 xx.xx.2019–xx.xx.2024–cü illər ərzində krediti hər ay banka ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı bankla Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********0062 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən Cavabdeh2 vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 768.61 (yeddi yüz altmış səkkiz manat, altmış bir qəpik) manat təşkil edir. Cavabdeh2 xx.xx.2019–xx.xx.2024–cü illər ərzində krediti hər ay banka ödəməyi öhdəsinə götürmüşdür. **********0052–1207267 saylı və **********0062–1207267 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh1 iddiaçı "Fınca Azerbaijan" X2-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********0052 və xx.xx.2019-cu il tarixli **********0062 saylı kredit müqavilələrinin icrasının təmin edilməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüşdür. Cavabdeh X1 xx.xx.2025–ci il tarixə banka **********0052 saylı kredit müqaviləsi üzrə borcun məbləği 267.95 manat əsas, faiz borcu üzrə 8.29 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 276.24 (iki yüz yetmiş altı manat, iyirmi dörd qəpik) manat, həmçinin, **********0062 saylı kredit müqaviləsi üzrə borcun məbləği 752.45 manat əsas, faiz borcu üzrə 0.00 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 752.45 (yeddi yüz əlli iki manat, qırx beş qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası MM–nin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1–ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən bu məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Borcalan borc müqaviləsi predmeti ona verilənədək borcun alınmasından tam və ya qismən birtərəfli qaydada imtina edə bilər. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh2 müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh1 da zamin olaraq iddiaçı cəmiyyət qarşısında cavabdehlik daşıyır. Odur ki məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada **********0052 saylı kredit müqaviləsi üzrə 267.95 manat əsas, faiz borcu üzrə 8.29 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 276.24 (iki yüz yetmiş altı manat, iyirmi dörd qəpik) manat, həmçinin, **********0062 saylı kredit müqaviləsi üzrə 752.45 manat əsas, faiz borcu üzrə 0.00 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 752.45 (yeddi yüz əlli iki manat, qırx beş qəpik) manat məbləğində pul və ödənilmiş 30.29 (otuz manat iyirmi doqquz qəpik) manat dövlət rüsumu alınıb iddiaçı "Fınca Azerbaijan" X2-Bank Kredit Təşkilatına verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada **********0052 saylı kredit müqaviləsi üzrə 267.95 manat əsas, faiz borcu üzrə 8.29 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 276.24 (iki yüz yetmiş altı manat, iyirmi dörd qəpik) manat, həmçinin, **********0062 saylı kredit müqaviləsi üzrə 752.45 manat əsas, faiz borcu üzrə 0.00 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 752.45 (yeddi yüz əlli iki manat, qırx beş qəpik) manat məbləğində pul alınıb "Fınca Azerbaijan" X2-Bank Kredit Təşkilatına verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 30.29 (otuz manat iyirmi doqquz qəpik) manat pul alınıb iddiaçı "Fınca Azerbaijan" X2-Bank Kredit Təşkilatına verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar