Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2437/2024 13.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi ilə İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 19 avqust 2023–cü il tarixli 969nkNFT/23 saylı kredit müqaviləsi üzrə 4.640 manat əsas kredit borcu, 751,51 manat faiz borcu, 8,37 manat cərimə borcu olmaqla, cəmi 5.399,88 manat məbləğində pulun, 0,40 manat xidmət haqqının və ödənilmiş 74 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bank tələbini onunla əsaslandırmışdır ki, bankla Cavabdeh arasında 19 avqust 2023–cü il tarixli 969nkNFT/23 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2028–ci il tarixədək illik 25 % ödəmək şərtilə 4.640 manat məbləğində kredit təklif edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1.1–ci bəndinə görə bank krediti müştərinin mülkiyyətinə verməyi, müştəri isə kreditdən təyinatına uyğun istifadə etməyi və faziləri ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Nəticədə onun 4.640 manat əsas kredit borcu, 751,51 manat faiz borcu yaranmışdır. Öhdəliyini lazımi qaydada icra etmədiyindən cavabdehə 8,37 manat cərimə borcu hesablanmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Odur ki, cavabdehdən 19 avqust 2023–cü il tarixli 969nkNFT/23 saylı kredit müqaviləsi üzrə 4.640 manat əsas kredit borcu, 751,51 manat faiz borcu, 8,37 manat cərimə borcu olmaqla, cəmi 5.399,88 manat məbləğində pulun, 0,40 manat xidmət haqqının və ödənilmiş 74 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinə və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçı bankın nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" X2 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19 avqust 2023–cü il tarixli 969nkNFT/23 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə xx.xx.2028–ci il tarixədək illik 25 % ödəmək şərtilə 4.640 manat məbləğində kredit verilmişdir. İşdə olan ödəmə qrafikindən görünür ki, "xxxx" X2 Səhmdar Cəmiyyəti ilə Cavabdeh kredit məbləğinin xx.xx.2023–xx.xx.2028–ci il ərzində ödənilməsinə razı olmuşlar. Cavabdeh həmin məbləğdə pulu hər ay ödəməyi öhdəsinə götürmüşdür İşdə olan cavabdehə ünvanlanmış bildiriş məktubundan görünür ki, cavabdehin banka olan borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, xx.xx.2024–cü il tarixədək cavabdehin 4.640 manat əsas kredit borcu, 751,51 manat faiz borcu, 8,37 manat cərimə borcu olmaqla, cəmi 5.399,88 manat məbləğində borcu yaranmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı bankla Cavabdeh arasında 19 avqust 2023–cü il tarixli 969nkNFT/23 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə xx.xx.2028–ci il tarixədək illik 25 % ödəmək şərtilə 4.640 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh krediti hər ay qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş, nəticədə onun 4.640 manat əsas borcu və 751,51 manat faiz borcu yaranmışdır. Öhdəliyini lazımi qaydada icra etmədiyindən cavabdehə 8,37 manat cərimə borcu hesablanmışdır. Azərbaycan Respublikası MM–nin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, bir tərəf (borcverən) pul vəsaitini və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740.1–ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qaydada nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Odur ki, məhkəmə hesab edir ki, 19 avqust 2023–cü il tarixli 969nkNFT/23 saylı kredit müqaviləsinə əsasən Cavabdeh əsas kredit borcu üzrə 4.640 manat, faiz borcu üzrə 751,51 manat, cərimə borcu üzrə 8,37 manat olmaqla, cəmi 5.399,88 manat məbləğində pul, 0,40 manat xidmət haqqı və 74 manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 19 avqust 2023–cü il tarixli 969nkNFT/23 saylı kredit müqaviləsinə əsasən Cavabdeh əsas kredit borcu üzrə 4.640 manat, faiz borcu üzrə 751,51 manat, cərimə borcu üzrə 8,37 manat olmaqla, cəmi 5.399,88 (beş min üç yüz doxsan doqquz manat səksən səkkiz qəpik) manat məbləğində pul alınıb "xxxx" X2 Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 0,40 (qırx qəpik) manat xidmət haqqı və 74 (yetmiş dörd) manat pul alınıb iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X3
Məhkəmə qərarları › İş №e-2(076)-2437/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2437/2024
13.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver