Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2415/2025 17.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Həşimov Ağaxan Habil oğlunun katibliyi Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “Borcun tutulması tələbi”nə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, BPM**********49 saylı kredit müqaviləsinə əsasən 2292.32 manat əsas borc və 27.17 manat faiz borcu olmaqla, cəmi 2319.49 (iki min üç yüz on doqquz manat qırx doqquz qəpik) manat məbləğində kredit borcunun, ödənilmiş 43.20 (qırx üç manat iyirmi qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bank tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Şəmkir filialı ilə X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********49 saylı kredit müqaviləsinə əsasən X5 60 ay müddətinə illik 24 faiz olmaqla 2780 manat məbləğində kart limiti verilmişdir. X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Şəmkir rayon 1 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 794 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X4 adına vərəsəlik işi qanun üzrə vərəsəsi olan Cavabdeh tərəfindən verilmiş mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair ərizəsi əsasında açılmışdır. Bankın Şəmkir filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, X4 xx.xx.2019-cu il tarixli, BPM**********49 saylı kredit müqaviləsinə əsasən 2292.20 manat əsas borc və 27.17 manat faiz olmaqla, cəmi 2319.49 manat məbləğində borcu qalmışdır. Cavabdeh, mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 izahatında göstərdi ki, cavabdeh onun atasıdır. Həqiqətən atası "xxxx" ASC-dən xx.xx.2019-cu il tarixdə kredit götürmüşdür. Lakin neçə manat götürdüyü ona dəqiq məlum deyil. O banka müraciət edərək kreditlə bağlı sənədlərin təqdim edilməsini xahiş etmiş, lakin ona həmin sənədləri təqdim etməmişlərdir. Onun atası 2020-ci il tarixdə vəfat etmişdir. Onun atasından heç bir əmlak miras olaraq qalmamışdır. Lakin torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı atasından qalan torpaq sahəsi anasının adına keçirilmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə verərək üzürlü səbəbdən nümayəndəsinin məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçı bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, "xxxx" QSC ilə X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********49 saylı kredit müqaviləsinə əsasən X5 60 ay müddətinə illik 24 faiz olmaqla 2780 manat məbləğində kart limiti verilmişdir. İşdə olan Şəmkir Rayon Qeydiyyat Şöbəsi tərəfindən alınmış arayışdan görünür ki, X1 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İşdə olan "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********49 saylı kredit müqaviləsinə əlavə kimi tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdeh tərəfindən kreditin qaytarılmasının hissə–hissə həyata keçirilməsi nəzərdə tutulmuş, o, xx.xx.2019–xx.xx.2024–cü illər ərzində krediti hər ay banka ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Şəmkir rayon 1 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 794 saylı məktubunun surətindən görünür ki, mərhum X4 qanun üzrə vərəsəsi olan Cavabdeh tərəfindən verilmiş mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair ərizəsi əsasında vərəsəlik işi açılmışdır. İşdə olan bildirişdən görünür ki, Cavabdeh X4 vərəsəsi olaraq ondan qalan borcun ödənilməsinə dair xəbərdalıq edilərək kredit müqaviləsi üzrə borcu xatırladılmış və ödənilməsi tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, cavabdeh X4 xx.xx.2025–ci il tarixə banka 2292.32 manat əsas borc və 27.17 manat faiz borcu olmaqla, cəmi 2319.49 (iki min üç yüz on doqquz manat qırx doqquz qəpik) manat məbləğində borcu vardır. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********49 saylı kredit müqaviləsinə əsasən X5 60 ay müddətinə illik 24 faiz olmaqla 2780 manat məbləğində kart limiti verilmişdir.. X4 2292.32 manat əsas borc və 27.17 manat faiz borcu olmaqla, cəmi 2319.49 (iki min üç yüz on doqquz manat qırx doqquz qəpik) manat məbləğində kredit borcu qalmışdır. İş materiallarına əlavə edilmiş arayışdan X1nun vəfat etdiyi "xxxx" ASC-yə məlum olmuşdur. Arvadı Cavabdeh mərhum X4 vərəsəsi kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası MM–nin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1–ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən bu məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Borcalan borc müqaviləsi predmeti ona verilənədək borcun alınmasından tam və ya qismən birtərəfli qaydada imtina edə bilər. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdeh mərhum Əhmədov Rəsul Şaban oğlunun ölümündən sonra ondan qalmış miras əmlakı iddiaçı mərhum Əhmədov Rəsul Şaban oğlunun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi – Cavabdeh tələb etməkdə haqlıdır. Odur ki, ümumilikdə 2292.32 manat əsas borc və 27.17 manat faiz borcu olmaqla, cəmi 2319.49 (iki min üç yüz on doqquz manat qırx doqquz qəpik) manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli, BPM**********49 saylı kredit müqaviləsinə əsasən Cavabdeh, 2292.32 manat əsas borc və 27.17 manat faiz borcu olmaqla, cəmi 2319.49 (iki min üç yüz on doqquz manat qırx doqquz qəpik) manat məbləğində pul və ödənilmiş 43.20 (qırx üç manat iyirmi qəpik) manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" ASC-yə verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli, BPM**********49 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 2292.32 manat əsas borc və 27.17 manat faiz borcu olmaqla, cəmi 2319.49 (iki min üç yüz on doqquz manat qırx doqquz qəpik) manat məbləğində pul alınıb "xxxx" ASC-yə verilsin. Ödənilmiş dövlət rüsumu və xidmət haqqı cavabdehə aid edilsin. Cavabdeh 43.20 (qırx üç manat iyirmi qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı alınıb iddiaçı "xxxx" ASC-yə verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nazlı Heydərova
Məhkəmə qərarları › İş №e-2(076)-2415/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2415/2025
17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver